generic dapoxetine priligy
VƏTƏNDAŞLARIN MÜLKİYYƏT HÜQUQLARI KÜTLƏVİ ŞƏKİLDƏ POZULUR
Select Category:
Səbayel rayonu, Mikayıl Hüseynov küçəsi 15-də yerləşən 72 mənzilli, 9 mərtəbəli binanın sakinləri martın 5-i Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunda mətbuat konfransı keçiriblər. Bina sakini Arzu Babayeva 2013-cü ilin noyabarında Fövqəladə Hallar Nazirliyinin (FHN) binanın qəzalı olması haqda akt hazrıladığını, amma bu aktın sakinlərə göstərilmədiyini nəzərə çatdırıb. Onun sözlərinə görə, FHN əməkdaşları binanın qəzalı olması haqda aktı “binaya uzaqdan baxış” keçirilmələri nəticəsində tərtib ediblər. Sakinlər bunu da qeyd ediblər ki, elə Fövqəladə Hallar Nazirliyi 2012-ci il “Evrovision” mahnı yarışması öncəsi binanın qəzalı olmaması barədə akt hazırlayıb. Binanın yararsız olması haqda akt tərtib olunduqdan bu yana Səbayel rayon icra hakimiyyətinin nümayndələri gələrək mənzillərin boşaldılmasını tələb edirlər. Bundan əlavə sakinlərə poilis təzyiqi edilir. Binanı xoşluqla tərk etmədikləri halda “biabırçılıqla” çıxarılacaqları hədələri gəlirlər. Boş qalan mənizllərə girən naməlum şəxslər mənzillərin divarlarına ağır alətlərlə zərbələr vuraraq “yararsız” olması “həqiqəti” yaradırlar. Binanın artıq dam örtüklərini dağıdırlar. Sakinlər yağış yağacağı halda binanın 9-cu mərtəbəsindəki mənzillərin suya batacağını bildirirlər. Bu qanunsuzluqlar barədə bütün instansiyalara müraciət etsələr də onlara cavab verilmir. Hətta Səbayel rayon İcra Hakimiyyəti təmsilçiləri yaxın vaxtlarda mənzilləri boşaltmadıqları halda mənzillərə qaz, su və işıq verilməsinin dayandırılacağı hədə-qorxusu da gəliblər. Sakinlərin sözlərinə görə, mənzillərin hər kvadratmetrinə 1500 manat kompensasiya təklif edilir. Amma sakinlər bununla razı deyillər. Şəhərin mərkəzində, həm də dənizə yaxın bir binada yaşadıqlarını əsas gətirən sakinlər həmin yerə yaxın yerdə evlə təmin olunmağı tələb edilər. Bu olmazsa dənizə yaxın binalardan mənzil ala bilmək üçün yüksək məbləğli kompensasiya təklifi irəli sürürlər. Bütün bu baş verən qanunsuzluqları dayandırmaq üçün vəkil Emin Abbasov artıq Bakı 1 saylı İqtisadi İnzibati məhkəməsinə müraciət edib və ilk məhkəmə baxışı martın 13-nə təyin edilib. Qeyd edək ki, 2006-cı ildən bu yana Bakıda vətəndaşlara məxsus ev və mənzillərin sökülməsi kütləvi hal alıb. Bu zaman hər şey heç də tərəflər arasında qarşılıqlı anlaşma nəticəsində baş vermir. Füzuli, Ş.Bədəlbəyli küçələrində və s. yerlərdə vətəndaşların mənzilləri zor gücünə dağıdılaraq evlərindən çıxarılıblar. Hazırda Bakının tarixi “Sovetski” məhəlləsini də bu aqibət gözləyir. Bütün qarşıdurmalar hökumətin təyin etdiyi 1500 manat üzərində qurulur. Hökumət vətəndaşa ədalətli kompensasiya ödənilməsi təklifini qəbul etmir.
Share |
Added: 2014-03-05
Category: Mülkiyyət hüququ
Duration: 0:04:20
Tags:
Video Description: VƏTƏNDAŞLARIN MÜLKİYYƏT HÜQUQLARI KÜTLƏVİ ŞƏKİLDƏ POZULUR