generic dapoxetine priligy
HELSİNKİ KOMİSSİYASI: AZƏRBAYCAN DÜZGÜN İSTİQAMƏTDƏ İRƏLİLƏMİR
Select Category:
MİLLİ ŞURA AZƏRBAYCANDA NARKOTRAFİKLƏ BAĞLI VƏZİYYƏTİ MÜZAKİRƏ EDİB
0:05:00
MONİTORİNQ QRUPU: İNSAN HAQLARININ POZULMASININ ƏSAS SƏBƏBİ MƏHKƏMƏ SİSTEMİNİN OLMAMASINDADIR
0:03:15
LEYLA YUNUS AVROPA OYUNLARINI BOYKOT STRATEGİYASI VƏ TAKTİKASI HAQQINDA
0:03:46
GƏNCLƏR RÜŞVƏTXOR VƏ AVTORİTARLARI AŞKAR EDİRLƏR
0:03:41
AZƏRBAYCANDA ANTİKORRUPSİYA MEXANİZMLƏRİ 50 % İŞLƏYİR
0:10:26
ƏSİR DÜŞMÜŞ HƏMYERLİLƏRİMİZLƏ BAĞLI TƏDBİR YARIMÇIQ QALDI
0:05:36
FİZİKİ QÜSURLULARIN ŞİKAYƏTİNƏ BAXILDI
0:11:40
ATƏT PA KOMİTƏSİ AZƏRBAYCANLI DEPUTATIN TƏQDİM ETDİYİ QƏTNAMƏNİ QƏBUL EDİB
0:01:51
AZƏRBAYCANIN
0:02:59
ATƏT PA KOMİTƏSİ ATƏT İN BAKI OFİSİNİN TAM FƏALİYYƏTİNİ BƏRPA ETMƏYƏ ÇAĞIRDI
0:04:54
İLHAM ƏLİYEV ATƏT PA-NIN SESSİYASININ AÇILIŞINDA ÇIXIŞ EDİB
0:06:02
ƏBÜLFƏZ ELÇİBƏYİN DOĞUM GÜNÜDÜR
0:03:52
NEQATİVLƏRƏ QARŞI ARDICIL MAARIFLƏNDİRMƏ İŞİ OLMALIDIR
0:02:00
AVROPA BİRLİYİNƏ AZƏRBAYCANLA ASSOSİATİV SAZİŞ İMZALAMAQDAN GERİ DURMAMAQ ÇAĞIRIŞI EDİLDİ
0:05:45
İCTİMAİ BİRLİK İKİNCİ SESSİYASINI DA BAŞA VURDU
0:02:28
İSTİQLALÇI DEPUTATLAR TƏQAÜD MƏSƏLƏSİNİ AVROPA MƏHKƏMƏSİNƏ ÇIXARIRLAR
0:02:42
AZƏRBAYCANDA HEÇ KƏS ƏSASSIZ HƏBSDƏN SIĞORTALANMAYIB
0:02:21
BAKIDA YERÜSTÜ PİYADA KEÇİDİ UÇUB
0:01:53
VALİDEYNLƏR ÖVLADLARININ SƏHƏTTİNƏ GÖRƏ TİBB MƏNTƏQƏSİNİN HƏKİMİNİ GÜNAHLANDIRIB
0:04:25
REAL HƏRƏKATININ HƏBSDƏ OLAN SƏDRİ İLQAR MƏMMƏDOVA MÜKAFAT VERİLİB
0:01:47
See all 938 videos
ABŞ-ın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Komissiyası Azərbaycan hökumətini avtoritarizmə doğru yönəlməkdənsə insan hüquqları və demokratiya sahəsində öz öhdəliklərini yerinə yetirməyə çağırıb.Bu çağırışlar iyunun 11-də Konqresdə keçirilən xüsusi dinləmələrdə səslənib. “Biz Azərbaycanı regionda mühüm dost və tərəfdaş hesab edirik, bu o deməkdir ki, onun taleyinə biganə deyilik”, - deyə Komissiyanın rəhbəri senator Bencamin Kardin bildirib. Vaşinqtonun Azərbaycanda daxili siyasi vəziyyətlə bağlı şubhələri var ki, bu da “narahatlıq doğurur, çünkü Azərbaycan düzgün istiqamətdə irəliləmir”, - Kardin deyib. KİV və toplaşma azadlığı problemi ilə yanaşı son iki ildə böyük sayda fəalın həbsi, siyasi motivli təqiblərə məruz qalması, hökmlərin oxunması qeydə alınıb. “Ölkənin ATƏT və AŞ çərçivəsində öhdəliklərinə uyğun şəkildə yaşamaq əvəzinə avtoritarizmi gücləndirməsi bizi narahat edir. Biz bu tendensiyanı dəyişmək üçün Azərbaycanla işləmək istəyirik. ABŞ stabil və çiçəklənən Azərbaycanı görmək istəyir, əgər real demokratik irəliləyiş olmasa biz əsl sabitlik və inkişafı görməyəcəyik”, - o vurğulayıb. Azərbaycanın ABŞ-dakı səfiri dinləmələrdə iştirak etməyib. O, “təhlükəsilzik üzrə başqa müşavirədə olduğunu” bildirib. Helsinki Komissiyasında keçirilən dinləmələrin əhəmiyyəti ondan ibarətdir ki, Konqresin nümayəndə heyəti ATƏT Parlament Assanbleyasının sessiyasına və rəhbərliklə ikitərəfli görüşlərə daha yaxşı hazırlaşsın. Ötən ilin sentyabrında Azərbaycana səfərindən imtina edilmiş Dövlət katibinin köməkçisinin müavini Tomas Melia iki ölkə arasında dialoqda demokratiya məsələsinin vacibliyini qeyd edib. Dövlət katibinin köməkçisinin müavini postunda üç dəfə Azərbaycana gəlmişəm. Prezident İlham Əliyev də daxil olmaqla, aparıcı dövlət məmurları, həmçinin müxalifət liderləri, vətəndaş