generic dapoxetine priligy
AZƏRBAYCAN İNSAN HÜQUQLARI SAHƏSİNDƏ MÜSBƏT İMİCİNİ İTİRMƏKDƏ DAVAM EDİR
Select Category:
ARİF YUNUS KİV Ə MÜSAHİBƏ VERMƏSİNƏ VƏ İNTERNET YAZIŞMALARINA GÖRƏ 3 AY MÜDDƏTİNƏ HƏBS OLU
0:03:02
RƏSUL CƏFƏROV HƏBS EDİLDİ
0:03:15
LEYLA VƏ ARİF YUNUSA QARŞI AĞIR İTTİHAMLAR İRƏLİ SÜRÜLÜB
0:01:36
ARİF YUNUS:
0:05:12
İSA QƏMBƏR: BU NÖVBƏTİ CİNAYƏTDİR
0:04:33
VALİDEYNLƏR MÜBARİZƏNİ DAVAM ETDİRİRLƏR
0:03:41
NİDA FƏALLARININ İŞİ ÜZRƏ PROSESDƏ İNSİDENT
0:01:41
ZƏRƏRÇƏKƏN HAKİMLƏRƏ İNANMADIĞINI BİLDİRİR
0:03:30
HÜQUQ MÜDAFİƏÇİSİ 6 İL AZADLIQDAN MƏHRUM EDİLDİ
0:01:38
APELLYASİYA MƏHKƏMƏSİ QURBAN MƏMMƏDOVUN HÖKMÜNÜ QÜVVƏDƏ SAXLADI
0:01:26
ATƏT PA NIN BƏYƏNNAMƏSİNƏ ANAR MƏMMƏDLİNİ AZAD ETMƏK ÇAĞIRIŞI DAXİL EDİLİB
0:02:41
ATƏT PA KOMİTƏSİNİN İCLASINDA AZƏRBAYCANDA SİYASİ MƏHBUSLAR MƏSƏLƏSİ QALDIRILIB
0:01:08
NİDA DAN ÜZ DÖNDƏRƏN BƏXTİYAR QULİYEV APELLYASİYA ŞİKAYƏTİN DƏ İMTİNA EDİB
0:02:05
LEYLA YUNUS REPRESSİYALARA MÜQAVİMƏT MƏRKƏZİ YARATDIĞINI ELAN EDİB
0:03:48
PROKURORLUQ LEYLA YUNUSU HƏBSLƏ HƏDƏLƏYİR
0:03:05
BƏŞİR SÜLEYMANOV VƏ ANAR MƏMMƏDLİ AZADLIQDAN MƏHRUM EDİLİB
0:05:50
AVROPA MƏHKƏMƏSİ İLQAR MƏMMƏDOVUN BARƏSİNDƏ QƏRAR ÇIXARIB
0:02:21
DÖVLƏT İTTİHAMÇISI ANAR MƏMMƏDLİYƏ 9 İL CƏZA İSTƏDİ
0:06:16
İSMAYILLI İŞİ ÜZRƏ APELLYASİYA ŞİKAYƏTİNƏ BAXILIR
0:02:19
MƏHKƏMƏLƏR LEYLA YUNUSUN ŞİKAYƏTİNƏ BAXMAQDAN YAYINIR
0:01:23
See all 691 videos
Beynəlxalq ictimaiyyət Azərbaycana qarşı Belorusiyaya olduğu kimi münasibət bəsləməlidir. Avropa Şurasının 55 deputatı Azərbaycanda siyasi məhbuslarla bağlı qətnamə layihəsi ilə Avropa Şurasının Parlament Assambleyasına (AŞPA) müraciət edib. Azərbaycan Avropa Şurasının insan hüquqları və siyasi məhbuslarla bağlı suallarından məmnun deyil. Mayın 23-də Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitunun media mərkəzində AŞPA deputatlarının iştirakı ilə “Azərbaycanın Avropa Şurasına sədrliyi: Çağırışlar və Perspektivlər” mövzusunda keçirilən dinləmələrin əsas mövzusu belə olub. Avropa qurumlarının təmsilçilərinin, ölkədəki diplomatik korpusların nümayəndələrinin və vətəndaş cəmiyyətinin rəhbərlərinin iştirakı ilə keçirilən dinləmələrdə ölkədə insan hüquqlarının, Qeyri Hökumət Təşkilatlarının, azad medianın çətin durumuna diqqət yetirilib. Dinləmələrin “Flame Towers” -Alov Qüllələri otelində keçirilməsi üçün müqavilə imzalanmasına, icarə haqqının ödənməsinə baxmayaraq, qarşı tərəf son anda müqaviləni pozub. O da qeyd olunub ki, Azərbaycanda iqtisadiyyat inkişaf etsə də, insan hüquqları pozulmaqda davam edir. Otelin toplantının keçirilməsinə yer verməkdən imtinası elə toplaşmaq azadlığının pozulmasıdır. AŞPA deputatları öncə Azərbaycanda media və QHT-lərin ağır şəraitdə çalışdığını qeyd ediblər. AŞPA deputatı Tini Koks Azərbaycan prezidenti və Xarici İşlər Naziri ilə aparılan müzakirələrə diqqət çəkib: “Xarici İşlər Naziri Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi dövründə prioritetləri elan edib. Bunu alqışlayırıq. Amma biz də nazirdən xahiş etdik ki, Azərbaycan insan hüquqlarının bərpasına da səylər göstərməlidir. Bu asan deyil, amma Azərbaycan bu quruma üzv olarkən könüllü olaraq üzərinə öhdəliklər götürüb. Avropa İnsan Haqları Komitəsinin hesabatları və Avropa Məhkəməsinin qərarları problemlərin çox olduğunu göstərir”. Cənab Koksun qənaətinə görə, xarici