generic dapoxetine priligy
ART FOR DEMOCRACY KAMPANİYASININ TƏDBİRİ LƏĞV EDİLİB
Select Category:
Mayın 8-də Central Park Hotel ART for Democracy hüquq-müdafiə kampaniyasının öz saytının və "Azərbaycanda artistik ifadə azadlığı: yaradıcılıq təzyiq altında" adlı hesabatının təqdimatını keçirməsinə imkan verməyib. Təşkilatçılar müqavilə bağlasalar da, tədbirin başlamasına yarım saat qalmış mehmanxananın administratoru kampaniyanın koordinatoru Rəsul Cəfərova telefon edərək bildirib ki, "texniki səbəblər"dən tədbir ləğv olunur. Ruslan adlı şəxs mətbuata şərh verməkdən imtina edərək bildirib ki, tədbir "texniki səbəblər"dən təxirə salınıb. R.Cəfərov hesab edir ki, tədbir siyasi motivlərlə pozulub. O, bunu toplaşma və ifadə azadlığının pozulması kimi qiymətləndirib. O xatırladıb ki, iki həftə əvvəl də Grand Hotel son məqamda konfrans zalını ayırmaqdan imtina etmişdi. R.Cəfərov deyib ki, hər iki mehmanxana ilə bağlı məhkəmədə iddia qaldırılacaq. Onun fikrincə, indiki halda söhbət yalnız şəxsi hüquqların pozulmasından getmir, həm də Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsində nəzərdə tutulan demokratik ifadə azadlığının pozulmasından gedir. O həmçinin bildirib ki, təqdimatı keçiriləcək http://www.artdemocracy.net saytı kütləvi hücumlara məruz qalıb və dağıdılıb. Hazırda saytın bərpası üçün tədbirlər həyata keçirilir. Tədbirin pozulması ilə əlaqədar təşkilatçılar sözügedən hesabatı yayıblar. Hesabatda 2011-ci ildən yaradıcılıq azadlığının reallaşması ilə bağlı vəziyyət əksini tapır. Qeyd olunur ki, hakimiyyətin yaradıcılıq azadlığını təmin etməklə bağlı öhdəliklərinə baxmayaraq, onlar birbaşa və ya dolayısı ilə pozulur. Tənqidi fikirli incəsənət xadimləri dövləti dəstəkləyən həmkarları ilə qeyri-bərabər şəraitə düşürülür. Hesabatda incəsənət və mədəniyyət xadimlərinə təzyiqlərlə bağlı konkret faktlar göstərilir. Qeyd edək ki, Art for Democracy hüquq-müdafiə kampaniyası 2012-ci ilin dekabrında bir qrup hüquq müdafiəçisi və incəsənət xadimi tərəfindən yaradılıb. Məqsəd incəsənətin müxtəlif formalarının vasitəsilə demokratiya və insan hüquqları ideyalarını təbliğ etməkdir. Kampaniyanın fərdi əsaslarla koordinatoru hüquq müdafiəçisi Rəsul Cəfərovdur.
Share |
Added: 2014-05-12
Category: Birləşmək azadlığı
Duration: 0:02:37
Tags:
Video Description: ART FOR DEMOCRACY KAMPANİYASININ TƏDBİRİ LƏĞV EDİLİB