generic dapoxetine priligy
JURNALİST PƏRVİZ HƏŞİMLİNİN MƏHKƏMƏSİ BAŞLADI, ƏVƏZ ZEYNALLININ İDDİASI TƏMİN EDİLMƏSİ 24-28 FEVRAL
Select Category:
HÜQUQ MÜDAFİƏÇİSİ 6 İL AZADLIQDAN MƏHRUM EDİLDİ, RAUF MİRQƏDİROV HƏBSDƏ QALDI 14 18 İYUL
0:08:49
MEHMAN HÜSEYNOV YENƏ DƏ OĞURLANDI, NİDA ÇILAR KASASSİYA ŞİKAYƏTİ VERƏCƏK (7- 11 İYUL)
0:04:40
ÖMƏR MƏMMƏDOVA HÖKM OXUNDU, PROKUROR HƏSƏN HÜSEYNLİYƏ 7 İL HƏBS CƏZASI İSTƏYİB (30 İYUN - 4 İYUL)
0:04:50
PROKURORLUQ LEYLA YUNUSU HƏBSLƏ HƏDƏLƏYİR, ƏBDÜL ƏBİLOV 5 İL 6 AY MÜDDƏTİNƏ AZADLIQDAN MƏHRUM EDİLİB
0:08:22
AZƏRBAYCANIN `MAQNİTSKİ SİYAHISI` TƏRTİB EDİLİR, ALİ MƏHKƏMƏ HİLAL MƏMMƏDOVU AZAD ETMƏYİB 23-29 İYUN
0:11:04
NİCAT ƏLİYEVİN APELLYASİYA ŞİKAYƏTİ DAVAM EDİR, DÖVLƏT İTTİHAMÇISI FƏAL ÖMƏR MƏMMƏDOVA 6 İL HƏBS İST
0:06:11
BAKIDA YERÜSTÜ PİYADA KEÇİDİ UÇUB GƏNCƏ FƏALI HƏSƏN HÜSEYNLİNİN MƏHKƏMƏSİ BAŞLAYIR (02- 07) İYUN
0:05:39
HELSİNKİ KOMİSSİYASI: AZƏRBAYCAN DÜZGÜN İSTİQAMƏTDƏ İRƏLİLƏMƏMİR, H  MƏMMƏDOVUN ŞİKAYƏTİ QİSMƏT TƏMİ
0:06:51
PƏRVİZ HƏŞİMLİ 8 İL MÜDDƏTİNƏ AZADLIQDAN MƏHRUM EDİLİB,ANAR MƏMMƏDLİ  İFADƏ VERİB(12-17 MAY)
0:07:49
LEYLA YUNUSUN MƏNZİL VƏ OFİSİNDƏ AXTARIŞ APARILIB, AKSİYADA SAXLANILAN GƏNCLƏRƏ HƏBS CƏZASI VERİLİB
0:09:35
G.ƏHMƏDOVA ŞƏRTİ AZADLIĞA BURAXILIB, NİDAÇILARA UZUN MÜDDƏTLİ HƏBS CƏZALARI VERİLİB (5-10 MAY)
0:08:58
APELLYASİYA MƏHKƏMƏSİ JURNALİSTİ HƏBSDƏ SAXLADI. JURNALİST FİZİKİ TƏZYİQƏ MƏRUZ QALDI (21-26 APREL)
0:07:19
A.MƏMMƏDLİYƏ QARŞI CİNAYƏT İŞİ MƏHKƏMƏYƏ GÖNDƏRİLİB, P.HƏŞİMLİNİN MƏHKƏMƏSİNDƏ ŞAHİDLƏR İFADƏ VERİB
0:05:26
FACEBOOK FƏALININ CİNAYƏT İŞİ ÜZRƏ HAZIRLIQ İCLASI KEÇİRİLİB, DÖVLƏT İTTİHAMÇISI NİDA FƏALLARINA YÜK
0:07:23
GƏNCƏ FƏALI HƏSƏN HÜSEYNLİ SAXLANILIB, `NİDA` FƏALLARI MƏHKƏMƏDƏ İFADƏ VERİLİBLƏR 31 MART 05 APREL
0:06:52
MEGAFUNDA YANĞIN, ŞAHİN NOVRUZLU  MTN DƏ MƏNƏ FİZİKİ TƏZYİQ GÖSTƏRİLİB 24-29 MART
0:08:33
XƏDİCƏ İSMAYILOVA YENİDƏN PROKURORLUQDA DİNDİRİLİB APELLYASİYA MƏHKƏMƏSİ ANAR MƏMMƏDLİNİ HƏBSDƏ SAXL
0:13:29
METRO TİCARƏTÇİLƏRİ YENƏ ETİRAZ ETDİLƏR, İSMAYILLI HADISƏLƏRİ ÜZRƏ HÖKM OXUNUB
0:06:18
SOVETSKİ SAKİNLƏRİ VƏ TƏLƏBƏLƏR AKSİYA KEÇİRDİ AZƏRBAYCAN HÖKUMƏTİ CƏRİMƏLƏNDİ (insan hüquqları 15-22 fevral)
0:04:55
HÜQUQLAR RİSKLƏR DƏYİŞİKLİKLƏR (SEÇKİ İCMALI 8-14 FEVRAL )
0:03:32
See all 101 videos
Fevralın 25-də Bakı Apellyasiya Məhkəməsi keçmiş səhiyyə naziri Əli İnsanovun 11 il həbsdə saxlanması ilə bağlı əvvəlki hökmü qüvvədə saxlayıb. Hökm Əli İnsanovun iştirakı olmadan elan edilib. Vəkil Toğrul Babayev deyib ki, Azərbaycan hakimiyyəti Avropa İnsan Hüquqları Məhkəməsinin Ə.İnsanovun barəsində qərarını yerinə yetirməyib. Qeyd edək ki, təkrar istintaq Avropa İnsan Hüquqları Məhkəməsinin 2013-cü il martın 14-də Əli İnsanovun hüquqlarının pozulması və ona kompensasiya verilməsi barədə qərarı ilə bağlı keçirilib. Ə.