generic dapoxetine priligy
GƏNCƏ FƏALI HƏSƏN HÜSEYNLİ SAXLANILIB, `NİDA` FƏALLARI MƏHKƏMƏDƏ İFADƏ VERİLİBLƏR 31 MART 05 APREL
Select Category:
HÜQUQ MÜDAFİƏÇİSİ 6 İL AZADLIQDAN MƏHRUM EDİLDİ, RAUF MİRQƏDİROV HƏBSDƏ QALDI 14 18 İYUL
0:08:49
MEHMAN HÜSEYNOV YENƏ DƏ OĞURLANDI, NİDA ÇILAR KASASSİYA ŞİKAYƏTİ VERƏCƏK (7- 11 İYUL)
0:04:40
ÖMƏR MƏMMƏDOVA HÖKM OXUNDU, PROKUROR HƏSƏN HÜSEYNLİYƏ 7 İL HƏBS CƏZASI İSTƏYİB (30 İYUN - 4 İYUL)
0:04:50
PROKURORLUQ LEYLA YUNUSU HƏBSLƏ HƏDƏLƏYİR, ƏBDÜL ƏBİLOV 5 İL 6 AY MÜDDƏTİNƏ AZADLIQDAN MƏHRUM EDİLİB
0:08:22
AZƏRBAYCANIN `MAQNİTSKİ SİYAHISI` TƏRTİB EDİLİR, ALİ MƏHKƏMƏ HİLAL MƏMMƏDOVU AZAD ETMƏYİB 23-29 İYUN
0:11:04
NİCAT ƏLİYEVİN APELLYASİYA ŞİKAYƏTİ DAVAM EDİR, DÖVLƏT İTTİHAMÇISI FƏAL ÖMƏR MƏMMƏDOVA 6 İL HƏBS İST
0:06:11
BAKIDA YERÜSTÜ PİYADA KEÇİDİ UÇUB GƏNCƏ FƏALI HƏSƏN HÜSEYNLİNİN MƏHKƏMƏSİ BAŞLAYIR (02- 07) İYUN
0:05:39
HELSİNKİ KOMİSSİYASI: AZƏRBAYCAN DÜZGÜN İSTİQAMƏTDƏ İRƏLİLƏMƏMİR, H  MƏMMƏDOVUN ŞİKAYƏTİ QİSMƏT TƏMİ
0:06:51
PƏRVİZ HƏŞİMLİ 8 İL MÜDDƏTİNƏ AZADLIQDAN MƏHRUM EDİLİB,ANAR MƏMMƏDLİ  İFADƏ VERİB(12-17 MAY)
0:07:49
LEYLA YUNUSUN MƏNZİL VƏ OFİSİNDƏ AXTARIŞ APARILIB, AKSİYADA SAXLANILAN GƏNCLƏRƏ HƏBS CƏZASI VERİLİB
0:09:35
G.ƏHMƏDOVA ŞƏRTİ AZADLIĞA BURAXILIB, NİDAÇILARA UZUN MÜDDƏTLİ HƏBS CƏZALARI VERİLİB (5-10 MAY)
0:08:58
APELLYASİYA MƏHKƏMƏSİ JURNALİSTİ HƏBSDƏ SAXLADI. JURNALİST FİZİKİ TƏZYİQƏ MƏRUZ QALDI (21-26 APREL)
0:07:19
A.MƏMMƏDLİYƏ QARŞI CİNAYƏT İŞİ MƏHKƏMƏYƏ GÖNDƏRİLİB, P.HƏŞİMLİNİN MƏHKƏMƏSİNDƏ ŞAHİDLƏR İFADƏ VERİB
0:05:26
FACEBOOK FƏALININ CİNAYƏT İŞİ ÜZRƏ HAZIRLIQ İCLASI KEÇİRİLİB, DÖVLƏT İTTİHAMÇISI NİDA FƏALLARINA YÜK
0:07:23
MEGAFUNDA YANĞIN, ŞAHİN NOVRUZLU  MTN DƏ MƏNƏ FİZİKİ TƏZYİQ GÖSTƏRİLİB 24-29 MART
0:08:33
XƏDİCƏ İSMAYILOVA YENİDƏN PROKURORLUQDA DİNDİRİLİB APELLYASİYA MƏHKƏMƏSİ ANAR MƏMMƏDLİNİ HƏBSDƏ SAXL
0:13:29
METRO TİCARƏTÇİLƏRİ YENƏ ETİRAZ ETDİLƏR, İSMAYILLI HADISƏLƏRİ ÜZRƏ HÖKM OXUNUB
0:06:18
JURNALİST PƏRVİZ HƏŞİMLİNİN MƏHKƏMƏSİ BAŞLADI, ƏVƏZ ZEYNALLININ İDDİASI TƏMİN EDİLMƏSİ 24-28 FEVRAL
0:06:12
SOVETSKİ SAKİNLƏRİ VƏ TƏLƏBƏLƏR AKSİYA KEÇİRDİ AZƏRBAYCAN HÖKUMƏTİ CƏRİMƏLƏNDİ (insan hüquqları 15-22 fevral)
0:04:55
HÜQUQLAR RİSKLƏR DƏYİŞİKLİKLƏR (SEÇKİ İCMALI 8-14 FEVRAL )
0:03:32
See all 101 videos
Martın 31-də Gəncədə "Kamil Vətəndaş" Maarifləndirmə Mərkəzinin rəhbəri Həsən Hüseynli bir nəfərin şikayəti əsasında polis tərəfindən saxlanılıb. Həmin şəxs H.Hüseynli tərəfindən bıçaqla hədə-qorxuya məruz qaldığını bildirib. H.Hüseynli CM-in 221.3 maddəsi (xuliqanlıq, silah və ya silah kimi istifadə olunan əşyalardan istifadə ilə törədildikdə) ilə təqsirli bilinir. H.Hüseynlinin hüquqlarını müdafiə edən vəkil Əlaif Həsənov obyektiv tv-yə bildirib ki, o şübhəli şəxs qismində saxlanılır, iş materialları ilə tanış olmağa imkan yaradılmır. Hazırda yol verilən bir çox hüquq pozuntularından şikayətlər hazırlanır. H.Hüseynlinin rəhbərlik etdiyi "Kamil Vətəndaş" Maarifləndirmə Mərkəzi 2004-cü ildə təsis edilib. 