generic dapoxetine priligy
PƏRVİZ HƏŞİMLİ 8 İL MÜDDƏTİNƏ AZADLIQDAN MƏHRUM EDİLİB,ANAR MƏMMƏDLİ İFADƏ VERİB(12-17 MAY)
Select Category:
HÜQUQ MÜDAFİƏÇİSİ 6 İL AZADLIQDAN MƏHRUM EDİLDİ, RAUF MİRQƏDİROV HƏBSDƏ QALDI 14 18 İYUL
0:08:49
MEHMAN HÜSEYNOV YENƏ DƏ OĞURLANDI, NİDA ÇILAR KASASSİYA ŞİKAYƏTİ VERƏCƏK (7- 11 İYUL)
0:04:40
ÖMƏR MƏMMƏDOVA HÖKM OXUNDU, PROKUROR HƏSƏN HÜSEYNLİYƏ 7 İL HƏBS CƏZASI İSTƏYİB (30 İYUN - 4 İYUL)
0:04:50
PROKURORLUQ LEYLA YUNUSU HƏBSLƏ HƏDƏLƏYİR, ƏBDÜL ƏBİLOV 5 İL 6 AY MÜDDƏTİNƏ AZADLIQDAN MƏHRUM EDİLİB
0:08:22
AZƏRBAYCANIN `MAQNİTSKİ SİYAHISI` TƏRTİB EDİLİR, ALİ MƏHKƏMƏ HİLAL MƏMMƏDOVU AZAD ETMƏYİB 23-29 İYUN
0:11:04
NİCAT ƏLİYEVİN APELLYASİYA ŞİKAYƏTİ DAVAM EDİR, DÖVLƏT İTTİHAMÇISI FƏAL ÖMƏR MƏMMƏDOVA 6 İL HƏBS İST
0:06:11
BAKIDA YERÜSTÜ PİYADA KEÇİDİ UÇUB GƏNCƏ FƏALI HƏSƏN HÜSEYNLİNİN MƏHKƏMƏSİ BAŞLAYIR (02- 07) İYUN
0:05:39
HELSİNKİ KOMİSSİYASI: AZƏRBAYCAN DÜZGÜN İSTİQAMƏTDƏ İRƏLİLƏMƏMİR, H  MƏMMƏDOVUN ŞİKAYƏTİ QİSMƏT TƏMİ
0:06:51
LEYLA YUNUSUN MƏNZİL VƏ OFİSİNDƏ AXTARIŞ APARILIB, AKSİYADA SAXLANILAN GƏNCLƏRƏ HƏBS CƏZASI VERİLİB
0:09:35
G.ƏHMƏDOVA ŞƏRTİ AZADLIĞA BURAXILIB, NİDAÇILARA UZUN MÜDDƏTLİ HƏBS CƏZALARI VERİLİB (5-10 MAY)
0:08:58
APELLYASİYA MƏHKƏMƏSİ JURNALİSTİ HƏBSDƏ SAXLADI. JURNALİST FİZİKİ TƏZYİQƏ MƏRUZ QALDI (21-26 APREL)
0:07:19
A.MƏMMƏDLİYƏ QARŞI CİNAYƏT İŞİ MƏHKƏMƏYƏ GÖNDƏRİLİB, P.HƏŞİMLİNİN MƏHKƏMƏSİNDƏ ŞAHİDLƏR İFADƏ VERİB
0:05:26
FACEBOOK FƏALININ CİNAYƏT İŞİ ÜZRƏ HAZIRLIQ İCLASI KEÇİRİLİB, DÖVLƏT İTTİHAMÇISI NİDA FƏALLARINA YÜK
0:07:23
GƏNCƏ FƏALI HƏSƏN HÜSEYNLİ SAXLANILIB, `NİDA` FƏALLARI MƏHKƏMƏDƏ İFADƏ VERİLİBLƏR 31 MART 05 APREL
0:06:52
MEGAFUNDA YANĞIN, ŞAHİN NOVRUZLU  MTN DƏ MƏNƏ FİZİKİ TƏZYİQ GÖSTƏRİLİB 24-29 MART
0:08:33
XƏDİCƏ İSMAYILOVA YENİDƏN PROKURORLUQDA DİNDİRİLİB APELLYASİYA MƏHKƏMƏSİ ANAR MƏMMƏDLİNİ HƏBSDƏ SAXL
0:13:29
METRO TİCARƏTÇİLƏRİ YENƏ ETİRAZ ETDİLƏR, İSMAYILLI HADISƏLƏRİ ÜZRƏ HÖKM OXUNUB
0:06:18
JURNALİST PƏRVİZ HƏŞİMLİNİN MƏHKƏMƏSİ BAŞLADI, ƏVƏZ ZEYNALLININ İDDİASI TƏMİN EDİLMƏSİ 24-28 FEVRAL
0:06:12
SOVETSKİ SAKİNLƏRİ VƏ TƏLƏBƏLƏR AKSİYA KEÇİRDİ AZƏRBAYCAN HÖKUMƏTİ CƏRİMƏLƏNDİ (insan hüquqları 15-22 fevral)
0:04:55
HÜQUQLAR RİSKLƏR DƏYİŞİKLİKLƏR (SEÇKİ İCMALI 8-14 FEVRAL )
0:03:32
See all 101 videos
Mayın 12-i, 13-ü, 14-ü və 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rauf Əliyevin sədrliyi ilə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli, təşkilatın icraçı direktoru Bəşir Süleymanlı və Könüllülərin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyinin rəhbəri Elnur Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi şahid və təqsirləndirilən şəxslərin ifadələri ilə davam edib. Prosesdə ifadə verən şahidlər Əlişan Mirzəyev, Avtandil Məmmədov və Asəf Əhmədov təşkilatla əməkdaşlıq etdiklərini və xidmət haqqı aldıqlarını təsdiqləyiblər. Prosesdə müdafiə tərəfinin verdiyi vəsatətlər əsasında əlavə şahidlər dindirilib. Beləki Ədliyyə Nazirlyinin nəzdində fəaliyyət göstərən məhkəmə Ekspertizasının mühasibatlıq üzrə eksperti məhkəmədə verdiyi ifadəsində bildirib ki, onun vermiş olduğu rəy ibtidai istintaqın ona verdiyi materiallar əsasında olub. İfadə verən SMDT rəhbəri Anar Məmmədli bildirib ki, istintaq zamanı əvvəlcə şahid kimi, daha sonra isə təqsirləndirilən şəxs kimi ifadə verib. Məmmədli bildirib ki, SMDT-nin ofisində axtarış zamanı təkcə maliyyə sənədləri deyil, həm də təşkilatın maarifləndirici materialları