generic dapoxetine priligy
NİCAT ƏLİYEVİN APELLYASİYA ŞİKAYƏTİ DAVAM EDİR, DÖVLƏT İTTİHAMÇISI FƏAL ÖMƏR MƏMMƏDOVA 6 İL HƏBS İST
Select Category:
HÜQUQ MÜDAFİƏÇİSİ 6 İL AZADLIQDAN MƏHRUM EDİLDİ, RAUF MİRQƏDİROV HƏBSDƏ QALDI 14 18 İYUL
0:08:49
MEHMAN HÜSEYNOV YENƏ DƏ OĞURLANDI, NİDA ÇILAR KASASSİYA ŞİKAYƏTİ VERƏCƏK (7- 11 İYUL)
0:04:40
ÖMƏR MƏMMƏDOVA HÖKM OXUNDU, PROKUROR HƏSƏN HÜSEYNLİYƏ 7 İL HƏBS CƏZASI İSTƏYİB (30 İYUN - 4 İYUL)
0:04:50
PROKURORLUQ LEYLA YUNUSU HƏBSLƏ HƏDƏLƏYİR, ƏBDÜL ƏBİLOV 5 İL 6 AY MÜDDƏTİNƏ AZADLIQDAN MƏHRUM EDİLİB
0:08:22
AZƏRBAYCANIN `MAQNİTSKİ SİYAHISI` TƏRTİB EDİLİR, ALİ MƏHKƏMƏ HİLAL MƏMMƏDOVU AZAD ETMƏYİB 23-29 İYUN
0:11:04
BAKIDA YERÜSTÜ PİYADA KEÇİDİ UÇUB GƏNCƏ FƏALI HƏSƏN HÜSEYNLİNİN MƏHKƏMƏSİ BAŞLAYIR (02- 07) İYUN
0:05:39
HELSİNKİ KOMİSSİYASI: AZƏRBAYCAN DÜZGÜN İSTİQAMƏTDƏ İRƏLİLƏMƏMİR, H  MƏMMƏDOVUN ŞİKAYƏTİ QİSMƏT TƏMİ
0:06:51
PƏRVİZ HƏŞİMLİ 8 İL MÜDDƏTİNƏ AZADLIQDAN MƏHRUM EDİLİB,ANAR MƏMMƏDLİ  İFADƏ VERİB(12-17 MAY)
0:07:49
LEYLA YUNUSUN MƏNZİL VƏ OFİSİNDƏ AXTARIŞ APARILIB, AKSİYADA SAXLANILAN GƏNCLƏRƏ HƏBS CƏZASI VERİLİB
0:09:35
G.ƏHMƏDOVA ŞƏRTİ AZADLIĞA BURAXILIB, NİDAÇILARA UZUN MÜDDƏTLİ HƏBS CƏZALARI VERİLİB (5-10 MAY)
0:08:58
APELLYASİYA MƏHKƏMƏSİ JURNALİSTİ HƏBSDƏ SAXLADI. JURNALİST FİZİKİ TƏZYİQƏ MƏRUZ QALDI (21-26 APREL)
0:07:19
A.MƏMMƏDLİYƏ QARŞI CİNAYƏT İŞİ MƏHKƏMƏYƏ GÖNDƏRİLİB, P.HƏŞİMLİNİN MƏHKƏMƏSİNDƏ ŞAHİDLƏR İFADƏ VERİB
0:05:26
FACEBOOK FƏALININ CİNAYƏT İŞİ ÜZRƏ HAZIRLIQ İCLASI KEÇİRİLİB, DÖVLƏT İTTİHAMÇISI NİDA FƏALLARINA YÜK
0:07:23
GƏNCƏ FƏALI HƏSƏN HÜSEYNLİ SAXLANILIB, `NİDA` FƏALLARI MƏHKƏMƏDƏ İFADƏ VERİLİBLƏR 31 MART 05 APREL
0:06:52
MEGAFUNDA YANĞIN, ŞAHİN NOVRUZLU  MTN DƏ MƏNƏ FİZİKİ TƏZYİQ GÖSTƏRİLİB 24-29 MART
0:08:33
XƏDİCƏ İSMAYILOVA YENİDƏN PROKURORLUQDA DİNDİRİLİB APELLYASİYA MƏHKƏMƏSİ ANAR MƏMMƏDLİNİ HƏBSDƏ SAXL
0:13:29
METRO TİCARƏTÇİLƏRİ YENƏ ETİRAZ ETDİLƏR, İSMAYILLI HADISƏLƏRİ ÜZRƏ HÖKM OXUNUB
0:06:18
JURNALİST PƏRVİZ HƏŞİMLİNİN MƏHKƏMƏSİ BAŞLADI, ƏVƏZ ZEYNALLININ İDDİASI TƏMİN EDİLMƏSİ 24-28 FEVRAL
0:06:12
SOVETSKİ SAKİNLƏRİ VƏ TƏLƏBƏLƏR AKSİYA KEÇİRDİ AZƏRBAYCAN HÖKUMƏTİ CƏRİMƏLƏNDİ (insan hüquqları 15-22 fevral)
0:04:55
HÜQUQLAR RİSKLƏR DƏYİŞİKLİKLƏR (SEÇKİ İCMALI 8-14 FEVRAL )
0:03:32
See all 101 videos
İyunun 17-də Bakı Apellyasiya Məhkəməsində Camal Ramazanovun sədrliyi ilə “Zerkalo” qəzetinin həbsdə olan müxbiri Rauf Mirqədirovun apellyasiya şikayəti təmin edilməyib. Şikayət Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin müstəntiqi İbrahim Ləmbəranskinin Rauf Mirqədirovun yanına notarius buraxmaqdan imtina etməsi ilə bağlı şikayətini təmin etməyən Nəsimi Rayon Məhkəməsinin qərarından verilib. Vəkil Elmar Süleymanov bildirib ki, müdafiə tərəfi Bakı Apellyasiya Məhkəməsinin hakim heyətinin tərkibinə