2009-cu ilin fevralında dövlət qeydiyyatından keçib. Buna qədərsə Gəncə Təşəbbüs Mərkəzi Açıq Cəmiyyət kimi fəaliyyət göstərib. Təşkilatın məqsədi Azərbaycanın qərb regionunda açıq cəmiyyət ideyalarını yaymaq və ölkədə vətəndaş cəmiyyəti quruculuğuna töhfə verməkdir. Fəal 3 ildən 7 ilədək azadlıqdan məhrum edilə bilər. Aprelin 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində NİDA hərəkatının 7 fəalının və "Azad Gənclik" təşkilatının üzvü İlkin Rüstəmzadənin işi üzrə məhkəmə prosesi keçirilib. Prosesdə vəkil N.Kərimli Novruzlunun mütəşəkkil cinayətkar qrupda iştirakda ittiham olunmasının qanunsuz olduğunu və ittihamın çıxarılmasını tələb edib. Şahin Novruzlunun MTN-də 4 dişinin sındırıldığına görə, onun məhkəmə-tibbi ekspertizadan keçirilməsi barədə qaldırılan vəsatət təmin edilib. Digər fəal Məmməd Əzizov bildirib ki, 2012-ci ilin yayından NİDA hərəkatına qoşulub. Həmin ilin noyabrında isə Bəxtiyar Quliyevlə birlikdə Facebook-da "Heydər Əliyev" adlı səhifə yaradıb. Səhifəni yaratmaqda məqsəd cəmiyyətdəki qorxunu aradan qaldırmaq olub. Bundan sonra Əzizov və Quliyev daim təzyiqlərə məruz qalıblar. Məmməd Əzizov bildirib ki, o martın 7-də Fəvvarələr Meydanında saxlanılaraq kirayədə yaşadığı evə aparılıb və guya evdə narkotik maddə aşkar edilib. M.Əzizov həmçinin deyib ki, istintaq onu narkotik maddə istifadəsində ittiham etsə də, narkoloji ekspertizaya göndərməyib. Bundan sonra MTN-ə aparılan M.Əzizov dəhlizdə həbs edilmiş B.Quliyevi görüb. O psixoloji təzyiq altında müstəntiqlərin verdikləri kağızları imzaladığını bildirib və onun bu ifadələri videoya çəkilərək TV vasitəsilə nümayiş etdirilib. Martın 15-də digər müttəhim Rəşad Həsənovla üzləşmə zamanı Məmməd Əzizov ifadəsindən imtina edib. Əzizov bundan sonra MTN-nin əməkdaşları tərəfindən döyülüb və ondan Rəşad Həsənovun əleyhinə ifadə verməsi tələb olunub. O bu tələbləri yerinə yetirməyib. Zorakılıq nəticəsində M.Əzizovun sol qulağı kar olub, bir həftə yeriyə bilməyib. Sonda M.Əzizov qeyd edib ki, NİDA fəallarına qarşı cinayət işi saxtalaşdırılıb. Məqsəd onları vətəndaş mövqeyinə görə cəzalandırmaq və digər gəncləri qorxutmaq olub. R.Həsənov çıxışında NİDA-nın toplantılarında Azərbaycanda "ərəb baharı"nı təkrar etməklə bağlı çağırışlar etmədiyini bildirib. Həmçinin fevralın 28-də "Venesiya" kafesində guya martın 10-da etiraz aksiyası zamanı iğtişaşların təşkilinə dair qərar qəbul olunması barədə fikirləri təkzib edib. O deyib ki, NİDA hərəkatı aksiyanın hakimiyyətlə razılaşdırılmasını qərara almışdı və martın 10-da heç bir iğtişaş olmayıb. Müttəhim İlkin Rüstəmzadənin sözlərinə görə, Mehdi adlı müstəntiq ona bildirib ki, Rəşad Həsənov Beynəlxalq Kəşfiyyat İdarəsi (BKİ) tərəfindən ələ alınıb. O 2009-cu ildə Nyu-Yorkda, 2012-ci ildə isə Bakıda onun BKİ-nin iki polkovniki ilə görüşünün təsdiqlənməsinə cəhd göstərib. R.Həsənov deyib ki, ABŞ-da olub, lakin bu idarənin əməkdaşları ilə heç bir əlaqəsi olmayıb. Bakıda ABŞ səfirliyində keçirilən görüşdə isə o tək iştirak etməyib, Azərbaycan tərəfdən digər iştirakçılar da olub. 2013-cü il martın 14-də saxlandıqdan sonra müstəntiqlər ondan NİDA-nın Milli Demokratiya İnstitutu və qurumun Bakıdakı nümayəndəsi Aleks Qriqoryevslə əməkdaşlığı barədə soruşublar.
Share |
Added: 2014-05-27
Category: Həftənin İcmalı
Duration: 0:06:52
Tags:
Video Description: GƏNCƏ FƏALI HƏSƏN HÜSEYNLİ SAXLANILIB, `NİDA` FƏALLARI MƏHKƏMƏDƏ İFADƏ VERİLİBLƏR 31 MART 05 APREL