generic dapoxetine priligy
APELLYASİYA MƏHKƏMƏSİ JURNALİSTİ HƏBSDƏ SAXLADI. JURNALİST FİZİKİ TƏZYİQƏ MƏRUZ QALDI (21-26 APREL)
Select Category:
HÜQUQ MÜDAFİƏÇİSİ 6 İL AZADLIQDAN MƏHRUM EDİLDİ, RAUF MİRQƏDİROV HƏBSDƏ QALDI 14 18 İYUL
0:08:49
MEHMAN HÜSEYNOV YENƏ DƏ OĞURLANDI, NİDA ÇILAR KASASSİYA ŞİKAYƏTİ VERƏCƏK (7- 11 İYUL)
0:04:40
ÖMƏR MƏMMƏDOVA HÖKM OXUNDU, PROKUROR HƏSƏN HÜSEYNLİYƏ 7 İL HƏBS CƏZASI İSTƏYİB (30 İYUN - 4 İYUL)
0:04:50
PROKURORLUQ LEYLA YUNUSU HƏBSLƏ HƏDƏLƏYİR, ƏBDÜL ƏBİLOV 5 İL 6 AY MÜDDƏTİNƏ AZADLIQDAN MƏHRUM EDİLİB
0:08:22
AZƏRBAYCANIN `MAQNİTSKİ SİYAHISI` TƏRTİB EDİLİR, ALİ MƏHKƏMƏ HİLAL MƏMMƏDOVU AZAD ETMƏYİB 23-29 İYUN
0:11:04
NİCAT ƏLİYEVİN APELLYASİYA ŞİKAYƏTİ DAVAM EDİR, DÖVLƏT İTTİHAMÇISI FƏAL ÖMƏR MƏMMƏDOVA 6 İL HƏBS İST
0:06:11
BAKIDA YERÜSTÜ PİYADA KEÇİDİ UÇUB GƏNCƏ FƏALI HƏSƏN HÜSEYNLİNİN MƏHKƏMƏSİ BAŞLAYIR (02- 07) İYUN
0:05:39
HELSİNKİ KOMİSSİYASI: AZƏRBAYCAN DÜZGÜN İSTİQAMƏTDƏ İRƏLİLƏMƏMİR, H  MƏMMƏDOVUN ŞİKAYƏTİ QİSMƏT TƏMİ
0:06:51
PƏRVİZ HƏŞİMLİ 8 İL MÜDDƏTİNƏ AZADLIQDAN MƏHRUM EDİLİB,ANAR MƏMMƏDLİ  İFADƏ VERİB(12-17 MAY)
0:07:49
LEYLA YUNUSUN MƏNZİL VƏ OFİSİNDƏ AXTARIŞ APARILIB, AKSİYADA SAXLANILAN GƏNCLƏRƏ HƏBS CƏZASI VERİLİB
0:09:35
G.ƏHMƏDOVA ŞƏRTİ AZADLIĞA BURAXILIB, NİDAÇILARA UZUN MÜDDƏTLİ HƏBS CƏZALARI VERİLİB (5-10 MAY)
0:08:58
A.MƏMMƏDLİYƏ QARŞI CİNAYƏT İŞİ MƏHKƏMƏYƏ GÖNDƏRİLİB, P.HƏŞİMLİNİN MƏHKƏMƏSİNDƏ ŞAHİDLƏR İFADƏ VERİB
0:05:26
FACEBOOK FƏALININ CİNAYƏT İŞİ ÜZRƏ HAZIRLIQ İCLASI KEÇİRİLİB, DÖVLƏT İTTİHAMÇISI NİDA FƏALLARINA YÜK
0:07:23
GƏNCƏ FƏALI HƏSƏN HÜSEYNLİ SAXLANILIB, `NİDA` FƏALLARI MƏHKƏMƏDƏ İFADƏ VERİLİBLƏR 31 MART 05 APREL
0:06:52
MEGAFUNDA YANĞIN, ŞAHİN NOVRUZLU  MTN DƏ MƏNƏ FİZİKİ TƏZYİQ GÖSTƏRİLİB 24-29 MART
0:08:33
XƏDİCƏ İSMAYILOVA YENİDƏN PROKURORLUQDA DİNDİRİLİB APELLYASİYA MƏHKƏMƏSİ ANAR MƏMMƏDLİNİ HƏBSDƏ SAXL
0:13:29
METRO TİCARƏTÇİLƏRİ YENƏ ETİRAZ ETDİLƏR, İSMAYILLI HADISƏLƏRİ ÜZRƏ HÖKM OXUNUB
0:06:18
JURNALİST PƏRVİZ HƏŞİMLİNİN MƏHKƏMƏSİ BAŞLADI, ƏVƏZ ZEYNALLININ İDDİASI TƏMİN EDİLMƏSİ 24-28 FEVRAL
0:06:12
SOVETSKİ SAKİNLƏRİ VƏ TƏLƏBƏLƏR AKSİYA KEÇİRDİ AZƏRBAYCAN HÖKUMƏTİ CƏRİMƏLƏNDİ (insan hüquqları 15-22 fevral)
0:04:55
HÜQUQLAR RİSKLƏR DƏYİŞİKLİKLƏR (SEÇKİ İCMALI 8-14 FEVRAL )
0:03:32
See all 101 videos
Aprelin 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rauf Əliyevin sədrliyi ilə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli, təşkilatın icraçı direktoru Bəşir Süleymanlı və Könüllülərin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyinin rəhbəri Elnur Məmmədovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Proses zamanı Anar Məmmədlinin vəkili hüquq müdafiəçisinin dəmir barmaqlıqlar arasından çıxarılaraq vəkillə birlikdə əyləşməsinə şərait yaradılması, məhkəmədə jurnalistlərin çəkiliş aparmasına imkan yaradılması, cinayət işinə xitam verilməsi və həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatət qaldırıb. Hakim birinci vəsatəti təmin etsə də digər vəsatətlərin heç birini təmin etməyib. Xatırladaq ki, Anar Məmmədli dekabrın 16-da həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 