götürülüb ki, bu da işin siyasi xarakterli olmasının daha bir dəlilidir. İttihamların mahiyyətinə gəlincə, A.Məmmədli deyib ki, Seçkilərin Monitorinqi Mərkəzinin qeydiyyatının ləğvindən sonra o və QHT-nin digər üzvləri layihələrin maliyyə əməliyyatlarını fiziki şəxs kimi həyata keçirmək məcburiyyətində qalıblar. Məmmədli Ədliyyə Nazirliyinin SMDT-ni qeydiyyata almaqdan imtinasını siyasi ayrı-seçkilik kimi qiymətləndirib. A.Məmmədli SMDT və Könüllülərin Beynəlxalq Əməkdaşlığı təşkilatının maliyyə fəaliyyətinin yoxlanılması haqqında aktı əsassız adlandırıb. O, bildirib ki, nə kameral, nə də səyyar vergi yoxlamaları həyata keçirilməyib. Məhkəmədə ifadə verən Bəşir Süleymanlı və Elnur Məmmədov da bütün ittihamları rədd ediblər və ittihamı siyasi olduğunu adlandırıblar. Prosesdə müdafiə tərəfi xətşünaslıq ekspertizasının rəylərinin, ittihamın əsasını təşkil edən yoxlama aktının sübutlar siyahısından çıxarılması barədə vəsatət qaldırıb. Hakim vəsatəti təmin etməyib. Hakim məhkəmə istintaqının yekunlaşdırılması barədə qərar qəbul edərək çıxış üçün dövlət ittihamçısına müraciət edib. Ancaq dövlət ittihamçısı çıxış üçün vaxt istəyib. Xatırladaq ki, Anar Məmmədli dekabrın 16-da həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 192.2.2 ( qanunsuz sahibkarlıq külli miqdarda gəlir əldə etməklə törədildikdə), 213.1 (Xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb. Martın 19-da ibtidai istintaq yekunlaşıb və Məmmədli, habelə ölkəni tərk etməmək iltizamı vermiş digər iki fəal – Bəşir Süleymanlı və Elnur Məmmədova qarşı 179-cu maddənin müxtəlif bəndləri (böyük ölçüdə əmlakı mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrlə ittiham irəli sürülüb. Mayın 12-i, 14-ü və 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə həbsdə olan “Bizim Yol” qəzetinin əməkdaşı və moderator.az saytının rəhbəri Pərviz Həşimlinin cinayət işi üzrə hökm elan edilib. Məhkəmədə çıxış edən dövlət ittihamçısı Rahil İsmayılov Pərviz Həşimli və Təvəkkül Qurbanovun 9 il müddətinə azadlıqdan məhrum edilməsini məhkəmədən xahiş edib. Pərviz Həşimlinin vəkilləri Elçin Sadıqov, Bəhruz Məmmədov və Fariz Namazlı müdafiə çıxışı edərkən ittihamların saxta olduğunu, məhkəmə zamanı sübuta yetirilmədiyi üçün Pərviz Həşimliyə bəraət verilməsini istəyiblər. Pərviz Həşimli son sözündə özünü təqsirli bilməyib və məhkəmədən bəraət istəyib. Hakimin qərarı ilə Pərviz Həşimli 8 il, Təvəkkül Qurbanov isə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Xatırladaq ki, Pərviz Həşimli sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat zamanı saxlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahın və döyüş sursatının qaçaqmalçılığı) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama) maddələri üzrə ittiham irəli sürülüb. İstintaqın yekunu olaraq işə Cinayət Məcəlləsinin 228.2.2-ci (qanunsuz olaraq odlu silah, döyüş sursatı və sair əldə etmə, saxlama, satma kimi əməllər təkrar törədildikdə ) maddəsi də əlavə olunub. Mayın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində Eldar Mikayılovun sədrliyi ilə qanunsuz narkotik ticarətində ittiham olunan facebook fəalı Ömər Məmmədovun işi üzrə məhkəmə prosesi keçirilib. Prosesdə şahid qismində Daxili İşlər Nazirliyinin Narkotiklərə qarşı Mübarizə İdarəsinin əməkdaşları – Aqil Əliyev və Xəyal Nəsibov, habelə iki hal şahidi – Elnur Məhərrəmov və Ceyhun Əliyev ifadə veriblər. Polislər bildiriblər