generic dapoxetine priligy
KRIMDA MUXTAR VİLAYƏT STATUSU KRIM TATARLARI ÜÇÜNDÜR
Select Category:
Martın 11-də Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitunun mətbuat mərkəzində "Krım məsələsi" fonunda Krıma retrospektiv və siyasi prespektiv baxış mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə Ukraynada hakimiyyətdə olan keçmiş Yanukoviç hökumətinin Avrointeqrasiya siyasətindən imtina etməsindən sonra ölkədəki icitimai-siyasi duruma, onun inkişaf pespektivlərinə, bu regionda dünyanın aparıcı güclərinin toqquşan maraqlarına toxunulub. Bu fonda Krım yarımadasının Rusiyaya tabe edilməsi üçün keçirilməsi nəzərdə tutulan referendum, bu halda Krımın yerli əhalisi olan krım tatarlarının taleyi müzakirə mövzusu olub. Tarixçi professor Cəmil Həsənli hadisələrə baxış edərək Krım ərazisinin yerli əhalisi olan tatarların durumu üzərində xüsusi dayanıb. XIX əsrin sonlarında bu ərazinin əhalisinin 90%-nin kırm tatarları olmasına diqqət çəkilib. 1944-cü ilin mayında Stalinin əmrilə bir çox xalqlar kimi kırm tatarlarının da ata-baba yurdlarından sürgün edilmələri nəzərə çatdırılıb. XX əsrin 50-ci illərində krım tatarlarının sügün edilməsinin əsasız olması deyilsə də sovet hakimiyyəti rəhbərliyi bu xalqın tarixi torpaqlarına qayıtması haqda hər hansı rəsmi sənəd imzalamayıb. Sovet dövləti dağılarkən isə Krıma muxtar vilayət statusu verilməsinin isə məhz kırm tatarları ilə bağlı olduğu xüsusi vurğulanıb. Bu status kırm tatarlarının hüuqularının qorunması üçün nəzərdə tutulub. "Mövcud muxtariyyətin Rusiyaya hər hansı şəkildə aidiyyatı yoxdur, bu özəl olaraq krım tatarlarının hüquqlarının qorunması üçün təsis edilib"-deyə C.Həsənli qeyd edib. Rusiyanın Krımda yaşayan rusların çoxluğuna əsaslanaraq referendum yolu ilə Krımı özünə birəşdirmək cəhdlərini təzyiq, təcavüz, krım tatarlarının insani haqlarını ən kobud şəkildə pozması adlandırıb. Krımın hər hansı şəkildə Ukrayna tərkibindən ayırmağın mümkün olmayacağı qeyd edilərək, Rusiyanın bu addımı ilə Krımda yaşayan ruslara problem yaratdığı vurğulanıb. "Turan" İA-nın direktoru Mehamn Əliyev daha çox məsələnin siyasi yönünə toxunaraq yaranan ictimai-siyasi duruma görə krım tatarlarının narahatlıq keçirdiyini önə çəkib. Krım Rusiyaya birləşdirildiyi halda krım tatarlarının Sibirə sürgün olunması kimi xəbərlərin Moskvada dolaşdığı nəzərə çatdırılıb. Krımın gələcək taleyinin krım tatarlarından asılı olduğu deyilib. Krım tatarlarını referenduma cəlb etmək üçün Rusiyanın torpaq, vəzifə vədlərinə xalqın aldanmaması xüsusi qeyd olunub. Hazırda Krım ətrafında Qərblə Rusiya arasında intensiv danışıqlar getməsi, Türkiyənin krım tatralarına dəstək vəd etməsi yaxın zamanda müsbət dəyişikliklər olmasına ümid kimi dəyərləndirilib. Bu fonda Rusiyanın iqtisadi durumunun ağırlaşmasına da toxunulub, 2015-ci ildə durumun bundan da pis olacağı qeyd edilib. Belə münaqişə Rusiyanın Qərbdən maliyyə vəsaitləri ala bilməsi üçün törətdiyi şantaj hesab edilib. Krım tatarlarının fəallarından Lir Xəlilov Krımda baş verən hadisələri xüsusi xidmət orqanlarının işi adlandırıb. Krımda hadisələrin bu vəziyyətə gəlməsinə görə Ukraynanın keçmiş prezidentləri Yişenko və Yanukoviç ciddi tənqid edilib. Bu günkü hadisələrin Ukraynanın krım tatarlarını yerli əhali kimi tanınımamasının nəticəsi olduğu iddia edilib. Natiq məsələnin qlobal mahiyyətli olduğuna toxunaraq tezliklə həllinə ümid etmədiyini deyib. Rusiyanın rus dilli əhalinin hüquqlarını qorumaq adı altında Ukraynaya qoşun yeritməsini qanuna zidd addım hesab edilib. Krımdakı refrenduma təkcə Krımda yaşayan yox, Krımdan kənarda yaşayan tatarlarında qatılması əsas sayılıb. Ukraynanın Krımdan kənarda yaşayan tatarlara ikili vətəndaş haqqı tanıması önə çəkilib. Vaxtilə Krımdan sürgün edilən tatarların nəsillərinin bu məsələdə iştirak etməsi vacib sayılıb. Hansı toplumunsa haradasa üstünlüyndən istifadə etməklə referendum keçirilməsi referendumun demokratik alət olmasını sırdan çıxarması sayılıb. Belə referendumların zəncirvari fəsadlar yaradacağı deyilib. Azərbaycanın tatar cəmiyyəti fəallarından Elvina Nurzuayeva qohumlarının əksəriyyətinin Krımda yaşadığını, hər gün informasiyalar aldığını bildirib. Gərginlik olsa da toqquşmalar olmamasına diqqət çəkilib. Ruspərəstlərin səylərinə baxmayaraq krım tatarlarını təxribata çəkməyin mümkün olmadığı qeyd olunub.
Share |
Added: 2014-03-12
Category: Birləşmək azadlığı
Duration: 0:08:58
Tags:
Video Description: KRIMDA MUXTAR VİLAYƏT STATUSU KRIM TATARLARI ÜÇÜNDÜR