192.2.2 ( qanunsuz sahibkarlıq külli miqdarda gəlir əldə etməklə törədildikdə), 213.1 (Xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb. Martın 19-da ibtidai istintaq yekunlaşıb və Məmmədli, habelə ölkəni tərk etməmək iltizamı vermiş digər iki fəal – Bəşir Süleymanlı və Elnur Məmmədova qarşı 179-cu maddənin müxtəlif bəndləri (böyük ölçüdə əmlakı mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrlə ittiham irəli sürülüb. Martın 6-da Məmmədli barəsində həbs müddəti daha 3 ay uzadılıb. Aprelin 20-dən həbsdə olan NİDA fəallarının valideynləri Müsavat Partiyasının mənzil-qərargahında aclıq aksiyasına başlayıblar. Valideynlər prokurorun onların övladlarına 6 ildən 8 ilədək həbs cəzası istəməsinə etiraz ediblər. Aclığa Zaur Qurbanlının anası Səkinə Qurbanova, Rəşadət Axundovun anası Mətanət Axundova, Şahin Novruzlunun anası Mehbarə Novruzova qoşulub. Qeyd edək ki, Müttəhimlər özləri isə aprelin 17-dən Kürdəxanı Təcridxanasında aclıq aksiyasını davam etdirirlər. Aprelin 21-də Müsavat Partiyanın mənzil-qərargahında “Nida” Vətəndaş Hərəkatının həbsdə olan üzvüləri ilə bağlı mətbuat konfransı keçirilib. Konfransda Gənclər Təşkilatının sədri Əhliman Abbas partiya üzvləri və Azərbaycan gəncləri adından ən qısa vaxtda “Nida”çı gənclərin azadlığa buraxılmasını tələb edib. Konfransda “Nida” Vətəndaş Hərəkatı İdarə Heyətinin üzvü Turqut Qəmbər isə hər kəsi “Amnesty İnternational” beynəlxalq təşkilatının səhifəsində “Nida”çı gənclərin azad edilməsi ilə bağlı aparılan imzatoplama kompaniyasına qoşulmağa çağırıb. Xatırladaq ki, prokurorun aprelin 17-də keçirilən proses zamanı gənclərə yüksək cəsa istəməsinə etiraz əlaməti olaraq NİDA fəalları və valideyinləri aclıq aksiyası keçirirlər. Aprelin 24-də Bayıl qəsəbəsindəki neft çənlərinin birində güclü partlayış olub. Partlayışdan sonra yanğın baş verib. Obyektiv.tv-nin əməkdaşı Şirin Abbasov hadisə yerində çəkiliş apararkən ərazidə olan Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşlarının və polislərin təzyiqinə məruz qalıb. Jurnalist bildirib ki, özünü təqdim etməyən FHN və bəzi polis işçiləri çəkiliş aparmasına mane olmaq üçün ona fiziki təzyiq göstəriblər. Aprelin 21-də Nəsimi Rayon Məhkəməsi “Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirov barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilməsi barədə qərar verib. Məhkəmədən sonra qısa brifinq keçirən jurnalistin vəkili Fuad Ağayev bildirib ki, müdafiə etdiyi şəxslə Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında görüşüb. Fuad Ağayev qeyd edib ki, Rauf bu cür ağır ittihamları qəbul etmir, heç bir cinayət törətməyib. Vəkil jurnalistin deportasiya olunaraq Azərbaycana verilməsini qınayıb, və Raufun hüquqlarının pozulduğunu deyib. Xatırladaq ki, Rauf Mirqədirov aprelin 19-da Türkiyədən deportasiya olunduqdan dərhal sonra həbs edilib. O Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham olunur. Aprelin 22-i, 24-ü və 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində N!DA hərəkatının 7 fəalının və “Azad Gənclik” təşkilatının üzvü