generic dapoxetine priligy
MEGAFUNDA YANĞIN, ŞAHİN NOVRUZLU MTN DƏ MƏNƏ FİZİKİ TƏZYİQ GÖSTƏRİLİB 24-29 MART
Select Category:
HÜQUQ MÜDAFİƏÇİSİ 6 İL AZADLIQDAN MƏHRUM EDİLDİ, RAUF MİRQƏDİROV HƏBSDƏ QALDI 14 18 İYUL
0:08:49
MEHMAN HÜSEYNOV YENƏ DƏ OĞURLANDI, NİDA ÇILAR KASASSİYA ŞİKAYƏTİ VERƏCƏK (7- 11 İYUL)
0:04:40
ÖMƏR MƏMMƏDOVA HÖKM OXUNDU, PROKUROR HƏSƏN HÜSEYNLİYƏ 7 İL HƏBS CƏZASI İSTƏYİB (30 İYUN - 4 İYUL)
0:04:50
PROKURORLUQ LEYLA YUNUSU HƏBSLƏ HƏDƏLƏYİR, ƏBDÜL ƏBİLOV 5 İL 6 AY MÜDDƏTİNƏ AZADLIQDAN MƏHRUM EDİLİB
0:08:22
AZƏRBAYCANIN `MAQNİTSKİ SİYAHISI` TƏRTİB EDİLİR, ALİ MƏHKƏMƏ HİLAL MƏMMƏDOVU AZAD ETMƏYİB 23-29 İYUN
0:11:04
NİCAT ƏLİYEVİN APELLYASİYA ŞİKAYƏTİ DAVAM EDİR, DÖVLƏT İTTİHAMÇISI FƏAL ÖMƏR MƏMMƏDOVA 6 İL HƏBS İST
0:06:11
BAKIDA YERÜSTÜ PİYADA KEÇİDİ UÇUB GƏNCƏ FƏALI HƏSƏN HÜSEYNLİNİN MƏHKƏMƏSİ BAŞLAYIR (02- 07) İYUN
0:05:39
HELSİNKİ KOMİSSİYASI: AZƏRBAYCAN DÜZGÜN İSTİQAMƏTDƏ İRƏLİLƏMƏMİR, H  MƏMMƏDOVUN ŞİKAYƏTİ QİSMƏT TƏMİ
0:06:51
PƏRVİZ HƏŞİMLİ 8 İL MÜDDƏTİNƏ AZADLIQDAN MƏHRUM EDİLİB,ANAR MƏMMƏDLİ  İFADƏ VERİB(12-17 MAY)
0:07:49
LEYLA YUNUSUN MƏNZİL VƏ OFİSİNDƏ AXTARIŞ APARILIB, AKSİYADA SAXLANILAN GƏNCLƏRƏ HƏBS CƏZASI VERİLİB
0:09:35
G.ƏHMƏDOVA ŞƏRTİ AZADLIĞA BURAXILIB, NİDAÇILARA UZUN MÜDDƏTLİ HƏBS CƏZALARI VERİLİB (5-10 MAY)
0:08:58
APELLYASİYA MƏHKƏMƏSİ JURNALİSTİ HƏBSDƏ SAXLADI. JURNALİST FİZİKİ TƏZYİQƏ MƏRUZ QALDI (21-26 APREL)
0:07:19
A.MƏMMƏDLİYƏ QARŞI CİNAYƏT İŞİ MƏHKƏMƏYƏ GÖNDƏRİLİB, P.HƏŞİMLİNİN MƏHKƏMƏSİNDƏ ŞAHİDLƏR İFADƏ VERİB
0:05:26
FACEBOOK FƏALININ CİNAYƏT İŞİ ÜZRƏ HAZIRLIQ İCLASI KEÇİRİLİB, DÖVLƏT İTTİHAMÇISI NİDA FƏALLARINA YÜK
0:07:23
GƏNCƏ FƏALI HƏSƏN HÜSEYNLİ SAXLANILIB, `NİDA` FƏALLARI MƏHKƏMƏDƏ İFADƏ VERİLİBLƏR 31 MART 05 APREL
0:06:52
XƏDİCƏ İSMAYILOVA YENİDƏN PROKURORLUQDA DİNDİRİLİB APELLYASİYA MƏHKƏMƏSİ ANAR MƏMMƏDLİNİ HƏBSDƏ SAXL
0:13:29
METRO TİCARƏTÇİLƏRİ YENƏ ETİRAZ ETDİLƏR, İSMAYILLI HADISƏLƏRİ ÜZRƏ HÖKM OXUNUB
0:06:18
JURNALİST PƏRVİZ HƏŞİMLİNİN MƏHKƏMƏSİ BAŞLADI, ƏVƏZ ZEYNALLININ İDDİASI TƏMİN EDİLMƏSİ 24-28 FEVRAL
0:06:12
SOVETSKİ SAKİNLƏRİ VƏ TƏLƏBƏLƏR AKSİYA KEÇİRDİ AZƏRBAYCAN HÖKUMƏTİ CƏRİMƏLƏNDİ (insan hüquqları 15-22 fevral)
0:04:55
HÜQUQLAR RİSKLƏR DƏYİŞİKLİKLƏR (SEÇKİ İCMALI 8-14 FEVRAL )
0:03:32
See all 101 videos
Martın 26-da Bakının Xətai rayonu ərazisində Yeni Həyat Yaşayış Kompleksində yerləşən "Megafun" İstirahət və Əyləncə Mərkəzində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə İdarəsinin əməkdaşları yanğını söndürüblər. Martın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində NİDA hərəkatının fəallarının işi üzrə məhkəmə prosesi keçirilib. Prosesdə təqsirləndirilən şəxs Şahin Novruzlu ifadə verib. O, demokratik ölkələrdə hadisələr haqqında xəbərlərdən nümayişçilərin "Molotov" kokteylindən istifadə etdiyini görürüb və siyasi mübarizədə bunu qəbulediməz sayıb. İnternetdən "Molotov kokteyli" haqqında məlumat alsa da, heç vaxt zorakı mübarizə metodlarını qəbul etmədiyini bildirib. Maraqlıdır ki, Novruzlu digər 7 təqsirləndirilən şəxslə həbsdən əvvəl tanış olmadığını da açıqlayıb. Novruzlu NİDA-ya virtual olaraq, Bəxtiyar Quliyevlə facebook-a anket göndərərək, üzv qəbul edilib. Daha sonra Novruzlu qeyd edib ki, onların evinə narkotiki və "Molotov kokteyllərini" MTN əməkdaşları atıb. Martın 7-də MTN-ə