generic dapoxetine priligy
AKSİYADA SAXLANILAN GƏNCLƏRƏ HƏBS CƏZASI VERİLİB
Select Category:
Mayın 2-də 1 May Beynəlxalq Zəhmətkeşlərin Həmrəylik Gününü qeyd etmək istəyən gənclər Bakı Şəhər Səbail Rayon Məhkəməsinin qərarı ilə inzibati həbs olunublar. Məhkəmənin qərarı ilə Aqşin Mustafayevə, Taleh Rzaxanova 15, Sənan Güləhmədova 10 sutka həbs və Ümid Alışova 180 saat icbari iş verilib. Qeyd edək ki, 1 may dünyanın hər yerində qeyd edilir. 1 May tarixinin manifestasiyalarla Beynəlxalq Zəhmətkeşlər Bayramı kimi anılması qərarı ilk dəfə II İnternasionalın 1889-cu ilin iyulunda keçirilən Paris Konqresində verilib. Dünən də 1 May Zəhmətkeşlər Günü münasibəti ilə bir neçə ölkələrdə yürüşlər təşkil edilib. Xatırladaq ki, polis 1 May Beynəlxalq Zəhmətkeşlər Həmrəylik Gününü qeyd etmək istəyən gənclərə qarşı fiziki güc tətbiq edib. Obyektiv tv-nin repartyoru Şirin Abbasov və 6 aksiya iştirakçısı saxlanılaraq, Səbail Rayon Polis İdarəsinin 9-cu Bölməsinə aparılımışdır.
Share |
Added: 2014-05-02
Category: Sərbəst toplaşmaq azadlığı
Duration: 0:01:48
Tags:
Video Description: AKSİYADA SAXLANILAN GƏNCLƏRƏ HƏBS CƏZASI VERİLİB