generic dapoxetine priligy
AKSİYADA İŞTİRAK EDƏN GƏNCLƏRƏ HƏBS CƏZASI VERİLİB
Select Category:
Dünən N!DA hərəkatının fəallarına oxunan hökmdən sonra keçirilən etiraz aksiyasında saxlanılan şəxslər mayın 7-də Nəsimi Rayon Məhkəməsində hakim qarşısına çıxarılıblar. Məhkəmə Tural Abbaslını, Şəfi Şəfiyevi, Hacı Zeynallını 15, Kəmalə Bənənyarlını 30, Orxan Eyyubzadəni isə 20 sutka inzibati həbs cəzasına məhkum edib. Digər fəallar, Toğrul İbrahim, Türkel Əlisoy, Orxan Rüstəmzadə, Rəhman Məmmədli isə 400-600 manat cərimə olunublar. AXCP üzvü Rəsul Mürsəlov isə xəbərdarlıq edilərək sərbəst buraxılıb. Qeyd edək ki, saxlanılanların vəkilləri olmayıb. Saxlanılanlar N!DA, "Dalğa", "Azad gənclik" hərəkatlarının, Müsavat və Xalq Cəbhəsi Partiyalarının üzvləridir. Bu gün məhkəmənin qarşısında çəkiliş etmək istəyən jurnalistlərə də təzyiq edilib. Obyektiv tv-nin reportyoru Hüseyn Əzizoğlu mülki geyimli şəxs tərəfindən döyülüb. Onun kamerası və eynəyi sındırılıb. Xatırladaq ki, mayın 6-da Ağır Cinayətlər Məhkəməsində 7 N!DA fəalı və 1 Azad Gənclik təşkilatının üzvünə 6-8 il müddətinə azadlıqdan məhrum etmə cəzası verilib. Bir qrup gənc hökmə etiraz olaraq məhkəmənin qarşısında "Azad et" şüarları səsləndirib, himn oxuyublar. Polis aksiyanı zorakılıqla dağıdıb. Aksiya zamanı polis foto və videoçəkilişlərə də mane olub, jurnalistlərin kameraları qırılıb, planşetləri əllərindən alıb. Bu səbəbdən bir çox jurnalistlər müxtəlif dərəcəli xəsarətlər alıblar. Eyni zamanda peşə fəaliyyətini yerinə yetirən "Yeni Müsavat" qəzetinin reportyoru Məhəmməd Türkmən, "Media form" saytının müxbiri Amid Süleymanov və "Azadlıq" qəzetinin reportyoru Xalid Qarayev 3 saatdan çox Səbail Rayon Polis İdarəsində saxlanandan sonra sərbəst buraxılıblar.
Share |
Added: 2014-05-08
Category: Sərbəst toplaşmaq azadlığı
Duration: 0:04:27
Tags:
Video Description: AKSİYADA İŞTİRAK EDƏN GƏNCLƏRƏ HƏBS CƏZASI VERİLİB