generic dapoxetine priligy
FACEBOOK FƏALININ CİNAYƏT İŞİ ÜZRƏ HAZIRLIQ İCLASI KEÇİRİLİB, DÖVLƏT İTTİHAMÇISI NİDA FƏALLARINA YÜK
Select Category:
HÜQUQ MÜDAFİƏÇİSİ 6 İL AZADLIQDAN MƏHRUM EDİLDİ, RAUF MİRQƏDİROV HƏBSDƏ QALDI 14 18 İYUL
0:08:49
MEHMAN HÜSEYNOV YENƏ DƏ OĞURLANDI, NİDA ÇILAR KASASSİYA ŞİKAYƏTİ VERƏCƏK (7- 11 İYUL)
0:04:40
ÖMƏR MƏMMƏDOVA HÖKM OXUNDU, PROKUROR HƏSƏN HÜSEYNLİYƏ 7 İL HƏBS CƏZASI İSTƏYİB (30 İYUN - 4 İYUL)
0:04:50
PROKURORLUQ LEYLA YUNUSU HƏBSLƏ HƏDƏLƏYİR, ƏBDÜL ƏBİLOV 5 İL 6 AY MÜDDƏTİNƏ AZADLIQDAN MƏHRUM EDİLİB
0:08:22
AZƏRBAYCANIN `MAQNİTSKİ SİYAHISI` TƏRTİB EDİLİR, ALİ MƏHKƏMƏ HİLAL MƏMMƏDOVU AZAD ETMƏYİB 23-29 İYUN
0:11:04
NİCAT ƏLİYEVİN APELLYASİYA ŞİKAYƏTİ DAVAM EDİR, DÖVLƏT İTTİHAMÇISI FƏAL ÖMƏR MƏMMƏDOVA 6 İL HƏBS İST
0:06:11
BAKIDA YERÜSTÜ PİYADA KEÇİDİ UÇUB GƏNCƏ FƏALI HƏSƏN HÜSEYNLİNİN MƏHKƏMƏSİ BAŞLAYIR (02- 07) İYUN
0:05:39
HELSİNKİ KOMİSSİYASI: AZƏRBAYCAN DÜZGÜN İSTİQAMƏTDƏ İRƏLİLƏMƏMİR, H  MƏMMƏDOVUN ŞİKAYƏTİ QİSMƏT TƏMİ
0:06:51
PƏRVİZ HƏŞİMLİ 8 İL MÜDDƏTİNƏ AZADLIQDAN MƏHRUM EDİLİB,ANAR MƏMMƏDLİ  İFADƏ VERİB(12-17 MAY)
0:07:49
LEYLA YUNUSUN MƏNZİL VƏ OFİSİNDƏ AXTARIŞ APARILIB, AKSİYADA SAXLANILAN GƏNCLƏRƏ HƏBS CƏZASI VERİLİB
0:09:35
G.ƏHMƏDOVA ŞƏRTİ AZADLIĞA BURAXILIB, NİDAÇILARA UZUN MÜDDƏTLİ HƏBS CƏZALARI VERİLİB (5-10 MAY)
0:08:58
APELLYASİYA MƏHKƏMƏSİ JURNALİSTİ HƏBSDƏ SAXLADI. JURNALİST FİZİKİ TƏZYİQƏ MƏRUZ QALDI (21-26 APREL)
0:07:19
A.MƏMMƏDLİYƏ QARŞI CİNAYƏT İŞİ MƏHKƏMƏYƏ GÖNDƏRİLİB, P.HƏŞİMLİNİN MƏHKƏMƏSİNDƏ ŞAHİDLƏR İFADƏ VERİB
0:05:26
GƏNCƏ FƏALI HƏSƏN HÜSEYNLİ SAXLANILIB, `NİDA` FƏALLARI MƏHKƏMƏDƏ İFADƏ VERİLİBLƏR 31 MART 05 APREL
0:06:52
MEGAFUNDA YANĞIN, ŞAHİN NOVRUZLU  MTN DƏ MƏNƏ FİZİKİ TƏZYİQ GÖSTƏRİLİB 24-29 MART
0:08:33
XƏDİCƏ İSMAYILOVA YENİDƏN PROKURORLUQDA DİNDİRİLİB APELLYASİYA MƏHKƏMƏSİ ANAR MƏMMƏDLİNİ HƏBSDƏ SAXL
0:13:29
METRO TİCARƏTÇİLƏRİ YENƏ ETİRAZ ETDİLƏR, İSMAYILLI HADISƏLƏRİ ÜZRƏ HÖKM OXUNUB
0:06:18
JURNALİST PƏRVİZ HƏŞİMLİNİN MƏHKƏMƏSİ BAŞLADI, ƏVƏZ ZEYNALLININ İDDİASI TƏMİN EDİLMƏSİ 24-28 FEVRAL
0:06:12
SOVETSKİ SAKİNLƏRİ VƏ TƏLƏBƏLƏR AKSİYA KEÇİRDİ AZƏRBAYCAN HÖKUMƏTİ CƏRİMƏLƏNDİ (insan hüquqları 15-22 fevral)
0:04:55
HÜQUQLAR RİSKLƏR DƏYİŞİKLİKLƏR (SEÇKİ İCMALI 8-14 FEVRAL )
0:03:32
See all 101 videos
Aprelin 14-də və 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə həbsdə olan "Bizim Yol" qəzetinin əməkdaşı və moderator.az saytının rəhbəri Pərviz Həşimlinin və onunla bərabər tutulan Təvəkkül Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Məhkəmədə dindirilməli olan şahidlər prosesə gəlməyiblər. Prosesdə müdafiə tərəfi Rusiyada "Makarov" tapançası istehsal edən zavoda bu işdə adı keçən silahların hansı ölkəyə verilməsi barədə arayış verməsi üçün sorğu göndərilməsini barədə vəsatət qaldırsa da, bu vəsatət rədd edilib. Müdafiə tərəfi 2800 dolların məhkəməyə gətirilməsi və üzərindəki barmaq izlərinin Pərviz Həşimliyə aid olub-olmamasının müəyyən edilməsi haqqında da vəsatət qaldırıb və bu zaman məlum olub ki, pullar Milli Təhlükəsizlik Nazirliyinin xəzinədarlığına verilib. Aprelin 17-də keçirilən məhkəmə prosesində əvvəl içkili vəziyyətdə dindirilən hal şahidi yenidən dindirilib. Şahidin verdiyi yeni ifadə ilə əvvəlki arasında ziddiyyətlər olub. Proses zamanı