generic dapoxetine priligy
"AZƏRİQAZ"DA XANIM İŞÇİLƏRİN İXTİSARI DAVAM EDİR
Select Category:
Mayın 27-də "Azəriqaz" İstehsalat Birliyindəki iş yerlərindən ixtisara düşən bir qrup xanım əməkdaşı mətbuat konfransı keçirib. "Azəriqaz"ın Bakı rayonları üzrə qaz istismar sahələrinin ixtisara düşən xanımları qeyd ebiblər ki, bu "ixtisar" əməliyyatı təkcə Bakının rayonları ilə yekunlaşmayıb. Ölkə üzrə bütün qaz istismar sahələrini əhatə edib və respublika üzrə 900 qadın əməkdaş iş yerini itirb. İxtisara yalnız qadın əməkdaşlar salınır və ixtisar hələ də davam edir. Onların söylədiklərinə görə, bu il martın 27-də rayon qaz istismar sahələrinini yenidən qurulması ilə bağlı iş yerlərinin ixtisara düşmələri haqda bildiriş alıblar. Sənəddə ixtisara düşdükləri halda başqa işlə təmin ediləcəkləri vədi də əksini tapıb. Əməkdaşlar könüllü olaraq işdən çıxmaq barədə ərizə ilə müraciət etməyiblər. Sahə rəhbərləri əməkdaşlara könüllü ərizə yazdıqları halda əmək haqlarının 5 misli qədər ödəniş alacaqlarını bildiriblər. Əksinə, yazmadıqları halda ixtisara salınaraq yalnız 1 aylıq maaşlarının veriləcəyi xəbərdarlığı edib. Bununla bağlı qadın əməkdaşlar "Azəriqaz" rəhbərliyi ilə görüşmək istəsə də bu baş tutmayıb. Amma İstehsalat Birliyinin sədr müavini Ruslan Əliyev qadınlara "yuxarı"ların bundan xəbəri olduğunu bildirib. Bu zaman qadınlar ARDNŞ prezidenti Rövnəq Abdullayevə şikayət edəcklərini bildirəndə Ruslan Əliyev ARDNŞ prezidentinin də prosesdən xəbərdar olduğunu deyib. Bu ixtisar məsələsinin "yuxarı"dan verildiyini söyləyib. Qadın əməkdaşlar baş verən ixtisarları özbaşınalıq, əmək məcəlləsini saymamaq, ayrı-seçkilik kimi dəyərləndiriblər. Onlar bu məsələ ilə bağlı Prezident Administrasiyasına, Ombudsmana müraciət etsələr də hər hansı cavab almadıqlarını deyiblər. "Azəriqaz"ın ixtisara düşən qadın əməkdaşları bir daha dövlət başçısı İlham Əliyevə müraciət ünvanlayıblar. Haqlarını müdafiə edə bilmək üçün məhkəmə perspektivini nəzərdə tutduqlarını bildiriblər.
Share |
Added: 2014-05-28
Category: Gender bərabərliyi
Duration: 0:06:50
Tags:
Video Description: "AZƏRİQAZ"DA XANIM İŞÇİLƏRİN İXTİSARI DAVAM EDİR