generic dapoxetine priligy
SOVETSKİ SAKİNLƏRİ VƏ TƏLƏBƏLƏR AKSİYA KEÇİRDİ AZƏRBAYCAN HÖKUMƏTİ CƏRİMƏLƏNDİ (insan hüquqları 15-22 fevral)
Select Category:
HÜQUQ MÜDAFİƏÇİSİ 6 İL AZADLIQDAN MƏHRUM EDİLDİ, RAUF MİRQƏDİROV HƏBSDƏ QALDI 14 18 İYUL
0:08:49
MEHMAN HÜSEYNOV YENƏ DƏ OĞURLANDI, NİDA ÇILAR KASASSİYA ŞİKAYƏTİ VERƏCƏK (7- 11 İYUL)
0:04:40
ÖMƏR MƏMMƏDOVA HÖKM OXUNDU, PROKUROR HƏSƏN HÜSEYNLİYƏ 7 İL HƏBS CƏZASI İSTƏYİB (30 İYUN - 4 İYUL)
0:04:50
PROKURORLUQ LEYLA YUNUSU HƏBSLƏ HƏDƏLƏYİR, ƏBDÜL ƏBİLOV 5 İL 6 AY MÜDDƏTİNƏ AZADLIQDAN MƏHRUM EDİLİB
0:08:22
AZƏRBAYCANIN `MAQNİTSKİ SİYAHISI` TƏRTİB EDİLİR, ALİ MƏHKƏMƏ HİLAL MƏMMƏDOVU AZAD ETMƏYİB 23-29 İYUN
0:11:04
NİCAT ƏLİYEVİN APELLYASİYA ŞİKAYƏTİ DAVAM EDİR, DÖVLƏT İTTİHAMÇISI FƏAL ÖMƏR MƏMMƏDOVA 6 İL HƏBS İST
0:06:11
BAKIDA YERÜSTÜ PİYADA KEÇİDİ UÇUB GƏNCƏ FƏALI HƏSƏN HÜSEYNLİNİN MƏHKƏMƏSİ BAŞLAYIR (02- 07) İYUN
0:05:39
HELSİNKİ KOMİSSİYASI: AZƏRBAYCAN DÜZGÜN İSTİQAMƏTDƏ İRƏLİLƏMƏMİR, H  MƏMMƏDOVUN ŞİKAYƏTİ QİSMƏT TƏMİ
0:06:51
PƏRVİZ HƏŞİMLİ 8 İL MÜDDƏTİNƏ AZADLIQDAN MƏHRUM EDİLİB,ANAR MƏMMƏDLİ  İFADƏ VERİB(12-17 MAY)
0:07:49
LEYLA YUNUSUN MƏNZİL VƏ OFİSİNDƏ AXTARIŞ APARILIB, AKSİYADA SAXLANILAN GƏNCLƏRƏ HƏBS CƏZASI VERİLİB
0:09:35
G.ƏHMƏDOVA ŞƏRTİ AZADLIĞA BURAXILIB, NİDAÇILARA UZUN MÜDDƏTLİ HƏBS CƏZALARI VERİLİB (5-10 MAY)
0:08:58
APELLYASİYA MƏHKƏMƏSİ JURNALİSTİ HƏBSDƏ SAXLADI. JURNALİST FİZİKİ TƏZYİQƏ MƏRUZ QALDI (21-26 APREL)
0:07:19
A.MƏMMƏDLİYƏ QARŞI CİNAYƏT İŞİ MƏHKƏMƏYƏ GÖNDƏRİLİB, P.HƏŞİMLİNİN MƏHKƏMƏSİNDƏ ŞAHİDLƏR İFADƏ VERİB
0:05:26
FACEBOOK FƏALININ CİNAYƏT İŞİ ÜZRƏ HAZIRLIQ İCLASI KEÇİRİLİB, DÖVLƏT İTTİHAMÇISI NİDA FƏALLARINA YÜK
0:07:23
GƏNCƏ FƏALI HƏSƏN HÜSEYNLİ SAXLANILIB, `NİDA` FƏALLARI MƏHKƏMƏDƏ İFADƏ VERİLİBLƏR 31 MART 05 APREL
0:06:52
MEGAFUNDA YANĞIN, ŞAHİN NOVRUZLU  MTN DƏ MƏNƏ FİZİKİ TƏZYİQ GÖSTƏRİLİB 24-29 MART
0:08:33
XƏDİCƏ İSMAYILOVA YENİDƏN PROKURORLUQDA DİNDİRİLİB APELLYASİYA MƏHKƏMƏSİ ANAR MƏMMƏDLİNİ HƏBSDƏ SAXL
0:13:29
METRO TİCARƏTÇİLƏRİ YENƏ ETİRAZ ETDİLƏR, İSMAYILLI HADISƏLƏRİ ÜZRƏ HÖKM OXUNUB
0:06:18
JURNALİST PƏRVİZ HƏŞİMLİNİN MƏHKƏMƏSİ BAŞLADI, ƏVƏZ ZEYNALLININ İDDİASI TƏMİN EDİLMƏSİ 24-28 FEVRAL
0:06:12
HÜQUQLAR RİSKLƏR DƏYİŞİKLİKLƏR (SEÇKİ İCMALI 8-14 FEVRAL )
0:03:32
See all 101 videos
Yasamal rayonundakı keçmiş Sovet (indiki Nərimanov) və ətraf küçələrin sakinləri fevralın 16-da 173 saylı məktəbin qarşısında etiraz mitinqi keçirib. Aksiyaya Milli Dram teatrının arxasından Hüseyn Cavid bağınadək olan ərazinin sökülməsinə başlamaq qərarı və sakinlərə hər kvadrat metrə 1500 manat kompensasiya təklif edilməsi səbəb olub. Yasamal rayon icra hakimiyyəti başçısının müavini Səməd İslamov çıxış edərək insanları sakitləşdirməyə çalışıb və əmin edib ki, heç kəsi zorla evindən çıxarmayacaqlar. Sakinlər iddia edirlər ki, ədalətli kompensasiyanın məbləği təklif ediləndən azı iki dəfə artıq olmalıdır. Onlar həmçinin köçürülmənin qanun çərçivəsində, heç kəsin hüququnu pozmadan aparılmasını, kompensasiyanın 50 il əvvəlin sənədlərilə deyil, real sahəyə uyğun hesablanmasını tələb ediblər. Sözü gedən ərazidə təxminən 10 min evin sökülməsi nəzərdə tutulur. "Azadlıq"radiosunun