generic dapoxetine priligy
GƏNCƏ FƏALI HƏSƏN HÜSEYNLİ SAXLANILIB
Select Category:
Martın 31-də Gəncədə "Kamil Vətəndaş" Maarifləndirmə Mərkəzinin rəhbəri Həsən Hüseynli bir nəfərin şikayəti əsasında polis tərəfindən saxlanılıb. Belə ki, həmin şəxs H.Hüseynli tərəfindən bıçaqla hədə-qorxuya məruz qaldığını bildirib. H.Hüseynli CM-in 221.3 maddəsi (xuliqanlıq, silah və ya silah kimi istifadə olunan əşyalardan istifadə ilə törədildikdə) ilə təqsirli bilinir. H.Hüseynlinin hüquqlarını vəkil Əlaif Həsənov müdafiə edir. Vəkil obyektiv tv-yə bildirib ki, H.Hüseynli şübhəli şəxs qismində saxlanılır, iş materialları ilə tanış olmağa imkan yaradılmır, bir çox pozuntulara yol verilib və hazırda istintaqda yol verilmiş pozuntulardan şikayətlər hazırlanır. H.Hüseynlinin insan həyatına qəsddə ittiham olunması təkcə Gəncədə deyil, həm də vətəndaş sektoru və beynəlxalq missiyalarda təəccüb doğurub. H.Hüseynli tolerant, təmkinli şəxs kimi tanınır. Onun maarifçilik fəaliyyəti heç zaman hakimiyyətdə narazılıq yaratmayıb. "Kamil Vətəndaş" Maarifləndirmə Mərkəzi 2004-cü ildə təsis edilib. 2009-cu ilin fevralında dövlət qeydiyyatından keçib. Buna qədərsə Gəncə Təşəbbüs Mərkəzi Açıq Cəmiyyət kimi fəaliyyət göstərib. Təşkilatın məqsədi Azərbaycanın qərb regionunda açıq cəmiyyət ideyalarını yaymaq və ölkədə vətəndaş cəmiyyəti quruculuğuna töhfə verməkdir. Bu məqsədlə təşkilat regionda vətəndaş cəmiyyəti quruculuğu, region QHT-lərinin inkişafı (QHT Resurs Mərkəzi), gənclərin ictimai fəallığının və liderlik qabiliyyətinin yüksəldilməsi sahəsində layihələr həyata keçirir. Bundan başqa təşkilatın nəzdində Gəncə Təhsil Məlumat Mərkəzinin (GTMM) fəaliyyəti hesabına gənclərin xaricdə təhsil alması üçün müntəzəm məlumat sessiyaları, fərdi və qrup məsləhət saatları keçirilir. Fəal 3 ildən 7 ilədək azadlıqdan məhrum edilə bilər. Hüseynli martın 31-də saxlanılıb.
Share |
Added: 2014-04-01
Category: Birləşmək azadlığı
Duration: 0:02:05
Tags:
Video Description: GƏNCƏ FƏALI HƏSƏN HÜSEYNLİ SAXLANILIB