İnsanov2005-ci ilin oktyabrında dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunub. 2007-ci ilin aprelində rüşvət almaq, vəzifə səlahiyyətlərini aşmaq, bir sıra iqtisadi cinayətlər törətmək ittihamı ilə 11 il azadlıqdan məhrum edilib. Fevralın 25-də araşdırmaçı jurnalist Xədicə İsmayıl 5-cü dəfə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində ifadə verib. Jurnalistin iştirakı ilə onun şəxsi kompüterinə baxış keçirilib, emailləri araşdırılıb. Xatırladaq ki, Xədicə İsmayıl fevralın 17-də Facebook-da Milli Təhlükəsizlik Nazirliyinin (MTN) xidməti fəaliyyətinə aidliyi ehtimal edilən material yerləşdirib. Materialda MTN-nin müxalifət partiyalarına casus yerləşdirməsindən bəhs edilir. Faktla bağlı Cinayət Məcəlləsinin 284.2-ci (dövlət sirrini yayma ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb Milli və Beynəlxalq Araşdırmalar Mərkəzi “Qərb üçün prioritet olan nədir: demokratiya, yoxsa enerji maraqları?” mövzusunda dəyirmi masa keçirib. Tədbir İSR-Plaza otelində nəzərdə tutulsa da elektrikin olmaması bəhanəsilə təşkilata yer verməkdən imtina edilib. Bununla bağlı tədbir Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli komitəsinin ofisində keçirilib. Qeyd edək ki, son zamanlar Azərbaycan vətəndaş cəmiyyəti bu kimi bəhanələrlə tez-tez üzləşir. Tədbir keçirilməsi uyğun yer tapmaq get-gedə problemə çevrilir. Övladları atəşkəs dövründə həlak olan bir qrup əsgər dövlət başçısı İlham Əliyevlə görüşmək istəyir. Onların dediyinə görə övladlarının ölüm faktları ilə bağlı istintaqın düzgün aparılmaması, ölüm səbəblərinin gizlədilməsi, vəfat edən əsgərlərin daxili orqanlarının çıxarılması və s. bu görüşü zərurətə çevirib. Valideynlərdən Bəyalı Əzizov, Səlbi Novruzova, Kifayət İsgəndərova övladlarının orduda vəfat etməsilə bağlı istintaqların düzgün aparılmadığını deyiblər. Onlar ölüm faktlarına görə sıravi əsgərlərin istintaqa cəlb olunmasını ədalətsizlik hesab edirlər. Qarabağ müharibəsi əlili Məğrur Bədəlsoy Xətai rayon məhkəmə icraçılarını məhkəmə səlahiyyətlərini mənimsəmək, dövlət adına saxtakarlıq etmək, dövləti cinayətə yol verməkdə ittiham edib. İttihamlara səbəb isə əlilin oğlu Zahid Bədəlovun 2012-ci ilin əvvəlində Yasamal rayon ərazisində yol verdiyi qəzadan sonra yaradılan problemlərdir. Həmin qəzada iki avtomobil əzilib. Z. Bədəlov bunlardan birinin zərərini ödəyib, digəri isə, “Atəşgah” sığorta şirkətində sığortalı olub. Z. Bədəlov 100 manat həcmində cərimə edilib. Bu məsələ ilə bağlı 2012-ci ilin ortalarında Xətai rayon Məhkəmə qərarlarını icra idarəsindən Z.Bədəlova 3 min manatdan çox borcu olması barədə məlumat verilib. 