Pərviz Həşimli iki gün etdiyi aclıq aksiyasını təcridxananın rəisi valideynləri ilə görüşə şərait yaradılacağına söz verdiyi üçün dayandırdığını bildirib. Pərviz Həşimli cinayət işində adı keçən İran vətəndaşları barəsində Dövlət Sərhəd Xidmətinə sorğu verilməsi ilə bağlı vəsatət qaldırsa da bu vəsatət təmin olunmayıb. Qeyd edək ki, jurnalist valideynləri ilə görüşə icazə verilmədiyi üçün 2 günlük aclıq aksiyası edib. Xatırladaq ki, Pərviz Həşimli sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. MTN-nin İstintaq Baş İdarəsi ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahın və döyüş sursatının qaçaqmalçılığı) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama, daşıma) maddələri ilə cinayət işinə başlayıb. Daha sonra ona Cinayət Məcəlləsinin228.2.2-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama-təkrar törədildikdə) maddəsi üzrə də ittiham irəli sürülüb. Aprelin 15-də bir qrup məcburi köçkün Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin binası qarşısında aksiya keçirib. Məcburi köçkünlər öncə binanın qarşısından keçən Tbilisi prospektini bağlayıblar. Polisin müdaxiləsindən sonra yol açılıb. Aksiya keçirənlər Ağdam, Xocalı, Kəlbəcər, Xocavənd rayonundan olan məcburi köçkünlərdir. Onlara Dövlət Komitəsinin rəsmiləri tərəfindən qəbul olunacaqları bildirilib. Aprelin 15, 16 və 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində NİDA hərəkatının 7 fəalının və "Azad Gənclik" təşkilatının üzvü İlkin Rüstəmzadənin işi üzrə məhkəmə prosesi davam edib. Prosesdə Məmməd Əzizovun, Bəxtiyar Quliyevin və Şahin Novruzlunun evlərində axtarış zamanı götürülən butulka və bağlamalar haqqında ekspert rəyi yazan Ceyhun Bayramov dindirilib. O dindirmə zamanı ziddiyyətli cavablar verib. Eyni zamanda prosesdə Məmməd Əzizovun, Bəxtiyar Quliyevin və Şahin Novruzlunun MTN-də dindirilmələrinə aid videoya baxılıb. Aprelin 17-də keçirilən proses zamanı dövlət ittihamçısı təqsirləndirilənlər Zaur Qurbanlıya 8 il 6 ay, Rəşadət Axundova 8 il 6 ay, Rəşad Həsənova 8 il, İlkin Rüstəmzadəyə 8 il 6 ay, Bəxtiyar Quliyevə 8 il, Məmməd Əzizova 8 il, Şahin Novruzluya 6 il 6 ay, Üzeyir Məmmədliyə 7 il 6 ay cəza verilməsini istəyib. Gənclər prokurorun çıxışına etiraz əlaməti olaraq bu gündən aclıq aksiyasına başladıqlarını bəyan ediblər. Xatırladaq ki, 2013-cü ilin mart-aprel aylarında həbs edilən NİDA fəalları 2013-cü il martın 10-da Bakıda kütləvi aksiya zamanı "Molotov kokteyli"ndən istifadəyə hazırlıqda ittiham olunur. Gənclərin bir neçəsinə qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama ittihamı da verilib. "Azad Gənclik" Təşkilatının üzvü İlkin Rüstəmzadə isə 2013-cü il mayın 17-də həbs olunub. Əvvəl ona xuliqanlıq ittihamı irəli sürülüb, sonra işə kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştiraka cəhd etmə ittihamı da əlavə olunub. Aprelin 16-da Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun mətbuat mərkəzində (RATİ) Demokratik Təşəbbüslər İnstitutunun (DTİ) qeydiyyata alınmaması ilə bağlı mətbuat konfransı keçirilib.
Share |
Added: 2014-05-27
Category: Həftənin İcmalı
Duration: 0:07:23
Tags:
Video Description: FACEBOOK FƏALININ CİNAYƏT İŞİ ÜZRƏ HAZIRLIQ İCLASI KEÇİRİLİB, DÖVLƏT İTTİHAMÇISI NİDA FƏALLARINA YÜK