generic dapoxetine priligy
İSMAYILLI İŞİ ÜZRƏ APELLYASİYA ŞİKAYƏTİNƏ BAXILIR
Select Category:
ARİF YUNUS KİV Ə MÜSAHİBƏ VERMƏSİNƏ VƏ İNTERNET YAZIŞMALARINA GÖRƏ 3 AY MÜDDƏTİNƏ HƏBS OLU
0:03:02
RƏSUL CƏFƏROV HƏBS EDİLDİ
0:03:15
LEYLA VƏ ARİF YUNUSA QARŞI AĞIR İTTİHAMLAR İRƏLİ SÜRÜLÜB
0:01:36
ARİF YUNUS:
0:05:12
İSA QƏMBƏR: BU NÖVBƏTİ CİNAYƏTDİR
0:04:33
VALİDEYNLƏR MÜBARİZƏNİ DAVAM ETDİRİRLƏR
0:03:41
NİDA FƏALLARININ İŞİ ÜZRƏ PROSESDƏ İNSİDENT
0:01:41
ZƏRƏRÇƏKƏN HAKİMLƏRƏ İNANMADIĞINI BİLDİRİR
0:03:30
HÜQUQ MÜDAFİƏÇİSİ 6 İL AZADLIQDAN MƏHRUM EDİLDİ
0:01:38
APELLYASİYA MƏHKƏMƏSİ QURBAN MƏMMƏDOVUN HÖKMÜNÜ QÜVVƏDƏ SAXLADI
0:01:26
ATƏT PA NIN BƏYƏNNAMƏSİNƏ ANAR MƏMMƏDLİNİ AZAD ETMƏK ÇAĞIRIŞI DAXİL EDİLİB
0:02:41
ATƏT PA KOMİTƏSİNİN İCLASINDA AZƏRBAYCANDA SİYASİ MƏHBUSLAR MƏSƏLƏSİ QALDIRILIB
0:01:08
NİDA DAN ÜZ DÖNDƏRƏN BƏXTİYAR QULİYEV APELLYASİYA ŞİKAYƏTİN DƏ İMTİNA EDİB
0:02:05
LEYLA YUNUS REPRESSİYALARA MÜQAVİMƏT MƏRKƏZİ YARATDIĞINI ELAN EDİB
0:03:48
PROKURORLUQ LEYLA YUNUSU HƏBSLƏ HƏDƏLƏYİR
0:03:05
BƏŞİR SÜLEYMANOV VƏ ANAR MƏMMƏDLİ AZADLIQDAN MƏHRUM EDİLİB
0:05:50
AZƏRBAYCAN İNSAN HÜQUQLARI SAHƏSİNDƏ MÜSBƏT İMİCİNİ İTİRMƏKDƏ DAVAM EDİR
0:05:02
AVROPA MƏHKƏMƏSİ İLQAR MƏMMƏDOVUN BARƏSİNDƏ QƏRAR ÇIXARIB
0:02:21
DÖVLƏT İTTİHAMÇISI ANAR MƏMMƏDLİYƏ 9 İL CƏZA İSTƏDİ
0:06:16
MƏHKƏMƏLƏR LEYLA YUNUSUN ŞİKAYƏTİNƏ BAXMAQDAN YAYINIR
0:01:23
See all 691 videos
Mayın 20-də Şəki Apelyasiya Məhkəməsində hakim İnşallah Quliyevin sədrliyi ilə İsmayıllı hadisələrinə görə həbs edilən Müsavat Partiyası başqanın müşaviri və "Yeni Müsavat" qəzetinin köşə yazarı Tofiq Yaqublu, REAL hərəkatının lideri İlqar Məmmədov və digər 10 nəfərin apelyasiya şikayəti üzrə hazırlıq iclası keçirilib. Bütün vəkillər müvəkkilləri barəsində qətimkan tədbirinin dəyişdirilməsi və apellyasiya məhkəməsində təhqiqat müddəti ərzində onların sərbəst buraxılması haqqında vəsatətlə çıxış ediblər. Vəkil Fuad Ağayev bildirib ki, birinci instansiya məhkəməsinin iclaslarının protokolları tanış olması üçün müdafiə tərəfə verilməyib. O, cinayət işinə xitam verilməsini və Məmmədovun təqsiri sübuta yetirilmədiyinə görə azad edilməsini tələb edib. Hakim İnşallah Xudiyev vəsatətlərin əksəriyyətini, o cümlədən qətimkan tədbirinin dəyişdirilməsi haqqında vəsatəti rədd edib. Məhkəmə apellyasiya şikayətinə qismən istintaq aparılması ilə baxılması barədə qərar qəbul edib. Qeyd edək ki, şikayətə mahiyyəti üzrə iyunun 5-də baxılacaq. Xatırladaq ki, İlqar Məmmədova və Tofiq Yaqubluya qarşı CM-nin 233 (ictimai asayişin pozulmasına şərait yaradan hərəkətlərin təşkili) və 315.2-ci (hakimiyyət nümayəndəsinə həyat və sağlamlıq üçün təhlükəli olan güc tətbiqi ilə müqavimət göstərilməsi) maddələri ilə ittiham irəli sürülüb. Aprelin sonlarında 233-cü maddə daha ağır olan 220.1-ci (kütləvi iğtişaşların təşkili) maddəsi ilə əvəz edilib. Aprelin 9-da Avropa İnsan Hüquqları Məhkəməsi İlqar Məmmədovun işini növbədənkənar baxışa qəbul edib və Azərbaycan hökuməti ilə kommunikasiyaya başlayıb. Xatırladaq ki, Tofiq Yaqublu və İlqar Məmmədov yanvarın 23-24-də məmur özbaşınalığına qarşı kütləvi etiraz aksiyası baş verən İsmayıllı rayonunda vəziyyəti öyrənmək üçün bölgəyə səfərlərindən 10 gün sonra həbs ediliblər. Martın 17-də Şəki Ağır Cinayətlər Məhkəməsi "Real" hərəkatının lideri İlqar Məmmədovu 7, "Yeni Müsavat" qəzetinin köşə yazarıTofiq Yaqublunu 5 il müddətinə azadlıqdan məhrum edib.
Share |
Added: 2014-05-22
Category: Qanunun aliliyi
Duration: 0:02:19
Tags:
Video Description: İSMAYILLI İŞİ ÜZRƏ APELLYASİYA ŞİKAYƏTİNƏ BAXILIR