generic dapoxetine priligy
METRO TİCARƏTÇİLƏRİ YENƏ ETİRAZ ETDİLƏR, İSMAYILLI HADISƏLƏRİ ÜZRƏ HÖKM OXUNUB
Select Category:
HÜQUQ MÜDAFİƏÇİSİ 6 İL AZADLIQDAN MƏHRUM EDİLDİ, RAUF MİRQƏDİROV HƏBSDƏ QALDI 14 18 İYUL
0:08:49
MEHMAN HÜSEYNOV YENƏ DƏ OĞURLANDI, NİDA ÇILAR KASASSİYA ŞİKAYƏTİ VERƏCƏK (7- 11 İYUL)
0:04:40
ÖMƏR MƏMMƏDOVA HÖKM OXUNDU, PROKUROR HƏSƏN HÜSEYNLİYƏ 7 İL HƏBS CƏZASI İSTƏYİB (30 İYUN - 4 İYUL)
0:04:50
PROKURORLUQ LEYLA YUNUSU HƏBSLƏ HƏDƏLƏYİR, ƏBDÜL ƏBİLOV 5 İL 6 AY MÜDDƏTİNƏ AZADLIQDAN MƏHRUM EDİLİB
0:08:22
AZƏRBAYCANIN `MAQNİTSKİ SİYAHISI` TƏRTİB EDİLİR, ALİ MƏHKƏMƏ HİLAL MƏMMƏDOVU AZAD ETMƏYİB 23-29 İYUN
0:11:04
NİCAT ƏLİYEVİN APELLYASİYA ŞİKAYƏTİ DAVAM EDİR, DÖVLƏT İTTİHAMÇISI FƏAL ÖMƏR MƏMMƏDOVA 6 İL HƏBS İST
0:06:11
BAKIDA YERÜSTÜ PİYADA KEÇİDİ UÇUB GƏNCƏ FƏALI HƏSƏN HÜSEYNLİNİN MƏHKƏMƏSİ BAŞLAYIR (02- 07) İYUN
0:05:39
HELSİNKİ KOMİSSİYASI: AZƏRBAYCAN DÜZGÜN İSTİQAMƏTDƏ İRƏLİLƏMƏMİR, H  MƏMMƏDOVUN ŞİKAYƏTİ QİSMƏT TƏMİ
0:06:51
PƏRVİZ HƏŞİMLİ 8 İL MÜDDƏTİNƏ AZADLIQDAN MƏHRUM EDİLİB,ANAR MƏMMƏDLİ  İFADƏ VERİB(12-17 MAY)
0:07:49
LEYLA YUNUSUN MƏNZİL VƏ OFİSİNDƏ AXTARIŞ APARILIB, AKSİYADA SAXLANILAN GƏNCLƏRƏ HƏBS CƏZASI VERİLİB
0:09:35
G.ƏHMƏDOVA ŞƏRTİ AZADLIĞA BURAXILIB, NİDAÇILARA UZUN MÜDDƏTLİ HƏBS CƏZALARI VERİLİB (5-10 MAY)
0:08:58
APELLYASİYA MƏHKƏMƏSİ JURNALİSTİ HƏBSDƏ SAXLADI. JURNALİST FİZİKİ TƏZYİQƏ MƏRUZ QALDI (21-26 APREL)
0:07:19
A.MƏMMƏDLİYƏ QARŞI CİNAYƏT İŞİ MƏHKƏMƏYƏ GÖNDƏRİLİB, P.HƏŞİMLİNİN MƏHKƏMƏSİNDƏ ŞAHİDLƏR İFADƏ VERİB
0:05:26
FACEBOOK FƏALININ CİNAYƏT İŞİ ÜZRƏ HAZIRLIQ İCLASI KEÇİRİLİB, DÖVLƏT İTTİHAMÇISI NİDA FƏALLARINA YÜK
0:07:23
GƏNCƏ FƏALI HƏSƏN HÜSEYNLİ SAXLANILIB, `NİDA` FƏALLARI MƏHKƏMƏDƏ İFADƏ VERİLİBLƏR 31 MART 05 APREL
0:06:52
MEGAFUNDA YANĞIN, ŞAHİN NOVRUZLU  MTN DƏ MƏNƏ FİZİKİ TƏZYİQ GÖSTƏRİLİB 24-29 MART
0:08:33
XƏDİCƏ İSMAYILOVA YENİDƏN PROKURORLUQDA DİNDİRİLİB APELLYASİYA MƏHKƏMƏSİ ANAR MƏMMƏDLİNİ HƏBSDƏ SAXL
0:13:29
JURNALİST PƏRVİZ HƏŞİMLİNİN MƏHKƏMƏSİ BAŞLADI, ƏVƏZ ZEYNALLININ İDDİASI TƏMİN EDİLMƏSİ 24-28 FEVRAL
0:06:12
SOVETSKİ SAKİNLƏRİ VƏ TƏLƏBƏLƏR AKSİYA KEÇİRDİ AZƏRBAYCAN HÖKUMƏTİ CƏRİMƏLƏNDİ (insan hüquqları 15-22 fevral)
0:04:55
HÜQUQLAR RİSKLƏR DƏYİŞİKLİKLƏR (SEÇKİ İCMALI 8-14 FEVRAL )
0:03:32
See all 101 videos
Martın 15-də «Dalğa» Gənclər Hərəkatı «Qanun» nəşriyyatına dəstək flaşmobu keçirib. Gənclər aksiyanı Vergilər Nazirliyinin önündə planlaşdırsalar da, polis buna imkanı verməyib. Fəallar nazirliyin qarşısındakı Hüseyn Cavid parkında yerə əyləşərək "Qanun" nəşriyyatına aid olan kitabları oxumaqla nəşriyyata öz dəstəklərini bildiriblər. Aksiya dinc şəkildə davam edib. Xatırladaq ki, "Qanun" nəşriyyatı təzyiqlərə məruz qalır və nəşriyyatın bağlanma təhlükəsi var. Artıq "Qanun" nəşriyyatı 150 min manat cərimə olunub. Vergilər Nazirliyi, Vergi Cinayətlərinin ibtidai Araşdırılması Departamentində İstintaq idarəsində cinayət işi başlanıb. Martın 16-da metro