generic dapoxetine priligy
GƏNCLƏR CÜMHURİYYƏT QURUCULARINI TANIDIB
Select Category:
Aprelin 4-ü "Gənclər Klubu" İctimai Birliyi Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitunun mətbuat mərkəzində "İctimai fəaliyyət və liderlik təlimləri" layihəsinin birinci sessiyasının başa çatması ilə bağlı mətbuat konfransı keçirib. TədbirdəTəlim iştirakçılarına sertifikatlar təqdim edilib. Birliyin rəhbəri Z.Əkbər adı çəkilən layihəni Avropa Demokratiyaya Dəstək Fondunun maliyyələşdirdiyini deyib. Təlimlərdə iştirak etmək üçün 154 gənc müraciət edib, 60 nəfər müsabiqədən keçib. Hər biri 10 nəfərdən ibarət 6 qrup təşkil edilib. Hər qrupa Demokratik Cümhuriyyət (1918-20-ci illər) qurucularından birinin adı verilib. İlin sonunadək davam edəcək layihənin birinci sessiyası başa çatıb. İlk sessiyanın sonunda hər qrup adını daşıdığı cümhuriyyət qurucusu haqda tanıtım təqdimatı keçirib. Daha sonra qruplar seçki simulyasiyası keçiriblər. Xəyali "Fərziyyəstan" ölkəsinin prezident seçkisi olub. Qruplar prezidentliyə namizədləri irəli sürüblər. Seçki kampaniyası hazırlanıb, seçki şüarları müəyyən edilib və təbliğatçılar "seçicilər"in içinə gediblər. Nəhayət, gizli səsvermə yolu ilə keçirilən seçkilərdə Tural Hüseynli "Fərziyyəstan" ölkəsinin prezidenti seçilib. İlk sessiyanı başa vuran təlim iştirakçılarına setifikatlar təqdim olunub. Təlimlərdə iştirakdan sonra bəzi gənclər ictimai qurum yaratmaq barədə düşündüklərini nəzərə çatdırıblar. "İctimai fəaliyyət və liderlik təlimləri" layihəsinin ikinci sessiyasına təlim şitirakçılarının qəbul edilməsilə bağlı müraciətlər başlanıb. Artıq 253 müraciət daxil olub. Yenə də hər biri 10 nəfərdən ibarət 6 qrupun təşkili nəzərdə tutulur.
Share |
Added: 2014-04-04
Category: Birləşmək azadlığı
Duration: 0:02:26
Tags:
Video Description: GƏNCLƏR CÜMHURİYYƏT QURUCULARINI TANIDIB