ki, Məmmədov üzərində narkotik olması haqqında əməliyyat informasiyasına əsasən saxlanılıb. Məmmədov bildirib ki, Narkotiklərə qarşı Mübarizə İdarəsində Ələkbərov soyadlı əməkdaş ondan etirafedici ifadələr almaq məqsədilə qabırğalarına 8 yumruq zərbəsi endirib. Məmmədov qeyd edib ki, o saxlanılarkən heç bir hal şahidi iştirak etməyib, o, onları yalnız Narkotiklərə qarşı Mübarizə İdarəsində görüb. Xatırladaq ki, “Axın” gənclər hərəkatının rəhbəri və “Vətəndaş həmrəyliyi” partiyasının üzvü Ömər Məmmədov internetdə sosial şəbəkələrin fəal üzvü, facebook-da hakimiyyətin nöqsanlarını ələ salan karikaturaların, kollajların, şərhlərin yer aldığı “AzTV-dən seçmələr” səhifəsinin adminlərindən biri idi. 2014-cü il yanvarında narkotik ittihamı ilə həbs edilib. Mayın 14-də Milli Şura Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitunun Mətbuat Mərkəzində ölkədə siyasi məhbuslar və işgəncə faktları ilə bağlı dinləmələr keçirib. Dinləmələrdə Milli Şuranın üzvləri, hüquq müdafiəçiləri beynəlxalq təşkilatların və bir sıra səfirliklərin nümayəndələri iştirak ediblər. Mayın 14-də Ali Məhkəmə qanunsuz narkotik ticarəti ittihamı ilə 9 il müddətinə azadlıqdan məhrum edilmiş dindar bloger Rəşad Ramazanovun Bakı Apellyasiya Məhkəməsinin hazırlıq iclasının qərarından verdiyi kassasiya şikayətini təmin etməyib. Xatırladaq ki, mayın 9-da dindar blogger Rəşad Ramazanov (Rəşad Həqiqət Ağaaddin) "20 yanvar" metrostansiyası yaxınlığında saxlanılaraq Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilib. Bloggerin üzərində axtarış aparılıb və üzərindən 9 qram heroin müsadirə edildiyi bildirilir. Ramazanov bu ittihamı təkzib edir. Noyabrın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsi bloggerin 9 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. 2015-ci ildə Bakıda keçiriləcək Avropa OLİMPİYA oyunları ilə bağlı Dərnəgül şossesinin genişləndirilməsi zamanı ərazidə yerləşən bütün evlər sökülüb. Sakinlər müxtəlif şərtlər altında başqa ünvanlara yerləşdirilib. Lakin Hüseynovlar ailəsi hökumətin şərtlərini qəbul etmədiklərindən evlərini tərk etməyiblər. 5 nəfərlik ailə üzvündən ibarət Hüseynovlar mülkiyyət hüquqlarının pozulduğunu iddia edirlər. Murad Hüseynov işıq, qaz və su olmadan bu evdə yaşamaq məcburiyyətində olduğunu deyib. Ev sahibi narazı olmaqlarına səbəb kimi evin kvadratmetrinin düzgün hesablanmaması və verilən kompensasiyanın onları qane etməməsini göstərir. Mayın 16-da Bakı Apellyasiya Məhkəməsi Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusun mənzilində aparılan axtarışla bağlı şikayətini təmin etməyib. Eyni zamanda, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Yunusun Bakı aeroportunda üzərində axtarış aparılması haqqında şikayətinə baxmaqdan imtina edib. Xatırladaq ki, Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsinin müstənq və bir neçə əməkdaşı Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusun ofisində və mənzilində axtarış aparıb. Axtarış zamanı bütün kompüterlər, Arif Yunusun kitabları, müxtəlif çap materialları, o cümlədən Yunusların iştirakı ilə keçirilən konfranslardan materiallar müsadirə edilib. Leyla Yunus və həyat yoldaşı Arif Yunus aprelin 28-də Bakıdan Dohaya gedərkən aiportda saxlanılıb.
Share |
Added: 2014-06-12
Category: Həftənin İcmalı
Duration: 0:07:49
Tags:
Video Description: PƏRVİZ HƏŞİMLİ 8 İL MÜDDƏTİNƏ AZADLIQDAN MƏHRUM EDİLİB,ANAR MƏMMƏDLİ İFADƏ VERİB(12-17 MAY)