generic dapoxetine priligy
G.ƏHMƏDOVA ŞƏRTİ AZADLIĞA BURAXILIB, NİDAÇILARA UZUN MÜDDƏTLİ HƏBS CƏZALARI VERİLİB (5-10 MAY)
Select Category:
HÜQUQ MÜDAFİƏÇİSİ 6 İL AZADLIQDAN MƏHRUM EDİLDİ, RAUF MİRQƏDİROV HƏBSDƏ QALDI 14 18 İYUL
0:08:49
MEHMAN HÜSEYNOV YENƏ DƏ OĞURLANDI, NİDA ÇILAR KASASSİYA ŞİKAYƏTİ VERƏCƏK (7- 11 İYUL)
0:04:40
ÖMƏR MƏMMƏDOVA HÖKM OXUNDU, PROKUROR HƏSƏN HÜSEYNLİYƏ 7 İL HƏBS CƏZASI İSTƏYİB (30 İYUN - 4 İYUL)
0:04:50
PROKURORLUQ LEYLA YUNUSU HƏBSLƏ HƏDƏLƏYİR, ƏBDÜL ƏBİLOV 5 İL 6 AY MÜDDƏTİNƏ AZADLIQDAN MƏHRUM EDİLİB
0:08:22
AZƏRBAYCANIN `MAQNİTSKİ SİYAHISI` TƏRTİB EDİLİR, ALİ MƏHKƏMƏ HİLAL MƏMMƏDOVU AZAD ETMƏYİB 23-29 İYUN
0:11:04
NİCAT ƏLİYEVİN APELLYASİYA ŞİKAYƏTİ DAVAM EDİR, DÖVLƏT İTTİHAMÇISI FƏAL ÖMƏR MƏMMƏDOVA 6 İL HƏBS İST
0:06:11
BAKIDA YERÜSTÜ PİYADA KEÇİDİ UÇUB GƏNCƏ FƏALI HƏSƏN HÜSEYNLİNİN MƏHKƏMƏSİ BAŞLAYIR (02- 07) İYUN
0:05:39
HELSİNKİ KOMİSSİYASI: AZƏRBAYCAN DÜZGÜN İSTİQAMƏTDƏ İRƏLİLƏMƏMİR, H  MƏMMƏDOVUN ŞİKAYƏTİ QİSMƏT TƏMİ
0:06:51
PƏRVİZ HƏŞİMLİ 8 İL MÜDDƏTİNƏ AZADLIQDAN MƏHRUM EDİLİB,ANAR MƏMMƏDLİ  İFADƏ VERİB(12-17 MAY)
0:07:49
LEYLA YUNUSUN MƏNZİL VƏ OFİSİNDƏ AXTARIŞ APARILIB, AKSİYADA SAXLANILAN GƏNCLƏRƏ HƏBS CƏZASI VERİLİB
0:09:35
APELLYASİYA MƏHKƏMƏSİ JURNALİSTİ HƏBSDƏ SAXLADI. JURNALİST FİZİKİ TƏZYİQƏ MƏRUZ QALDI (21-26 APREL)
0:07:19
A.MƏMMƏDLİYƏ QARŞI CİNAYƏT İŞİ MƏHKƏMƏYƏ GÖNDƏRİLİB, P.HƏŞİMLİNİN MƏHKƏMƏSİNDƏ ŞAHİDLƏR İFADƏ VERİB
0:05:26
FACEBOOK FƏALININ CİNAYƏT İŞİ ÜZRƏ HAZIRLIQ İCLASI KEÇİRİLİB, DÖVLƏT İTTİHAMÇISI NİDA FƏALLARINA YÜK
0:07:23
GƏNCƏ FƏALI HƏSƏN HÜSEYNLİ SAXLANILIB, `NİDA` FƏALLARI MƏHKƏMƏDƏ İFADƏ VERİLİBLƏR 31 MART 05 APREL
0:06:52
MEGAFUNDA YANĞIN, ŞAHİN NOVRUZLU  MTN DƏ MƏNƏ FİZİKİ TƏZYİQ GÖSTƏRİLİB 24-29 MART
0:08:33
XƏDİCƏ İSMAYILOVA YENİDƏN PROKURORLUQDA DİNDİRİLİB APELLYASİYA MƏHKƏMƏSİ ANAR MƏMMƏDLİNİ HƏBSDƏ SAXL
0:13:29
METRO TİCARƏTÇİLƏRİ YENƏ ETİRAZ ETDİLƏR, İSMAYILLI HADISƏLƏRİ ÜZRƏ HÖKM OXUNUB
0:06:18
JURNALİST PƏRVİZ HƏŞİMLİNİN MƏHKƏMƏSİ BAŞLADI, ƏVƏZ ZEYNALLININ İDDİASI TƏMİN EDİLMƏSİ 24-28 FEVRAL
0:06:12
SOVETSKİ SAKİNLƏRİ VƏ TƏLƏBƏLƏR AKSİYA KEÇİRDİ AZƏRBAYCAN HÖKUMƏTİ CƏRİMƏLƏNDİ (insan hüquqları 15-22 fevral)
0:04:55
HÜQUQLAR RİSKLƏR DƏYİŞİKLİKLƏR (SEÇKİ İCMALI 8-14 FEVRAL )
0:03:32
See all 101 videos
Mayın 5-i, 6-ı, 7-i və 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rauf Əliyevin sədrliyi ilə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli, təşkilatın icraçı direktoru Bəşir Süleymanlı və Könüllülərin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyinin rəhbəri Elnur Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Prosesdə zərərçəkən Etimar Muradov müttəhimlərə qarşı heç bir iradının olmadığını bildirib. Sonra Həsən Həsənov çıxış edib. O, prezident seçkilərinin