generic dapoxetine priligy
Aİ AZƏRBAYCANDA QHT LƏRİN DƏSTƏKLƏNMƏSİNƏ 5,2 MİLYON MANAT AYRILIB
Select Category:
Martın 11-də Avropa İttifaqının Bakı nümayəndəliyi 15 vətəndaş cəmiyyəti layihəsinin təqdimatını keçirib. Layihələrin reallaşmasına bu il Aİ-nin dəstəyilə başlanılıb. Layihələr “Qeyri-dövlət qurumları inkişafda” və “Avropa Demokratiya və İnsan Hüquqları Aləti” çərçivəsində həyata keçirilir. İlk istiqamət üzrə kənd yerləri və regionların inkişafına dair 7 layihə dəstəklənib. Həmin layihələrdən 25 rayonda 20 mindən çox fermer faydalanacaq. Layihələrin ümumi məbləği 3 mln. manatdır. Aİ nümayəndəliyinin əməkdaşı Pərviz Yusifov bildirib ki, layihələr iştirakçıların gəlirlərinin 10-30% artmasına imkan verəcək. Bundan əlavə, 50 kiçik infrastruktur layihəsi həyata keçiriləcək ki, burada da kiçik biznes 900 min manat həcmində yardım alacaq. 100-dən çox yeni fermer qrupları yaradılacaq. Aİ missiyasının nümayəndəsi Məryəm Hacıismayılovanın sözlərinə görə, “Avropa Demokratiya və İnsan Hüquqları Aləti” çərçivəsində Aİ ictimai məlumatlandırmanın artırılması, mülkiyyət hüquqlarının müdafiəsi, qadın hüquqlarının təminatı, seçkilərin monitorinqi üzrə 8 layihənin dəstəklənməsinə 2,2 mln. manat ayırıb. Əsasən Azad İqtisadiyyata Yardım İctimai Birliyi mülkiyyət hüquqlarının qorunması üzrə layihə həyata keçirir. Qurumun rəhbəri Zöhrab İsmayıl bildirib ki, layihə çərçivəsində Bakı, Gəncə, Salyan, Masallı və Lənkəranda vətəndaşlara mülkiyyət hüquqlarının qorunması ilə bağlı hüquqi yardım göstərilib. Eyni zamanda 10 məhkəmə çəkişməsində vətəndaşların hüquqlarının müdafiəsi nəzərdə tutulub. Onlardan biri – Bayıl qəsəbəsi, Müşfiq Hüseynov küçəsində yerləşən 9 mərtəbəli evin 31 sakininin qanunsuz köçürülmə ilə bağlı kollektiv iddiası üzrə proses başlayıb. “İstənilən ölkədə vətəndaş cəmiyyəti əhalinin ən zəif təbəqələrinin ehtiyaclarının təmin edilməsində, islahatların monitorinqində, insan hüquqları sahəsində götürülən öhdəliklərin yerinə yetirilməsində əvəzsiz rol oynayır. Aİ Azərbaycanda vətəndaş cəmiyyətini maliyyələşdirən ən iri xarici donor olması ilə fəxr edir”, - Aİ nümayəndəliyinin rəhbəri Malena Mard bildirib. 2007-ci ildən Aİ Azərbaycan vətəndaş cəmiyyətinin 12 mln.-dan çox 60 layihəsini maliyyələşdirib. Layihələrdə iştirak üçün ərizələr Aİ-nin rəsmi saytında yerləşdirilən elan üzrə qəbul
Share |
Added: 2014-03-11
Category: Birləşmək azadlığı
Duration: 0:02:49
Tags:
Video Description: Aİ AZƏRBAYCANDA QHT LƏRİN DƏSTƏKLƏNMƏSİNƏ 5,2 MİLYON MANAT AYRILIB