generic dapoxetine priligy
QARABAĞ ƏLİLİ İ RƏSULOV: QAZİLƏR ÜÇÜN TİKİLƏN MƏNZİLLƏR SATILIR
Select Category:
Aprelin 29-da Bakının Qaradağ rayon sakini, Qarabağ müharibəsinin II qrup əlili İsmayıl Rəsulov Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitunun media mərkəzində məmur özbaşınalığına etiraz olaraq mətbuat konfransı keçirib. İ.Rəsulov Qarabağ əlili olaraq mənzil almaq çünü 2002-ci ildən Qaradağ rayonunda növbədə olduğunu deyib. Bu müddət ərzində 3 bina tikilsə də Rəsulov mənzil ala bilməyib. Onun sözlərinə görə, 2010-cu ildə tikilən bina 9 mərtəbəli 81 mənzilli olub. Növbədə 41-ci şəxs olsa da yenə də İ.Rəsulov mənzil al bilməyib. O qeyd edib ki, mənzil ala bilməməsinə səbəb mənzilər Qarabağ əlilləri adına tikilsə də kənar şəxsklərə satılması ilə bağlıdır. Qarabağ əlili bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət etdiyini də nəzərə çatdırıb. Mənzil problemilə bağlı aidiyyatı orqanlara olan müraciətlərinə İ.Rəsulov "gələcəkdə nəzərə alınar" və s. kimi başdansovdu cavablar verilməsinə də diqqət çəkib. Qarabağ əlili Qarabağ müharibəsində fərari olanlara mənzil verildiyi halda əsl qazilərin haqlarının tapdandığını bildirib.
Share |
Added: 2014-05-01
Category: Mülkiyyət hüququ
Duration: 0:02:28
Tags:
Video Description: QARABAĞ ƏLİLİ İ RƏSULOV: QAZİLƏR ÜÇÜN TİKİLƏN MƏNZİLLƏR SATILIR