generic dapoxetine priligy
A.MƏMMƏDLİYƏ QARŞI CİNAYƏT İŞİ MƏHKƏMƏYƏ GÖNDƏRİLİB, P.HƏŞİMLİNİN MƏHKƏMƏSİNDƏ ŞAHİDLƏR İFADƏ VERİB
Select Category:
HÜQUQ MÜDAFİƏÇİSİ 6 İL AZADLIQDAN MƏHRUM EDİLDİ, RAUF MİRQƏDİROV HƏBSDƏ QALDI 14 18 İYUL
0:08:49
MEHMAN HÜSEYNOV YENƏ DƏ OĞURLANDI, NİDA ÇILAR KASASSİYA ŞİKAYƏTİ VERƏCƏK (7- 11 İYUL)
0:04:40
ÖMƏR MƏMMƏDOVA HÖKM OXUNDU, PROKUROR HƏSƏN HÜSEYNLİYƏ 7 İL HƏBS CƏZASI İSTƏYİB (30 İYUN - 4 İYUL)
0:04:50
PROKURORLUQ LEYLA YUNUSU HƏBSLƏ HƏDƏLƏYİR, ƏBDÜL ƏBİLOV 5 İL 6 AY MÜDDƏTİNƏ AZADLIQDAN MƏHRUM EDİLİB
0:08:22
AZƏRBAYCANIN `MAQNİTSKİ SİYAHISI` TƏRTİB EDİLİR, ALİ MƏHKƏMƏ HİLAL MƏMMƏDOVU AZAD ETMƏYİB 23-29 İYUN
0:11:04
NİCAT ƏLİYEVİN APELLYASİYA ŞİKAYƏTİ DAVAM EDİR, DÖVLƏT İTTİHAMÇISI FƏAL ÖMƏR MƏMMƏDOVA 6 İL HƏBS İST
0:06:11
BAKIDA YERÜSTÜ PİYADA KEÇİDİ UÇUB GƏNCƏ FƏALI HƏSƏN HÜSEYNLİNİN MƏHKƏMƏSİ BAŞLAYIR (02- 07) İYUN
0:05:39
HELSİNKİ KOMİSSİYASI: AZƏRBAYCAN DÜZGÜN İSTİQAMƏTDƏ İRƏLİLƏMƏMİR, H  MƏMMƏDOVUN ŞİKAYƏTİ QİSMƏT TƏMİ
0:06:51
PƏRVİZ HƏŞİMLİ 8 İL MÜDDƏTİNƏ AZADLIQDAN MƏHRUM EDİLİB,ANAR MƏMMƏDLİ  İFADƏ VERİB(12-17 MAY)
0:07:49
LEYLA YUNUSUN MƏNZİL VƏ OFİSİNDƏ AXTARIŞ APARILIB, AKSİYADA SAXLANILAN GƏNCLƏRƏ HƏBS CƏZASI VERİLİB
0:09:35
G.ƏHMƏDOVA ŞƏRTİ AZADLIĞA BURAXILIB, NİDAÇILARA UZUN MÜDDƏTLİ HƏBS CƏZALARI VERİLİB (5-10 MAY)
0:08:58
APELLYASİYA MƏHKƏMƏSİ JURNALİSTİ HƏBSDƏ SAXLADI. JURNALİST FİZİKİ TƏZYİQƏ MƏRUZ QALDI (21-26 APREL)
0:07:19
FACEBOOK FƏALININ CİNAYƏT İŞİ ÜZRƏ HAZIRLIQ İCLASI KEÇİRİLİB, DÖVLƏT İTTİHAMÇISI NİDA FƏALLARINA YÜK
0:07:23
GƏNCƏ FƏALI HƏSƏN HÜSEYNLİ SAXLANILIB, `NİDA` FƏALLARI MƏHKƏMƏDƏ İFADƏ VERİLİBLƏR 31 MART 05 APREL
0:06:52
MEGAFUNDA YANĞIN, ŞAHİN NOVRUZLU  MTN DƏ MƏNƏ FİZİKİ TƏZYİQ GÖSTƏRİLİB 24-29 MART
0:08:33
XƏDİCƏ İSMAYILOVA YENİDƏN PROKURORLUQDA DİNDİRİLİB APELLYASİYA MƏHKƏMƏSİ ANAR MƏMMƏDLİNİ HƏBSDƏ SAXL
0:13:29
METRO TİCARƏTÇİLƏRİ YENƏ ETİRAZ ETDİLƏR, İSMAYILLI HADISƏLƏRİ ÜZRƏ HÖKM OXUNUB
0:06:18
JURNALİST PƏRVİZ HƏŞİMLİNİN MƏHKƏMƏSİ BAŞLADI, ƏVƏZ ZEYNALLININ İDDİASI TƏMİN EDİLMƏSİ 24-28 FEVRAL
0:06:12
SOVETSKİ SAKİNLƏRİ VƏ TƏLƏBƏLƏR AKSİYA KEÇİRDİ AZƏRBAYCAN HÖKUMƏTİ CƏRİMƏLƏNDİ (insan hüquqları 15-22 fevral)
0:04:55
HÜQUQLAR RİSKLƏR DƏYİŞİKLİKLƏR (SEÇKİ İCMALI 8-14 FEVRAL )
0:03:32
See all 101 videos
Aprelin 7-də Bakı Apellyasiya Məhkəməsi dekabrın 16-da həbs olunan Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) həbsdə olan rəhbəri Anar Məmmədlinin həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsindən Nəsimi rayon məhkəməsinin imtinası ilə bağlı verdiyi apellyasiya şikayətini təmin etməyib. Qeyd edək ki, A.Məmmədliyə, SMDT-nin icraçı direktoru Bəşir Süleymanlıya və Könüllülərin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyinin rəhbəri Elnur Məmmədova qarşı cinayət işinin materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olub. Xatırladaq ki, Anar Məmmədliyə