generic dapoxetine priligy
REAL SİYASİ PARTİYAYA ÇEVRİLİR
Select Category:
Mayın 28-də "Respublikaçı Alternativ" vətəndaş partiyasının yaradılması üzrə təşəbbüs qrupunun təsis konfransı keçirilib.Tədbir Respublika Gününə həsr olunub. Konfransda REAL hərəkatının həbsdə olan lideri İlqar Məmmədovun təbrik müraciəti oxunub. Hərəkatın İdarə Heyətinin üzvü, hüquqşünas Erkin Qədirli partiyanın proqram layihəsini təqdim edib. Proqram layihəsində hüquqi hakimiyyət bölgüləri, silahlı qüvvələrin təşkili, insanların həyat və təhsil səviyyəsini yüksəltmək yolları, iqtisadi siyasətlə bağlı prinsipləri öz əksini tapıb. REAL hərəkatının icraçı katibi Natiq Cəfərli bildirib ki, ilin sonunadək REAL-ın 20 regional təşkilatının yaradılması nəzərdə tutulur. Onlar partiyanın təsis qurultayına nümayəndələr seçəcəklər. Təsis qurultayı 2015-ci il mayın 28-də keçiriləcək. Paralel olaraq REAL 2014-cü ilin dekabrında keçiriləcək bələdiyyə və 2015-ci ilin noyabrında olacaq parlament seçkilərinə hazırlaşır. Qeyd edək ki, REAL hərəkatının yaradılması 2008-ci ildə elan edilib. Hərəkat praktiki fəaliyyətə 2009-cu ilin yanvarında başlayıb. Xatırladaq ki, REAL hərəkatının lideri İlqar Məmmədov 2013-cü il İsmayıllı hadisələri ilə əlaqədar 7 il azadlıqdan məhrum edilib. Mayın 22-də Avropa İnsan Hüquqları Məhkəməsi onun qanunsuz həbsi ilə bağlı şikayətini təmin edib, onun Avropa konvensiyasında təsbit olunmuş hüquqlarının pozulmasını tanıyıb.
Share |
Added: 2014-05-29
Category: Birləşmək azadlığı
Duration: 0:01:45
Tags:
Video Description: REAL SİYASİ PARTİYAYA ÇEVRİLİR