generic dapoxetine priligy
AXCP-NİN QƏRARGAH-MƏNZİLİNDƏ PARTLAYIŞIN RƏSMİ SƏBƏBLƏRİ QEYRİ-CİDDİDİR
Select Category:
Martın 14-də Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitunun mətbuat mərkəzində Preventiv Jurnalist Qrupunun təşkilatçılığı ilə Azərbaycan Xalq Cəbhəsi partiyası (AXCP) qərargahında olan partlayış və ardınca da binanın sökülməsi ilə bağlı aparılan təhqiqatların nəticəsi barədə hesabatın təqdimatı keçirilib. AXCP-nin qərargahının müvəqqəti yerləşdiyi binanın söküntüsü qanun pozuntusu ilə həyata keçirilir. Bu barədə AXCP-nin Bakı şəhəri, Tələt Şıxəliyev küçəsi, 8 ünvanında yerləşən ofisində baş vermiş partlayışı və yanğını araşdıran ictimai "Preventiv reaksiya qrupu"nun (PRQ) hesabatında bildirilir. Məruzə müəllifləri partlayışın səbəbinin qaz avadanlığının istismar qaydalarının pozulması olmasını və binanın guya qəza vəziyyətində olduğuna görə sökülməsinin şübhə doğurduğunu bildirirlər. "Çox güman ki, partlayış AXCP-nin ofisinin növbəti dəfə köçürülməsi məqsədilə törədilib",- deyə hesabatda bildirilir. PRQ partlayışdan dərhal sonra hadisəyə ictimai marağın yüksək olması ilə əlaqədar jurnalistlərin, ekspertlərin, hüquqşünasların iştirakı ilə yaradılıb. AXCP öz bəyanatında, eyni zamanda Milli Şura və daha bir aparıcı müxalif partiya -- Müsavat partlayışı hakimiyyətin təxribatı kimi qiymətləndirib. Qərargahın yerləşdiyi binanın sahibi Azər Əsgərov da zirzəminin hökumət orqanları tərəfindən, daha dəqiq isə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun sifarişi ilə partladıldığını bildirib. PRQ rəhbəri, jurnalist Əfqan Muxtarlı bildirib ki, 2013-cü ilin oktyabrında sahibkar Əsgərov binasının iki mərtəbəsini AXCP-yə icarə verib, zirzəmidə isə bərbərxana, inşaat materialları anbarı və daşınmaz əmlak satıcılarının ofisi yerləşirdi. Lakin əslində ofisdən makler kontoru kimi istifadə olunmurdu. Partlayış martın 3-də səhər saat 4:00 radələrində zirzəmidə baş verib. Həmin gün AXCP-nin qərargah-mənzilində AXCP Gənclər Komitəsinin üzvləri -- Nuru Nuruzadə və Ruslan Nəsirli növbə çəkirdi. Onların sözlərinə görə, bir neçə saniyə intervalla üç partlayış səsi eşidiblər. Onlar yanğından mühafizə xidmətinə zəng ediblər və yalnız 20 dəqiqə sonra əraziyə yanğınsöndürənlər gəlib, yanğının yayılmasının qarşısı alınıb. Yanğınsöndürənlər bildiriblər ki, partlayışa qaz balonundan yanlış istifadə səbəb olub. Daha sonra hadisə yerinə polis əməkdaşları gəlib. Yanğın söndürüldükdən sonra yanğınsöndürənlər və polis ərazini tərk edib. PRQ üzvləri 3 mart 2014-cü ildə zirzəmiyə baxış keçiriblər, video və fotoçəkiliş həyata keçiriblər, şahidlərin, bina icarəçilərinin ifadələrini yazıblar. Binanın qarşısında 2 propan balonu tapılıb. Onlardan biri bütöv, digəri partlamış idi. Partlayan balon paslı və içərisi qumvə başqa zir-zibillə dolu idi. Partlamış balonun hissələrinin paslı olduğunu nəzərə alaraq, onun kifayət qədər çoxdan partladığını ehtimal etmək olar. Bu zaman məlum olub ki, nə bərbərxanada, nə anbarda qaz balonundan istifadə olunmurdu. Bu ərazidə olan polis zabiti də deyib ki, balonlar sonradan binanın yaxınlığına atılıb. Bərbərxananın icarəçisi Muradovun bildirdiyinə görə, qonşu ofisdəki maklerlər də qazdan istifadə etmirdilər. Lakin PRQ üzvləri onları tapa bilməyib, çünki partlayışdan sonra onlar görünməyiblər. Hüquq-mühafizə orqanları və FHN hadisə yerində araşdırmaya yalnız martın 3-də saat 12:30-da başlayıblar. Hüquq-mühafizə orqanları isti-isti hadisənin səbəblərinin müəyyən edilməsi üçün heç nə etməyiblər. Onlar icarəçilərdən ifadə almayıblar, maklerləri axtarmayıblar. Polis əməkdaşlarından biri bildirib ki, hadisə günü videomüşahidə kameraları işləməyib. Maraqlıdır ki, ofisin komendantı Təzəxan Mirələmli hadisədən iki gün əvvəl uydurma ittihamla həbs edilib. Bina sahibi Azər Əsgərov bildirib ki, bir müddət əvvəl FHN nümayəndəsi ona ofisi AXCP-yə icarə verməsinin nəticələri barədə xəbərdarlıq ediblər. Martın 4-də Nərimanov rayon icra hakimiyyəti FHN-nin telefonoqramı əsasında binanın sökülməsi haqqında qərar qəbul edib. Saat 16.00-da artıq söküntü başlayıb. Hüquqşünas Fuad Ağayevin sözlərinə görə, söküntü Konstitusiyanın, Mülki Məcəllənin və Mənzil Məcəlləsinin müddəalarının pozulması ilə həyata keçirilir.
Share |
Added: 2014-03-17
Category: Birləşmək azadlığı
Duration: 0:04:54
Tags:
Video Description: AXCP-NİN QƏRARGAH-MƏNZİLİNDƏ PARTLAYIŞIN RƏSMİ SƏBƏBLƏRİ QEYRİ-CİDDİDİR