İlkin Rüstəmzadənin işi üzrə məhkəmə prosesi vəkillərin çıxışı ilə davam edib. Prosesdə vəkillər Yalçın İmanov və Nemət Kərimli çıxış edərək bildirib ki, fəallar ifadə azadlığı hüququnun reallaşmasına görə həbs olunublar. Onlar barəsində Avropa İnsan Hüquqları Konvensiyasının 3 (işgəncələrə məruz qalmamaq), 5 (azadlıq hüququ) 6 (ədalətli məhkəmə hüququ), 8 (şəxsi həyatın toxunulmazlığı), 10 (ifadə azadlığı) maddələrində nəzərdə tutulmuş hüquqları pozulub. Aprelin 24-də keçirilən prosesdə Üzeyir Məmmədlinin vəkili Fəxrəddin Mehdiyev, Bəxtiyar Quliyevin vəkili Cavad Cavadov, Zaur Qurbanlının vəkili Elton Quliyev, Məhəmməd Əzizovun vəkili Fariz Namazlı və Rəşadət Axundovun vəkili Namiq Hacıyev çıxışlarında ittihamların əsassız, uydurma olduğunu bildirərək məhkəmədən bəraət hökmünün çıxarılmasını istəyiblər. Aprelin 25-də çıxış edən vəkillər Elçin Sadıqov və Xalid Bağırov hakimi müttəhimlərə bəraət verməyə çağırıblar. Xatırladaq ki, 2013-cü ilin mart-aprel aylarında həbs edilən NİDA fəalları 2013-cü il martın 10-da Bakıda kütləvi aksiya zamanı "Molotov kokteyli"ndən istifadəyə hazırlıqda ittiham olunur. Gənclərin bir neçəsinə qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama ittihamı da verilib. "Azad Gənclik" Təşkilatının üzvü İlkin Rüstəmzadə isə 2013-cü il mayın 17-də həbs olunub. Əvvəl ona xuliqanlıq ittihamı irəli sürülüb, sonra işə kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştiraka cəhd etmə ittihamı da əlavə olunub. Aprelin 23-də “Nida” Vətəndaş Hərəkatının həbsdə olan fəallarının valideyinləri aksiyanı müvəqqəti olaraq dayandırmaq qərarına gəliblər. Zaur Qurbanlının anası Səkinə Qurbanovanın sözlərinə görə, aclıq hökm elan edilən günə qədər müvəqqəti olaraq dayandırılır. Məhkəmənin hökmü ədalətsiz olarsa, aksiya bərpa ediləcək. Qeyd edək ki, aprelin 20-dən NİDA fəalları Zaur Qurbanlının, Rəşadət Axundovun və Şahin Novruzlunun anası aclıq aksiyasına başlamışdılar. 2 gün sonra aksiyaya Şahin Novruzlunun bibisi də qoşulmuşdu. Aprelin 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə Facebook fəalı Əbdül Əbilovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Prosesində Əbilovu saxlayan əməliyyat qrupunun rəhbəri, Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Müzəffər Məmmədov və əməliyyatçı İbrahim Kazımov ifadə veriblər. Xatırladaq ki, Facebook fəalı Əbdül Əbilov noyabrın 25-də CM-nin 234.4.3 maddəsi ilə (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma - külli miqdarda törədilməklə, 5 ildən 12 ilədək həbs nəzərdə tutulur) ittiham edilir. Nərimanov Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib. Əbilov Facebook-da “Yaltaqlara dur deyək” səhifəsi yaradıb və o, saxlanıldıqdan sonra səhifə bağlanıb. Aprelin 25-də Bakı Apellyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyi ilə həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə apellyasiya şikayəti əsasında məhkəmənin ilkin baxış iclası keçirilib. Proses zamanı vəkillər G.