ticarətçiləri "Nefitçilər" metrosu stansiyasının qarşısında toplaşaraq, kompensasiya tələb ediblər. Bu, metro stansiyalarında yeni metropoliten rəhbəri Zaur Hüseynovun köçürdüyü dükanların ticarətçiləri idi. Toplaşanlar metropoliten rəhbərliyi ilə görüş və məhrum edildikləri mülkiyyətə görə ədalətli kompensasiya verilməsini tələb ediblər. Xatırladaq ki, bu, ticarətçilərin ikinci aksiyası idi. Dünən keçirilən ilk aksiya zamanı da bir neçə nəfər saxlanılıb. Ticarətçilər əvvəlki metropoliten rəhbərinə hər bir dükan üçün 1500 manat ödədiklərini və indi bu pulları geri istədiklərini deyiblər. Azərbaycanda keyfiyyətli KİV və internet birliyinin formalaşmasına dəstək verən İREX beynəlxalq qeyri-hökumət təşkilatı "Sosial mediada etika" mövzusu növbəti konfrans keçirib. Jurnalistlərin və online media sahəsində ekspertlərin toplaşdığı konfrans USAİD və Britaniyanın Bakıdakı səfirliyi tərəfindən dəstəklənib. Böyük Britaniya səfiri İrfan Siddiq və ABŞ səfirliyinin media məsələləri üzrə nümayəndəsi Conas Stüart konfransı açarkən hökumətlərinin mühüm sosial kommunikativ ünsiyyət vasitəsi kimi sosial medianı dəstəklədiklərini bildiriblər. İREX-Azerbaijan-ın direktoru Ancela Nikoara sosial media tərəfindən informasiya toplanmasının əsas problemlərindən danışıb. Tədbirdə İREX-in Yeni Media layihəsinin rəhbər müavini Ələsgər Məmmədli, fəal repartyor Mehman Hüseynov, Qafqazinfo.az saytının redaktoru Elbrus Erud, araşdırmaçı-jurnalist Xədicə İsmayılova çıxış ediblər. Müzakirələrə Rumıniyadan İoana Avadani, Böyük Britaniyadan İvor Qabor, ABŞ-dan Randi Kovinqton online rejimdə konfransa qatılıblar. Martın 17-də Şəki Ağır Cinayətlər Məhkəməsində İsmayıllı hadisələri üzrə ittiham olunan 18 müttəhimin barəsində hökm oxunub. Məhkəmə "Real" hərəkatının lideri İlqar Məmmədovu 7, Müsavat Partiyası başqanın müşaviri və "Yeni Müsavat" qəzetinin köşə yazarı Tofiq Yaqublunu 5 il müddətinə azadlıqdan məhrum edib. Digər təqsirləndirilənlər - Səftar Ağamalıyev, Anar Həsənov və Vasif İbrahimov hər biri 8 il, Elşən İsmayıllı 5 il 6 ay, Elşən Qurbanov 5 il, Qənbər Ağamalıyev və Cəfər Cəfərov 4 il 6 ay, Şükran Möhbalıyev 2 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Təqsirləndirilən Şakir Mustafayev, Ceyhun Abbasov, Səxavət Səmədov, Xəyal Şaranov 3 il 6 ay, Rəşid Məmmədov, Daşqın Ağayev, Aydın Cabbarov və Mirkazım Abdullayev 3 il şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilib və məhkəmə zalından azadlığa buraxılıblar. Müttəhimlər 220.1 (kütləvi iğtişaşların təşkili) və 315.2-ci (polis əməkdaşlarına qarşı həyat və sağlamlıq üçün təhlükəli olan güc tətbiqi) maddələri ilə təqsirli biliniblər. Təqsirləndirilənlərdən bəziləri 180.1-ci (soyğun) maddəsi ilə təqsirli bilinib.
Share |
Added: 2014-05-15
Category: Həftənin İcmalı
Duration: 0:06:18
Tags:
Video Description: METRO TİCARƏTÇİLƏRİ YENƏ ETİRAZ ETDİLƏR, İSMAYILLI HADISƏLƏRİ ÜZRƏ HÖKM OXUNUB