gətirildikdən dərhal sonra o, narkotikin və "Molotov kokteyllərinin" ona məxsus olmadığını bildirib. Bu zaman kameraya aparılmazdan əvvəl Novruzlunu səbəbsiz yerə döyüblər, 4 dişini qırıblar. Daha sonra iki əməkdaş da gəlib, onlardan biri Novruzlunu dəyənəklə döyməyi təklif edib. Lakin digəri onu dayandırıb. Növbəti gün dindirilmə zamanı idmançı bədən quruluşlu şəxs otağa daxil olaraq, şahid Qasım Tağıyevdən Novruzlunun özünü necə apardığını soruşub. Müstəntiq Novruzlunun "həqiqəti demək istəmədiyindən" şikayət edib. "Bu şəxs mənim sinəmə elə yumruq vurdu ki, bir müddət nəfəs belə ala bilmədim", deyən Novruzlu əlavə edib ki, onu doğmaları ilə hesablaşacaqları ilə hədələyiblər. Daha sonra onu başqa otağa aparıblar, burada ona qarşı "yumşaq davranıblar", cərimə edib buraxacaqlarını, amma ona diktə ediləcək ifadələri yazmaq lazım olduğunu deyiblər . Daha sonra o, bütün bunları "arxiv" üçün videokameraya söyləməlidir. "Mənə dedilər ki, iki gənc bunu etdikdən sonra buraxılıb". Bundan sonra Novruzluya ona diktə edilmiş mətni məhkəmədə də təkrar etməyi təklif ediblər və imzalamaq üçün bir neçə kağız veriblər. Paralel olaraq gəncin atasına məhkəmədə oğlunu azad etməyi vəd edərək, bəzi sənədləri imzalamağı təklif ediblər. Bu kağızlardan biri atanın guya MTN-də dindirilmə zamanı iştirakının təsdiqi olub, belə ki, həmin vaxt Şahin yetkinlik yaşına çatmayıb. Lakin Novruzlu və atası İbrahim Novruzov bunu təkzib ediblər. Daha sonra müttəhimin atası bildirib ki, 7 mart 2013-cü ildə 10-a yaxın MTN əməkdaşı hər-hansı sənəd təqdim etmədən onların evinə soxulub və axtarış həyata keçirib. Bütün bu vaxt ərzində evin qapısı açıq olub və daim insanlar girib-çıxıb. Sonda paltaryuyan maşının arxasından içində narkotik olan paket "tapıblar", dəhlizdə isə içərisində maye dolu şüşələr olan qutu "aşkarlanıb". "Bu qutunu onlar sona yaxın gətiriblər. Buna qədər evdə benzin iyi yox idi", deyə İ.Novruzov bildirib. Onun sözlərinə görə, MTN əməkdaşları mənzildən dostunun saxlamaq üçün ona verdiyi 94 100 manatı götürüblər. Pulun bir hissəsi isə İ.Novruzovun qardaşına və bacısına məxsus idi. O, bunu seyfinin olması və onun pul saxlamasının etibarlı olması ilə izah edib. "Pul Şahinə məxsus deyildi. Onlarda heç onun əl izləri belə yoxdur", deyə ata bildirib. Bundan başqa, mənzildən 16 min manatlıq telefon sim-kartları götürülüb. Qeyd edək ki, İ.Novruzov valyuta mübadiləsi məntəqəsində işləyir və həmçinin telefon kartlarının topdan satışı ilə məşğuldur. "İndiyədək nə pul, nə sim-kartlar qaytarılmayıb". Xatırladaq ki, 2013-cü ilin mart-aprel aylarında həbs edilən N!DA fəalları 2013-cü il martın 10-da Bakıda kütləvi aksiya zamanı "Molotov kokteyli"ndən istifadəyə hazırlıqda ittiham olunurlar. Gənclərin bir neçəsinə qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama ittihamı da verilib. Qeyd edək ki, Amnesty İnternational bütün məhbusları "vicdan məhbusu" kimi tanıyıb. Martın 28-də Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitunun mətbuat mərkəzində Bakı sakini Veronika Tarbayeva mülkiyyət hüququnun pozulması ilə bağlı mətbuat konfransı keçirib.
Share |
Added: 2014-05-22
Category: Həftənin İcmalı
Duration: 0:08:33
Tags:
Video Description: MEGAFUNDA YANĞIN, ŞAHİN NOVRUZLU MTN DƏ MƏNƏ FİZİKİ TƏZYİQ GÖSTƏRİLİB 24-29 MART