Əhmədovanın onların yanında oturmasını və onun haqında tətbiq olunan 178.3.2 maddəsinə xitam verilməsi barədə vəsatətlər veriblər. Hakim birinci vəsatəti təmin etməyib, ikincisini isə baxılmamış saxlayıb. Prosesdə Məhkəmə Ekspertiza Mərkəzinin eksperti Hümbət Vəliyev ifadə verib. O, bildirib ki, onlara təqdim olunan DVD disk əsli deyil, köçürülmüş nüsxədi və bütün fonoqram boyu danışıqla səs cığırı üst-üstə düşüb, artikulyasiya pozulmayıb. Xatırladaq ki, keçmiş deputat 2013-cü il dekabr ayının 3-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. Gülər Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir. Gəncədə fəaliyyət göstərən “Kamil Vətəndaş” Maarifləndirmə Mərkəzinin rəhbəri Həsən Hüseynliyə aprelin 24-də yeni məzmunda ittiham elan olunub. Bu barədə obyektiv tv-yə Həsən Hüseynli məlumat verib. H. Hüseynli bildirib ki, ona qarşı Cinayət Məcəlləsinin 228.4-cü (qanunsuz olaraq soyuq silah gəzdirmə) maddəsi ilə əlavə ittiham verilib və bu ittihamı qondarma işin davamı adlandırıb. Xatırladaq ki, Həsən Hüseynli 2014-cü il martın 31-də tutulmuşdu və Gəncənin Kəpəz Rayon Polis Şöbəsinin təcridxanasında saxlanılırdı. O, həmyerlisi Arzu Qəhrəmanova bıçaqla bədən xəsarəti yetirməkdə ittiham olunur. Gəncə Şəhər Baş Polis İdarəsi işi Cinayət Məcəlləsinin 221.3 (silah tətbiq etməklə xuliqanlıq ) maddəsi ilə cinayət işi açıb. Hüseynli barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilib. Aprelin 25-də “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansının lideri Elşən Həsənov Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun media mərkəzində mətbuat konfransı keçirib. Alyans məhkəməni NİDA fəalına bəraət verməyə çağırıb. Çünki onlara qarşı irəli sürülən heç bir cinayət əməli sübuta yetirilməyib. Onlar qanunsuz olaraq, “Əsgər ölümlərinə qarşı keçirilən etiraz aksiyasında iştirak etdikləri üçün həbs olunublar. Azərbaycan qanunları isə insanların sərbəst toplaşmaq azadlığını təmin edir. Sonda siyasi məhbuslar probleminin həlli və fəallara təzyiqlərə son qoyulması məqsədilə vətəndaş cəmiyyətinin səylərinin konsolidasiyasının vacibliyi qeyd olunub. Aprelin 25-də Bakı Apellyasiya Məhkəməsində dövlətə xəyanət ittihamı ilə tutulan jurnalist Rauf Mirqədirovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə Nəsimi Rayon Məhkəməsinin çıxardığı qərardan verilən apellyasiya şikayəti təmin edilməyib. Məhkəmədən sonra açıqlama verən vəkil Fuad Ağayev bildirib ki, məhkəmə heç bir qanuni əsas olmadan Rauf Mirqədirov barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsinə razılaşmayıb. Xatırladaq ki, “Zerkalo” qəzetinin müxbiri olan Rauf Mirqədirov aprelin 19-da 2010-cu ildən bəri yaşadığı Türkiyə paytaxtı Ankaradan deportasiya edilib. Həmin gün təyyarə ilə Bakıya göndərilən jurnalisti MTN əməkdaşları tutub. Jurnalist Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham edilir və Nəsimi Rayon Məhkəməsi Rauf Mirqədirov barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib.
Share |
Added: 2014-06-04
Category: Həftənin İcmalı
Duration: 0:07:19
Tags:
Video Description: APELLYASİYA MƏHKƏMƏSİ JURNALİSTİ HƏBSDƏ SAXLADI. JURNALİST FİZİKİ TƏZYİQƏ MƏRUZ QALDI (21-26 APREL)