generic dapoxetine priligy
LEYLA YUNUS REPRESSİYALARA MÜQAVİMƏT MƏRKƏZİ YARATDIĞINI ELAN EDİB
Select Category:
ARİF YUNUS KİV Ə MÜSAHİBƏ VERMƏSİNƏ VƏ İNTERNET YAZIŞMALARINA GÖRƏ 3 AY MÜDDƏTİNƏ HƏBS OLU
0:03:02
RƏSUL CƏFƏROV HƏBS EDİLDİ
0:03:15
LEYLA VƏ ARİF YUNUSA QARŞI AĞIR İTTİHAMLAR İRƏLİ SÜRÜLÜB
0:01:36
ARİF YUNUS:
0:05:12
İSA QƏMBƏR: BU NÖVBƏTİ CİNAYƏTDİR
0:04:33
VALİDEYNLƏR MÜBARİZƏNİ DAVAM ETDİRİRLƏR
0:03:41
NİDA FƏALLARININ İŞİ ÜZRƏ PROSESDƏ İNSİDENT
0:01:41
ZƏRƏRÇƏKƏN HAKİMLƏRƏ İNANMADIĞINI BİLDİRİR
0:03:30
HÜQUQ MÜDAFİƏÇİSİ 6 İL AZADLIQDAN MƏHRUM EDİLDİ
0:01:38
APELLYASİYA MƏHKƏMƏSİ QURBAN MƏMMƏDOVUN HÖKMÜNÜ QÜVVƏDƏ SAXLADI
0:01:26
ATƏT PA NIN BƏYƏNNAMƏSİNƏ ANAR MƏMMƏDLİNİ AZAD ETMƏK ÇAĞIRIŞI DAXİL EDİLİB
0:02:41
ATƏT PA KOMİTƏSİNİN İCLASINDA AZƏRBAYCANDA SİYASİ MƏHBUSLAR MƏSƏLƏSİ QALDIRILIB
0:01:08
NİDA DAN ÜZ DÖNDƏRƏN BƏXTİYAR QULİYEV APELLYASİYA ŞİKAYƏTİN DƏ İMTİNA EDİB
0:02:05
PROKURORLUQ LEYLA YUNUSU HƏBSLƏ HƏDƏLƏYİR
0:03:05
BƏŞİR SÜLEYMANOV VƏ ANAR MƏMMƏDLİ AZADLIQDAN MƏHRUM EDİLİB
0:05:50
AZƏRBAYCAN İNSAN HÜQUQLARI SAHƏSİNDƏ MÜSBƏT İMİCİNİ İTİRMƏKDƏ DAVAM EDİR
0:05:02
AVROPA MƏHKƏMƏSİ İLQAR MƏMMƏDOVUN BARƏSİNDƏ QƏRAR ÇIXARIB
0:02:21
DÖVLƏT İTTİHAMÇISI ANAR MƏMMƏDLİYƏ 9 İL CƏZA İSTƏDİ
0:06:16
İSMAYILLI İŞİ ÜZRƏ APELLYASİYA ŞİKAYƏTİNƏ BAXILIR
0:02:19
MƏHKƏMƏLƏR LEYLA YUNUSUN ŞİKAYƏTİNƏ BAXMAQDAN YAYINIR
0:01:23
See all 691 videos
Hüquq müdafiəçisi, Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus qurumun ofisində ölkədəki mövcud hüquq müdafiə sisteminin yararsızlığı barədə mətbuat konfransı keçirib. Leyla Yunus indiyə qədər ölkədə mövcud olan hüquq müdafiə sisteminin insan haqlarının qorunmasında təsirli rola malik olmadığını bildirib. Bu məsələdə ölkədəki hüquq müdafiəçilərinin və o cümlədən özünün də günahı olduğunu söyləyib. Mübarizə aparılmasına baxmayaraq, ölkədə ilbəil siyasi məhbusların sayının artmasını həmin hüquq-müdafiə sisteminin yararsızlığının göstəricisi adlandırıb. Hazırda ölkədə 130 nəfər siyasi məhbus olduğunu bildirib. Leyla Yunus indiyə qədərki hüquq müdafiə sisteminin dövlət başçısı İlham Əliyevi tənqid etməmək, hökuməti vətəndaş cəmiyyəti institutları ilə dialoqa dəvət emək, məhbuslara əfv fərmanı verilərkən siyasi məhbusların azad ediləcəyinə inandıraraq sakitliyə dəvət etmək kimi taktikasını yanlış və mənasız adlandırıb. Son əfv fərmanına olan ümidlərin doğrulmamasını gözlənilən sayıb. Bundan irəli gələrək, L.Yunus hüquq müdafiə sisteminə təklif etdiyi yeni fəaliyyətin strategiyası olaraq hökumətə əyilməmək prinsipi bəyan edib. Bundan əlavə, bu sahədə real addımlar ata bilmək üçün SDİ rəhbəri qurum daxilində Repressiylara Müqavimət Mərkəzi (RMM) yaratdığını elan edib. O, keçmiş siyasi məhbusları, siyasi məhbusların ailə üzvlərini Mərkəzdə iştiraka dəvət edib. Hüquq müdafiə sistemində taktiki gedişlərin hazırlanması üçün ilk iclas iynun 11-ə təyin olunub. L.Yunus ilk iclasın bu tarixə salınmasının da təsadüf olmadığını deyib. Məhz həmin gün ABŞ Helsinki Komissiyasının Vaşinqtonda Azərbaycanla bağlı dinləmələr keçirəcəyini nəzərə çatdırıb. Bununla yanaşı, SDİ-nin həmin dinləmələrə Azərbaycanda insan haqlarının durumuna dair izahlı qeydlər göndərdiyini nəzərə çatdırıb. L.Yunus Mərkəzin yaradılması səbəblərinə də aydınlıq gətirib. Ölkədə hüquq-mühafizə orqanlarının və məhkəmələrin müstəqil olmadıqlarını, istintaqların isə saxtalaşdırıldığını nəzərə çatdırıb. “Hüquq-mühafizə orqnaları qanuna yox, əmrə, siyasi iradəyə tabedir”, - deyə Leyla Yunus qeyd edib. QHT rəhbəri Anar Məmmədlinin, blogerlərin, “İsmayıllı hadisə”lərində həbs edilənlərin işində hər-hansı cinayət tərkibi olmadığı vurğulanıb. Bu həbslər sadəcə hüquq-mühafizə orqanları və məhkəmələrin fəaliyyətlərinin yaramazlığının nəticəsi adlandırılıb. Belə saxta istintaqlara və əsassız məhkəmə qərarlarına qarşı mübarizə aparmağın əsaslı oldğu nəzərə çatdırılıb. L.Yunus jurnalist Rauf Mirqədirovla bağlı cinayət işinə cəlb olunması məsələsi ətrafında duruma da toxunub. Özünün və həyat yoldaşı Arif Yunusun pasportlarının hələ də qaytarılmadığını, bank hesablarında olan pulları götürə bilmədiklərini, daimi izləməyə məruz qaldıqlarını nəzərə çatdırıb.
Share |
Added: 2014-06-09
Category: Qanunun aliliyi
Duration: 0:03:48
Tags:
Video Description: LEYLA YUNUS REPRESSİYALARA MÜQAVİMƏT MƏRKƏZİ YARATDIĞINI ELAN EDİB