generic dapoxetine priligy
DÖVLƏT İTTİHAMÇISI ANAR MƏMMƏDLİYƏ 9 İL CƏZA İSTƏDİ
Select Category:
ARİF YUNUS KİV Ə MÜSAHİBƏ VERMƏSİNƏ VƏ İNTERNET YAZIŞMALARINA GÖRƏ 3 AY MÜDDƏTİNƏ HƏBS OLU
0:03:02
RƏSUL CƏFƏROV HƏBS EDİLDİ
0:03:15
LEYLA VƏ ARİF YUNUSA QARŞI AĞIR İTTİHAMLAR İRƏLİ SÜRÜLÜB
0:01:36
ARİF YUNUS:
0:05:12
İSA QƏMBƏR: BU NÖVBƏTİ CİNAYƏTDİR
0:04:33
VALİDEYNLƏR MÜBARİZƏNİ DAVAM ETDİRİRLƏR
0:03:41
NİDA FƏALLARININ İŞİ ÜZRƏ PROSESDƏ İNSİDENT
0:01:41
ZƏRƏRÇƏKƏN HAKİMLƏRƏ İNANMADIĞINI BİLDİRİR
0:03:30
HÜQUQ MÜDAFİƏÇİSİ 6 İL AZADLIQDAN MƏHRUM EDİLDİ
0:01:38
APELLYASİYA MƏHKƏMƏSİ QURBAN MƏMMƏDOVUN HÖKMÜNÜ QÜVVƏDƏ SAXLADI
0:01:26
ATƏT PA NIN BƏYƏNNAMƏSİNƏ ANAR MƏMMƏDLİNİ AZAD ETMƏK ÇAĞIRIŞI DAXİL EDİLİB
0:02:41
ATƏT PA KOMİTƏSİNİN İCLASINDA AZƏRBAYCANDA SİYASİ MƏHBUSLAR MƏSƏLƏSİ QALDIRILIB
0:01:08
NİDA DAN ÜZ DÖNDƏRƏN BƏXTİYAR QULİYEV APELLYASİYA ŞİKAYƏTİN DƏ İMTİNA EDİB
0:02:05
LEYLA YUNUS REPRESSİYALARA MÜQAVİMƏT MƏRKƏZİ YARATDIĞINI ELAN EDİB
0:03:48
PROKURORLUQ LEYLA YUNUSU HƏBSLƏ HƏDƏLƏYİR
0:03:05
BƏŞİR SÜLEYMANOV VƏ ANAR MƏMMƏDLİ AZADLIQDAN MƏHRUM EDİLİB
0:05:50
AZƏRBAYCAN İNSAN HÜQUQLARI SAHƏSİNDƏ MÜSBƏT İMİCİNİ İTİRMƏKDƏ DAVAM EDİR
0:05:02
AVROPA MƏHKƏMƏSİ İLQAR MƏMMƏDOVUN BARƏSİNDƏ QƏRAR ÇIXARIB
0:02:21
İSMAYILLI İŞİ ÜZRƏ APELLYASİYA ŞİKAYƏTİNƏ BAXILIR
0:02:19
MƏHKƏMƏLƏR LEYLA YUNUSUN ŞİKAYƏTİNƏ BAXMAQDAN YAYINIR
0:01:23
See all 691 videos
Mayın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rauf Əliyevin sədrliyi ilə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli, təşkilatın icraçı direktoru Bəşir Süleymanlı və Könüllülərin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyinin rəhbəri Elnur Məmmədovun cinayət işi üzrə prosesdə dövlət ittihamçısı çıxış edib. O, hər üç təqsirləndirilən şəxsin bütün ittiham bəndləri üzrə təqsirli bilinməsini və Məmmədlini 3 il ərzində rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 9 il, Bəşir Süleymanlını və Elnur Məmmədovu 2 il ərzində vəzifə tutmaq hüququndan məhrum etməklə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini məhkəmədən xahiş edib. Dövlət ittihamçısının çıxışından sonra Məmmədlinin hüquqlarını müdafiə edən Fariz Namazlı çıxış edib. Vəkil işin siyasi motivli olduğunu bildirib və müvəkkilinə bəraət verilməsini tələb edib. Təqsirləndirilənlərin digər vəkilləri yekun çıxışa hazırlaşmaq üçün 1 həftə vaxt istəyiblər. Məhkəmə prosesi 26 may tarixinə qədər təxirə salıb. Xatırladaq ki, Anar Məmmədli dekabrın 16-da həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 192.2.2 ( qanunsuz sahibkarlıq külli miqdarda gəlir əldə etməklə törədildikdə), 213.1 (Xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb. Martın 19-da ibtidai istintaq yekunlaşıb və Məmmədli, habelə ölkəni tərk etməmək iltizamı vermiş digər iki fəal -- Bəşir Süleymanlı və Elnur Məmmədova qarşı 179-cu maddənin müxtəlif bəndləri (böyük ölçüdə əmlakı mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrlə ittiham irəli sürülüb. Martın 6-da Məmmədli barəsində həbs müddəti daha 3 ay uzadılıb.
Share |
Added: 2014-05-22
Category: Qanunun aliliyi
Duration: 0:06:16
Tags:
Video Description: DÖVLƏT İTTİHAMÇISI ANAR MƏMMƏDLİYƏ 9 İL CƏZA İSTƏDİ