qarşı Cinayət Məcəlləsinin 192.2.2 ( qanunsuz sahibkarlıq külli miqdarda gəlir əldə etməklə törədildikdə), 213.1 (Xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb. Digər iki fəal -- Bəşir Süleymanlı və Elnur Məmmədova qarşı 179-cu maddənin müxtəlif bəndləri (böyük ölçüdə əmlakı mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrlə ittiham irəli sürülüb. Aprelin 7-də keçirilən mətbuat konfransında İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov bildirib ki, aprelin 5-də müdafiə naziri Zakir Həsənovla görüşüb. Elçin Behbudov nazirə orduda işgəncə və qeyri-insani rəftar faktları ilə bağlı suallar verib. Zakir Həsənov hüquq müdafiəçisini inandırıb ki, İşgəncələr Əleyhinə Komitənin üzvləri hərbi hissələrdə, intizam hissələrində müntəzəm monitorinqlər həyata keçirə bilərlər. Behbudov həmçinin bildirib ki, birinci yarımilin yekunları ilə bağlı 2014-cü ildə işgəncə faktları haqqında ətraflı hesabat yayacaq. Aprelin 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə həbsdə olan "Bizim Yol" qəzetinin əməkdaşı və moderator.az saytının rəhbəri Pərviz Həşimlinin və onunla bərabər həbs edilən Təvəkkül Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Prosesdə 3 şahid Təvəkkül Qurbanovla bağlı ifadə verib. Şahidlərin ibtidai istintaqa verdikləri ifadələrlə məhkəməyə verdikləri ifadələr arasında ziddiyyətlər olub. Şahidlər bildiriblər ki, onlara MTN-dən zəng vurulub, hal şahidi kimi məhkəməyə çağırılıblar. Xatırladaq ki, Pərviz Həşimli sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat zamanı saxlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahın və döyüş sursatının qaçaqmalçılığı) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama) maddələri üzrə ittiham irəli sürülüb. İstintaqın yekunu olaraq işə Cinayət Məcəlləsinin 228.2.2-ci (qanunsuz olaraq odlu silah, döyüş sursatı və sair əldə etmə, saxlama, satma kimi əməllər təkrar törədildikdə ) maddəsi də əlavə olunub. Aprelin 10-u və 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində NİDA hərəkatının 7 fəalının və "Azad Gənclik" təşkilatının üzvü İlkin Rüstəmzadənin cinayət işi üzrə məhkəmə prosesi sübutların tədqiqi ilə davam edib. Proses zamanı MTN-in Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsinə göndərdiyi məktub elan olunub. Həmin məktubda Ş.Novruzovun, B.Quliyevin və M.Əzizovun facebook yazışmaları, statuslarındakı yazışmalar, həmçinin bəzi sms yazışmaları oxunub. Vəkillər həmin məlumatların iş materiallarından çıxarılmasını xahiş edib. Vəkillər bildirib ki, bu məlumatların götürülməsi ilə hər hansı əməliyyat axtarış tədbirləri həyata keçirilməyib, müvafiq qərar qəbul edilməyib.
Share |
Added: 2014-05-29
Category: Həftənin İcmalı
Duration: 0:05:26
Tags:
Video Description: A.MƏMMƏDLİYƏ QARŞI CİNAYƏT İŞİ MƏHKƏMƏYƏ GÖNDƏRİLİB, P.HƏŞİMLİNİN MƏHKƏMƏSİNDƏ ŞAHİDLƏR İFADƏ VERİB