generic dapoxetine priligy
İCMA TƏMSİLÇİLƏRİ HAQSIZLIQLARLA ÜZLƏŞDİKLƏRİNİ İDDİA EDİBLER
Select Category:
Aprelin 17-də İçərişəhər “Ləzgi” məscidi icmasının üzvləri Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitunun mətbuat mərkəzində əhli-sünnə dini icmalarının son vaxtlar ciddi təzyiqlərə məruz qalmaları ilə bağlı mətbuat konfransı keçriblər. İcma təmsilçiləri son vaxtlar haqsızlıqlarla üzləşdiklərini iddia ediblər. Buna nümunə olaraq “Şəhidlər”, “Əbubəkr”, “Müsfiqabad” qəsəbə məscidlərinin bağlanmasını göstəriblər. Bu məscidlərin bağlanması əsassız adlandırılıb. Bütün bu bağlanmalara səbəb kimi həmin məscidlərdə məhz sünnilərin namaz qılamaları göstərilib. Adı çəkilən məsdilərin bağladılmasında Qafqaz Müəslmanları İdarəsi, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi rəhbərliyinin birgə addım atması da iddia edilib. Təmsilçilər həyat tərzlərində “Quran”ı və Mühəmməd (ə.s) peyğəmbərin söylədiklərini əsas götürdüklərinə və şiələrdən fərqli olduqlarına görə təzyiqlərə məruz qaldıqlarını bəyan ediblər. İcma nümayəndələri KİV-lərin və cəmiyyətin onları “vəhabi, xəvaric, təkfirçi” adlandırmasına da etirazlarını bildiriblər. Dini icmaların qeydiyyatı məsələsində isə, şiə icmalarının qeydiyyatdan keçdiyini, amma sünni icmaların keçmədiyi qeyd olunub. Dini icmanın rəhbəri Faiq Mustafa rəhbəri olduğu dini icmanın qeydiyyata alınmadığını dedi. Bunu QMİ rəhbərliyinin icmanın qeidiyyatı ilə bağlı sənədləri dini komitəyə bilərəkdən təqdim etməməsilə əlaqələndirib. Namazlar fərqli qılındığı üçün sünnilərin də şiə məscidlərində namaz qılmasının mümkünsüzlüyü iddia edilib. “Katolik, provoslav, protestant öz kilsəsində ibadət etdiyi kimi sünni və şiə də öz məscidində ibadət etməlidir. Bütün dünyada necədirsə, bizdə də elə olmalıdır”-deyə hüquqşünas Elman Osman bildirib. Azərbaycanda əhalinin 35%-ni sünnilərin təşkil etdiyi iddia olunub. Bu artıma baxmayaraq əhli-sünnə məscidlərinin artmadığı nəzərə çatdırılıb. Məscidlər az olduğundan evlərdə yığışdıqlarına görə polis təqiblərinə məruz qaldıqları bəyan edilib. Ölkədə əhli sünnənin müfti rəhbəri olmadığı bəyan edilib. İcma təmsilçiləri Suriyada döyüşən dindarlara da münasibət bildirib. Suriyada döyüşənlərə görə icmanın məsuliyyət daşımadığı ifadə olunub. F.Mustafa qeyd etdi ki, Suriyada döyüşən şiələrin sayı sünnilərdən dəfələrlə çoxdur. Mətbuat konfransında Salyanda bir neçə dindarın təzyiqə məruz qalmasından da danışıldı. Təzyiqə məruz qalan Salyan sakini Füzuli Ağalı bunu dini əqidəsilə əlaqələndirdi. “Mən fars namazı yox, türk namazı qılıram, buna görə bizi məscidlərə qoymurlar”- deyə bildirdi. İcma təmsilçiləri son olaraq dövlət başçısı İlham Əliyevin onlara qarşı təzyiqlərdən xəbərsiz olduğunu və səslərini mətbuat vasitəsilə ona çatdırmaq istədiklərini bəyan ediblər.
Share |
Added: 2014-04-18
Category: Birləşmək azadlığı
Duration: 0:03:26
Tags:
Video Description: İCMA TƏMSİLÇİLƏRİ HAQSIZLIQLARLA ÜZLƏŞDİKLƏRİNİ İDDİA EDİBLER