generic dapoxetine priligy
QIZLARIN TƏHSİLDƏN YAYINDIRILMALARI ERKƏN NİKAHLARIN ƏSAS SƏBƏBİ SAYILDI
Select Category:
Qadın Hüquqlarını Müdafiə Cəmiyyəti (QHMC) erkən nikahlara qarşı mübarizə lahiyihəsinin yekunlarına dair dəyirmi masa keçirilib. Qurumun rəhbəri Novella Cəfəroğlu haqqında bəhs edilən problemlə bağlı Astara, Lənkəran, Salyan və Şirvan şəhərlərində monitorinqlər keçirdiklərini söyləyib. Belə hallarla rastlaşıldığı vurğulanıb. 4 illik icbari təhsildən sonra qızların təhisldən yayınmasının adi hal almasına diqqət çəkilib. Qeyd edilib ki, qızların dərsələrə gəlməmələrilə cəmiyyət onların sonrakı taleyindən xəbərsiz qalır. Bu problemin həllində məsələni ictimailəşdirilməsi vacib sayılıb. Erkən nikahlarla bağlı tam rəsmi statistika olmadığı üçün bu sahədə durumun mənzərəsi aydın olmur. Valideynlər yetkinlik yaşına çatmayan qızları ərə verməkdə, hüquq-mühafizə qurumlarının təmsilçiləri belə faktlara susmaqda ittiham ediliblər. Erkən yaşda qızların ərə verilməsinə görə qanunvericilikdə cəzalar sərtləşdirilsə də bunun hələlik müsbət təsirindən danışmağın tez olduğu nəzərə çatdırılıb. Digər tərəfdən bu məsələdə erkən evlənmələrə nikah kəsən din xadimləri qanunlara riayət etməməkdə suçlanıblar. Aparılan monitorinqlər qızların ərə verilməsinə əsas səbəblər kimi qızların təhsildən yayındırılmalarını, valideynlərin övlad qarşısında məsuliyyətsizliyini, ailə-təhsil-cəmiyyət əlaqələrinin zəifliyini, ailənin ağır maddi durumunu, işsizliyi önə çəkib. Rayonlarda işsizliyin valideynlərin qızlarını erkən ərə verməsində səbəblərdən biri kimi göstərilib. Layihə icraçıları problemi aradan qaldırmaq üçün hakimiyyət orqanlarına təkliflər paketi hazırlayıblar. Bu təkliflər paketində erkən yaşda ailə qurulmasını aradan qaldırmaq üçün maarifləndirmə xarakterli tele-radio verilişlərin çoxaldılması əsas yer tutub. Bundan əlavə orta məktəblərdə "Qızlar Şurası" yaradılması təklif edilib. Valideynlərə erkən nikahların qanunsuzluq olması, qanuna riayət etmədikləri halda hansı cəzalarla üzləşə bilcəkləri haqda maarifləndirmə işi aparılması da təkliflər sırasında yer alıb. Bundan əlavə bu məsələnin qadın komitəsi tərəfindən ciddi şəkildə araşdırılması, problemin aradanq qaldırılması üçün kompleks tədbirlər planı hazırlanması da təklif edilib. Hazırlanmış təkliflərin aidiyyatı dövlət orqanlarına təqdim olunması nəzərdə tutulur. Layihə Kanadanın Türkiyə səfirlyinin dəstəyilə icra edilib.
Share |
Added: 2014-03-24
Category: Gender bərabərliyi
Duration: 0:02:53
Tags:
Video Description: QIZLARIN TƏHSİLDƏN YAYINDIRILMALARI ERKƏN NİKAHLARIN ƏSAS SƏBƏBİ SAYILDI