əməkdaşı, tanınmış araşdırmaçı jurnalist Xədicə İsmayıl dörd gün dalbadal Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində ifadə verib. Jurnalist bildirib ki, fevralın 18-də istintaq idarəsinin müstəntiqi onu şahid qismində dindirilməyə çağırıb. Müstəntiq dövlət sirri olan sənədin yayılmasına görə cinayət işinin açıldığını deyib. Söhbət Xədicə İsmayılın "Facebook" səhifəsində paylaşdığı materialdan gedir. Jurnalistin yaydığı material 2011-ci ilin oktyabrında Mustafa Kozlu adlı istifadəçinin profilində də yayılıb. Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 284.2-ci (dövlət sirrini yayma) maddəsi ilə cinayət işi başlanıb. Fevralın 21-də ondan Art Garden restoranında Amerika Senatının nümayəndələri ilə görüşü və nədən danışdıqları barədə suallar verilib. Eyni zamanda iqtidaryönümlü deputat Ceyhun Osmanlının prokurorluğa təqdim etdiyi lent yazısı barədə soruşulub. İsmayılova deputatın onun Amerika Senatının nümayəndələri ilə görüşünün audioyazısını yazmasının qeyri-mümkün olduğunu istintaqın diqqətinə çatdırıb. Jurnalist həmçinin ona Milli Təhlükəsizlik Nazirliyinin sənədi güman edilən materialın bu qurumun hazırda mühacirətdə olan keçmiş əməkdaşı Ramin Nağıyev tərəfindən göndərildiyini bildirib. Nağıyev bu barədə sosial şəbəkələrdə də yazıb. Qeyd edək ki, "Azadlıq" radiosunun əməkdaşı Xədicə İsmayıla qarşı təzqyiqlər onun Azərbaycan prezidentinin ailə üzvlərinin biznesi haqda araşdırmalarından sonra başlayıb. Şəxsi həyatına müdaxilələr olub, hakimiyyətyönlü mətbuatda barəsində təhqir xarakterli yazılar dərc edilib. Son günlər bəzi media qurumlarında Xədicə İsmayılın Amerika kəşfiyyatçılarına məlumat ötürməsi barədə xəbər yayılıb. ​Azad Avropa/Azadlıq Radiosu korporasiyasının rəhbəri Kevin Kloze Azərbaycan hakimiyyətinin qurumun Azərbaycan xidmətinin əməkdaşı Xədicə İsmayılovaya təzyiqlərini pisləyib. "Hökumətyönlü KİV-də dissidentlərə və özgə fikirlilərə qarşı ittihamlar sovet dövründə geniş yayılmışdı. Təəssüf ki, biz hələ də postsovet ölkələrində belə halların şahidləri oluruq. Xədicə İsmayılovaya qarşı son ittihamlar cəfəngiyyatla yanaşı həm də təhlükəlidir", - Kloze deyib. Avropa Məhkəməsi "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidin Avropa Konvensiyasının 5.3-cü maddəsi ilə təminat altına alınan məhkəməyə qədər qanunsuz həbsə alınmamaq hüququnun pozuntusunu tanıyıb. Məhkəmə qərarına əsasən Azərbaycan hökuməti Qənimət Zahidə mənəvi zərərə görə 5.000 avro, hüquqi xərclər üçün 5.000 avro ödəməlidir. "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidin 2007-ci ilin noyabrında Cinayət Məcəlləsinin 127-ci (qəsdən bədənə yüngül xəsarət yetirmə) və 221-ci (xuliqanlıq) maddəsi ilə ittiham olunaraq həbs olunmuşdu. Jurnalistin həbs müddəti 2007-ci il noyabr ayının 11-dən 2008-ci ilin mart ayının 7-nə qədər bir neçə dəfə uzadılmışdı. Yasamal Rayon Məhkəməsi jurnalisti 2008-ci ilin martında 4 il müddətinə azadlıqdan məhrum etmişdi.
Share |
Added: 2014-03-03
Category: Həftənin İcmalı
Duration: 0:04:55
Tags:
Video Description: SOVETSKİ SAKİNLƏRİ VƏ TƏLƏBƏLƏR AKSİYA KEÇİRDİ AZƏRBAYCAN HÖKUMƏTİ CƏRİMƏLƏNDİ (insan hüquqları 15-22 fevral)