cəmiyyətinin nümayəndələri, jurnalistlər ilə görüşlər keçirmək niyyətində olmuşam. Hesab edirəm ki, bizim fikirlərimizi bölüşmək məqsədilə hökumətdənkənar azərbaycanlıları dinləmək üçün bu, mühüm imkandır”, - deyə o, qeyd edib. Tomas Melia əlavə edib ki, sabitliyə zəmanətin ən yaxşı yolu demokratik proseslərin və institutların möhkəmləndirilməsi, qanunun aliliyinə və əsas azadlıqlara hörmətlə yanaşılmasıdır. Melianın sözlərinə görə, Azərbaycanda vətəndaş azadlıqları ilə bağlı vəziyyət son beş ildə pisləşib və pisləşməkdə davam edir. Hələ 2009-cu ildən demokratik islahat tərəfdarları, əsasən müxalifətçi siyasi partiyaların ölkənin siyasi həyatında iştirakı çətinləşib, lakin QHT və müstəqil fəalların nəsə etmək imkanları var idi. O vaxtdan vəziyyət xeyli pisləşib. 2011-ci ildə özgəfikirliliyin sıxışdırılması güclənib, Bakıda dinc mitinqlər təşkil etmək istəyən gənclər həbs olunub. 2013-cü ilin əvvəlindən dinc özgəfikirlilik üçün məkan daha da məhdudlaşdırılıb, əsas azadlıqların reallaşması daha da mürəkkəbləşib. Vətəndaş cəmiyyətinin bir sıra fəalı, jurnalistlər azadlıqdan məhrum edilib. Həbs olunanların arasında prezidentliyə namizəd, REAL hərəkatının lideri İlqar Məmmədov, müxalifətçi jurnalist və Müsavat Partiyası sədrini müavini Tofiq Yaqublu, NİDA hərəkatının üzvləri, bloger Abdul Əbilov, dini alim və fəal Taleh Bağırzadə, “Xural” qəzetinin redaktoru Əvəz Zeynallı, Seçkilərin Monitorinqi Mərkəzinin rəhbəri Anar Məmmədli və başqaları var. “Ayrı-ayrı fəallrın ölkədən çıxışına məhdudiyyətin qoyulması da problemdir, bu hökumətin ATƏT-in əsas prinsiplərinə sadiqliyini şübhə altına alır”, - Melia bildirib. O xatırladıb ki, 2006-cı ildən hökumət AXCP lideri Əli Kərimlini ölkədən buraxmır, onun pasportunun fəaliyyət müddətini uzatmaqdan imtina edir. Dövlət katibinin köməkçisinin müavini Erik Rubin öz çıxışında Azərbaycanla energetika sahəsində əməkdaşlığın vacibliyini qeyd edib. O deyib ki, demokratiya və insan haqları ABŞ üçün prioritet olaraq qalır. NED təşkilatının Rusiya və Avrasiya üzrə proqram direktoru Miriam Lanskoy deyib ki, Bakı insan hüquqları mövzusunu qapatmaq və ATƏT qarşısındakı öhdəliklərini yerinə yetirməmək üçün neftdən iştirak edir. Bununla yanaşı Azərbaycan iyunun sonlarında ATƏT Parlament Assanbleyasının sessiyasını keçirməyə hazırlaşır. Beynəlxalq forumlarda iştirakına baxmayaraq, son on ildə Azərbaycanda azadlığın səviyyəsi xeyli aşağı enib. Ölkə yarıazad durumdan konsolidasiya edilmiş avtoritarizm yolunu tutub. Azərbaycan hakimiyyəti hökuməti tənqid edənlərə hücumları davam etdirmək üçün Ukrayna hadisələrindən istifadə edib. QHT-lər üçün vəziyyət çətinləşib. Fevral düzəlişləri QHT-lərə qarşı sanksiyaların tətbiqinə imkan verib. “Belə ki, qeydiyyatdan keçməyən QHT artıq qrant və ianə ala bilməz. QHT-nin qeydiyyatından imtina isə vətəndaş cəmiyyətini çıxılmaz vəziyyətə salır. Düzəlişlərə görə, öz qrantını qeydiyyatdan keçirməyən QHT-lər üçün cərimələr kəskin şəkildə artırılıb”, - o qeyd edib. Azərbaycan öz qanunvericiliyini Demokratik Tesisatlar və İnsan Huquqlari Burosunun və Venesiya Komissiyasının tövsiyələrinə uyğunlaşdırmalıdır, NED nümayəndəsi hesab edir.
Share |
Added: 2014-06-13
Category: Şəffaflıq
Duration: 0:05:01
Tags:
Video Description: HELSİNKİ KOMİSSİYASI: AZƏRBAYCAN DÜZGÜN İSTİQAMƏTDƏ İRƏLİLƏMİR