işlər naziri Elmar Məmmədyarov deputatların bu fikirlərini paylaşmır. AŞPA deputatı Michael Mcnamaran isə qeyd edib ki, “2009-cu ildən başlayaraq birləşmək, toplaşmaq azadlıqları ilə bağlı qanunvericiliyə edilən dəyişikliklər məyusedicidir. İnsan hüquqları universal dəyərlərdir. Avropa Şurasına bütün üzv dövlətlər bu dəyərlərə hörmət etməlidir. Azərbaycan Avropa Şurası Nazirlər Komitəsinin sədri kimi Avropa Məhkəməsinin qərarlarının yerinə yetirilməsinə cavabdehdir. Ölkə nümunə olmalıdır”. O, 55 deputatın Azərbaycanda siyasi məhbuslarla bağlı qətnamə layihəsini AŞPA-ya təqdim etdiyini və iyunda keçiriləcək sessiyada müzakirə ediləcəyini bildirib. “İstənilən halda Azərbaycan, - insan hüquqlarına hörmət edən və ya hörmət etməyən ölkə, - kimi nümunə olacaq. Hər halda Azərbaycanda siyasi məhbusların olması yaxşı hal hesab edilə bilməz. Beynəlxalq Amnesty İnternational təşkilatı Azərbacanda 18 vicdan məhbusunun olduğunu bildirir. Dünən Avropa Məhkəməsi İlqar Məmmədov barəsində qərar qəbul edib. Qərarda deyilir ki, Məmmədovun məhkəməyədək həbsi siyasi xarakter daşıyır və onun seçkilərdə iştirakının qarşısını almaq məqsədi güdür”. Müzakirələrdə Azərbaycan QHT təmsilçiləri ölkədə mövcud durumun çox ağır olduğunu bildirirlər. Xarici QHT-lərin filialları və yerli QHT-lərə qarşı yeni cinayət işi qaldırılıb. “Görünür ölkədə təsir altına düşməyən QHT-ləri yeni sürprizlər gözləyir”, Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun direktoru Emin Hüseynov bildirib. QHT təmsilçiləri deputatlardan Azərbaycanda demokratiya və insan haqları ilə bağlı gözləntilərə yol verilməsini pisləyib. Milli və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri Leyla Əliyeva deyib: “Biz istəyirik ki, beynəlxalq təşkilatlar Azərbaycana qarşı demokratiyanın dəyərlərini aşağılamasınlar. Azərbaycanın demokratik ənənələri var, Sovet dövründən öncə ölkədə demokratik dövlət quruluşu olub. Ölkədə demokratiya və azadlıqlara çox böyük ictimai tələbat var. Azərbaycan insanı demokratiya və liberal dəyərlər uğrunda ardıcıl mübarizdir. Həbsdə çoxsaylı insanın olması da buna bir sübutdur”. İnsan Hüquqlarının Müdafiəsi və Maarifləndirilməsi Cəmiyyətinin rəhbəri Rəsul Cəfərov Azərbaycanın hüquq müdafiəçilərinin AŞPA-nın iyun sessiyasına qədər ölkədəki siyasi məhbusların tam siyahısını və həbsin səbəblərini açıqlayacağını bildirib. İnsan Hüquqları Evləri Fondunun Cenevrə ofisinin təmsilçisi Florian İrminger deyib ki, İnsan Hüquqları Evləri Fondunun Tbilisdə və Yerevanda ofisi olsa da Azərbaycan hökuməti buna rəsmi qadağa qoyub. O Azərbaycan xarici işlər nazirinə tövsiyə etdi ki, İnsan hüquqlarının vəziyyəti başqa ölkələrlə deyil, beynəlxalq standartlar və öhdəliklərlə müqayisə edilməlidir”. Onun fikrincə, Azərbaycan insan hüquqları sahəsində müsbət imic qazanmaq üçün iki fürsəti itirib. Bu Eurovision mahnı müsabiqəsi və prezident seçkiləri idi. Üçüncü məqam isə Avropa Şurası Nazirlər Komitəsinə sədrlik dövrüdür. Amma yenə də müsbət dəyişiklik görünmür. Bir neçə il öncə Belorusda insan hüquqları fəalı vergidən yayınma ilə həbs edilib, Azərbaycanda isə Anar Məmmədov eyni ittihamla həbsdədir”.
Share |
Added: 2014-05-24
Category: Qanunun aliliyi
Duration: 0:05:02
Tags:
Video Description: AZƏRBAYCAN İNSAN HÜQUQLARI SAHƏSİNDƏ MÜSBƏT İMİCİNİ İTİRMƏKDƏ DAVAM EDİR