generic dapoxetine priligy
SİYASİ MƏHBUSLARIN MÜDAFİƏSİ ÜÇÜN YENİ KAMPANİYA BAŞLADI
Select Category:
Aprelin 17-də AXCP Gənclər Komitəsi Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitunun mətbuat mərkəzində Azərbaycandakı siyasi məhbusların azad edilməsi ilə bağlı aprelin 14-də facebook-da başladıqları kampaniyanın təfsilatını açıqlayıb. “Azad et” kampaniyası siyasi məhbusların tam azad edilməsi məqsədi daşıyır. AXCP Gənclər Komitəsinin sədri İlham Hüseynov siyasi fəalların son həbslərini, o cümlədən AXCP üzvlərinin məruz qaldığı inzibati cəzaları xatırladıb. Ölkədə elə bir vəziyyət yaranıb ki, vətəndaşlar artıq müdafiə üçün hara müraciət edəcəklərini bilmirlər, deyə o qeyd edib. AXCP sədr müavini Əbülfəz Qurbanlının sözlərinə görə, kampaniya çərçivəsində ictimaiyyətə siyasi məhbuslar haqqında maksimum məlumat vermək və beynəlxalq qurumların Bakıya təzyiq göstərməsinə nail olmaq lazımdır. “Biz yol verə bilmərik ki, “NİDA” üzvləri uzunmüddətli həbs cəzalarına məruz qalsın, biz bütün siyasi məhbuslar azad edilənə qədər mübarizə aparacağıq. Buna görə kampaniya davamlı olmalıdır”, deyə Qurbanlı bildirib. Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus qeyd edib ki, onun təşkilatı 1995-ci ildən siyasi məhbuslar problemi ilə məşğul olur. “Həmin vaxt Azərbaycanda 714 siyasi məhbus var idi. 2002-ci ildə onların sayı yüzdən az idi, indi isə ölkədə 129 siyasi məhbus var, onların 40-ı vicdan məhbusudur”, deyə Yunus bildirib. O, Azərbaycanda keçiriləcək Avropa Olimpiya Oyunlarının ləğv edilməsi çağırışı ilə kampaniyaya başlamağı, habelə Azərbaycanda siyasi məhbuslar problemi haqqında bütün Avropa Şurası ölkələrinə, həmçinin də maydan Azərbaycanın sədrlik edəcəyi AŞPA Nazirlər Komitəsinə müraciət etməyi təklif edib. NİDA hərəkatı İdarə Heyyətinin üzvü Turqut Qəmbər həbsdə olan 8 təşkilat üzvünün bəyatanını oxuyub. Onlar bildiriblər ki, bu gündən etibarən ayrı-seçkiliyə və repressiyalara qarşı etiraz əlaməti olaraq aclıq aksiyası elan ediblər. Bütün çıxış edənlər siyasi məhbusların azad edilməsi tələbi ilə əlaqədar sosial şəbəkələrdə aktiv fəaliyyətin zəruri olduğunu bildiriblər.
Share |
Added: 2014-04-18
Category: Birləşmək azadlığı
Duration: 0:02:18
Tags:
Video Description: SİYASİ MƏHBUSLARIN MÜDAFİƏSİ ÜÇÜN YENİ KAMPANİYA BAŞLADI