monitorinqi üzrə layihələrdə iştirak edib. Həsənov bildirib ki, 456 manata imza atıb, lakin ona 100 manat verilib. Dinləmələr zamanı məlum olub ki, H.Həsənov bu təşkilatlara ali təhsil haqqında diplomunu təqdim etməyib və layihədən çıxarılıb, çünki işinin öhdəsindən gələ bilməyib. Məhkəmədə 12 zərərçəkən ifadə verib. Onların hər biri təqsirləndirilən şəxslərə qarşı hər hansı iddianın olmadığını deyib zərərçəkən kimi tanınmalarına etiraz ediblər. Vəkil Əlibaba Rzayev məhkəməyə ABŞ-ın Milli Demokratiya İnstitutunun baş ofisinin məktubunu təqdim edib. Məktubda Könüllülərin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyi ilə cinayət işində adı hallanan qrant müqaviləsini bağladıqları və təqsirləndirilən şəxslərə qarşı hər hansı iddialarının olmadığı qeyd edilib. Vəkil həmçinin 7 zərərçəkənin özlərini zərərçəkən saymadıqları ilə bağlı notarial qaydada təsdiq olunmuş ərizələrini məhkəməyə təqdim edib. Xatırladaq ki, Anar Məmmədli dekabrın 16-da həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 192.2.2 ( qanunsuz sahibkarlıq külli miqdarda gəlir əldə etməklə törədildikdə), 213.1 (Xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb. Martın 19-da ibtidai istintaq yekunlaşıb və Məmmədli, habelə ölkəni tərk etməmək iltizamı vermiş digər iki fəal -- Bəşir Süleymanlı və Elnur Məmmədova qarşı 179-cu maddənin müxtəlif bəndləri (böyük ölçüdə əmlakı mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrlə ittiham irəli sürülüb. Mayın 5-də "Azadlıq" qəzetinin kollektivi "Qasid" yayım firmasının önündə növbəti piket keçirib. Piketə səbəb "Qasid"in qəzetə olan borcunu ödəməməsi olub. Firma qəzetə 68 min manat ödəməlidir. "Qasid" yayım firmasının rəhbəri Mirkazım Kazımov etirazçıların önünə çıxaraq firmanın qəzetə borcu qaytarmağa imkanın olmadığını deyib. O, bunu firmanın özünün zərər içində olması ilə əlaqələndirib. Mirkazım Kazımov qəzetə hər həftə borcun müəyyən hissəsini ödəməyə çalışacaqlarını vəd edib. Mayın 5-də Bakı Apellyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyi ilə həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə apellyasiya şikayəti əsasında məhkəmə prosesi keçirilib. Prosesdə Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə Gülər Əhmədova barəsində 3 il sınaq müddəti təyin olunmaqla cəzası şərti hesab edilib. Gülər Əhmədova məhkəmə zalından azadlığa buraxılıb. Xatırladaq ki, keçmiş deputat 2013-cü il dekabr ayının 3-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. Gülər Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir.
Share |
Added: 2014-06-06
Category: Həftənin İcmalı
Duration: 0:08:58
Tags:
Video Description: G.ƏHMƏDOVA ŞƏRTİ AZADLIĞA BURAXILIB, NİDAÇILARA UZUN MÜDDƏTLİ HƏBS CƏZALARI VERİLİB (5-10 MAY)