generic dapoxetine priligy
AZƏRİQAZIN İŞÇİLƏRİ PREZİDENT ADMİNİSTRASİYASININ QARŞISINDA AKSİYA KEÇİRİBLƏR
Select Category:
Mayın 19-da "Azəriqaz" İstehsalat Birliyinin işdən uzaqlaşdırılmış bir qrup qadın əməkdaşı Perzident Administrasiyasının qarşısında aksiya keçirib. Onlar prezident İlham Əliyevə işdən qovulmalarından şikayət müraciəti təqdim ediblər. Aksiya iştirakçıları işdən çıxarıldıqlarını bildirərək, ləğv olunmuş iş yerlərinin əvəzində yeni işlə təmin olunmalarını istəyiblər. Prezident Aparatından aksiya iştirakçılarına "Azəriqaz"ın rəhbəri Əkbər Hacıyevin onları qəbul edəcəyini bildiriblər. "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidməti bildirib ki, mayın 15-dən etibarən qaz kəmərlərinin və avadanlıqların istismarı üzrə sahələr, habelə Bakı və Abşeron üzrə dispetçer xidmətləri ləğv edilib. Onların bazasında mərkəzləşmiş qəza və təmir-bərpa xidməti yaradılıb. İşdən azad edilənlərin bir qismi yeni xidmətdə işə qəbul ediləcək. İşlə təmin edilməyənlər isə Dövlət Neft Şirkətinin müvafiq proqramlarında iştirak edə biləcəklər.
Share |
Added: 2014-05-20
Category: Sərbəst toplaşmaq azadlığı
Duration: 0:03:08
Tags:
Video Description: AZƏRİQAZIN İŞÇİLƏRİ PREZİDENT ADMİNİSTRASİYASININ QARŞISINDA AKSİYA KEÇİRİBLƏR