2012-ci il aprelində hansısa məhkəmə qərarına görə onun maşınına həbs qoyulur. Məğrur Bədəlsoy belə prosesin olub-olmaması ilə bağlı 2012-ci ildə Xətai rayon məhkəməsinə sorğu verir. Sorğuya Zahid Bədəlovun cavabdehliyi ilə Xətai rayon məhkəməsinə hər hansı mülki iddia daxil olmaması cavabı verilir. Belə bir məhkəmə prosesinin olmaması faktı üzə çıxır. Məğrur Bədəlsoy bu addımı “Atəşgah” sığorta şirkətinin icra məmurları ilə işbirliyi yaradaraq bu yolla yol qəzasına görə müştərisinə ödədiyi sığorta pulunu geri qaytarmaq istəyi kimi dəyərləndirib. O bildirib ki, oğlunu təzyiqlərdən, maşınını qanunsuz həbsdən xilas etmək üçün müxtəlif instansiyalara müraciət etsə də hər hansı cavab almayıb. Fevralın 28-də saat 18.30 radələrində Nərimanov rayonu ərazisində küçə ticarətinin polis tərəfindən dağıdılması zamanı çəkiliş apararkən internet televiziyası-Meydan TV-nin əməkdaşı Sevinc Vaqifqızı saxlanılıb. Jurnalist Nərimanov rayon Polis İdarəsinə aparılıb. Təxminən yarım saatdan sonra Sevinc Vaqifqızı sərbəst buraxılıb. Fevralın 28-də Bakı Apellyasiya Məhkəməsində hakim Cəmilə Səfiyevanın sədrliyi ilə keçən prosesdə “Xural” qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallının Mətbuat Şurasına qarşı iddiasını təmin etməyən Nərimanov rayon məhkəməsinin qərarı qüvvədə qalıb. Ə. Zeynallı Mətbuat Şurasının “Xural”ın “reket qəzet” elan olunması ilə bağlı qərarının qanunsuz hesab edilməsini istəyib. Xatırladaq ki, Əvəz Zeynallı 2011-ci ilin oktyabr ayında sabiq deputat, hazırda həbsdə olan Gülər Əhmədovanın şikayəti ilə həbs edilib. 2012-ci il martın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əvəz Zeynallı 9 il müddətinə azadlıqdan məhrum edilib. Bir çox beynəlxalq və yerli hüquq müdafiə təşkilatları “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallını “vicdan məhbusu” kimi tanıyır. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə jurnalist və hüquq müdafiəçisi Pərviz Həşimlinin işi üzrə məhkəmə prosesinin hazırlıq iclası keçirilib. Vəkil Bəhruz Bayramov Pərviz Həşimli ilə görüşə icazə verilmədiyi və cinayət işi ilə tanış olmaq imkanı olmadığı üçün müdafiə hüququnu qura bilmədiklərini deyib. Proses təxirə salınıb. Pərviz Həşimli sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyatla saxlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahın və döyüş sursatının qaçaqmalçılığı) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama) maddələri üzrə ittiham irəli sürülüb. İstintaqın yekunu olaraq işə Cinayət Məcəlləsinin 228.2.2-ci (qanunsuz olaraq odlu silah, döyüş sursatı və sair əldə etmə, saxlama, satma kimi əməllər təkrar törədildikdə ) maddəsi də əlavə olunub. Pərviz Həşimli ittihamları qəbul etmir, hüquq müdafiəçiliyi və jurnalist fəaliyyətinə görə saxta ittihamla həbs edildiyini bəyan edir. Amnesty İnternational təşkilatı Pərviz Həşimlini “vicdan məhbusu” kimi tanıyıb.
Share |
Added: 2014-04-21
Category: Həftənin İcmalı
Duration: 0:06:12
Tags:
Video Description: JURNALİST PƏRVİZ HƏŞİMLİNİN MƏHKƏMƏSİ BAŞLADI, ƏVƏZ ZEYNALLININ İDDİASI TƏMİN EDİLMƏSİ 24-28 FEVRAL