etiraz edib. Lakin hakim müdafiə tərəfə bildirib ki, prokurorluq istənilən prokuroru məhkəməyə göndərə bilər. Müdafiə tərəfi pozulmuş hüquqlarının bərpası üçün Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcəklərini bildirib. Xatırladaq ki, “Zerkalo” qəzetinin müxbiri olan Rauf Mirqədirov aprelin 19-da 2010-cu ildən bəri yaşadığı Türkiyə paytaxtı Ankaradan deportasiya edilib. Həmin gün təyyarə ilə Bakıya göndərilən jurnalisti MTN əməkdaşları tutub. Jurnalist Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham edilir və Nəsimi Rayon Məhkəməsi Rauf Mirqədirov barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib. İyunun 18-də “Gənclər Klubu” İctimai Birliyi Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitunun Media Mərkəzində “İctimai fəaliyyət və liderlik təlimləri” layihəsinin ikinci sessiyasının başa çatması ilə bağlı mətbuat konfransı keçirib. Tədbirdə təlim iştirakçılarına sertifikatlar təqdim edilib. Birliyin rəhbəri Zaur Əkbər bildirib ki, layihə çərçivəsində 55 nəfər II sessiyanı uğurla başa vurub. Hər sessiya müddəti 3 ay çəkir. Layihə bir illik olduğu üçün ictimai birlik daha iki sessiya keçirəcəyini bildirib. İyunun 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində Eldar Mikayılovun sədrliyi ilə qanunsuz narkotik ticarətində ittiham olunan facebook fəalı Ömər Məmmədovun işi üzrə məhkəmə prosesində dövlət ittihamçısı çıxış edib. Prosesdə çıxış edən dövlət ittihamçısı Erkin Qafarov məhkəmədən facebook fəal Ömər Məmmədovun 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Daha sonra yekun sözlə çıxış edən vəkil Xalid Bağırov məhkəməni Ömər Məmmədova bəraət verməyə çağırıb. Xatırladaq ki, “Axın” gənclər hərəkatının rəhbəri və “Vətəndaş həmrəyliyi” partiyasının üzvü Ömər Məmmədov internetdə sosial şəbəkələrin fəal üzvü, facebook-da hakimiyyətin nöqsanlarını ələ salan karikaturaların, kollajların, şərhlərin yer aldığı “AzTV-dən seçmələr” səhifəsinin adminlərindən biri idi. 2014-cü il yanvarında narkotik ittihamı ilə həbs edilib. İyunun 19-da Bakı apellyasiya məhkəməsində Mirzəli Abbasovun sədrliyi ilə “Azadxeber.net” saytının həbsdə olan baş redaktoru Nicat Əliyevin və digərlərinin apellyasiya şikayətinə baxılması prosesi davam edib. Nicat Əliyevin vəkili Yalçın İmanovun bildirib ki, prosesdə müttəhimlərin vəkilləri müdafiə çıxışı ediblər. Vəkillər məhkəmədən bəraət hökmünün çıxarılmasını istəyiblər. Qeyd edək ki, Apellyasiya məhkəməsinin ilkin baxış qərarından Ali Məhkəməyə şikayət olunmuşdu. Ali Məhkəmə şikayəti təmin etməyib və şikayətə məhkəmə istintaqı keçirilmədən baxılır. Xatırladaq ki, Avroviziya mahnı müsabiqəsi ərəfəsində saxlanılan Nicat Əliyevə qarşı Cinayət Məcəlləsinin (CM) 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə ittiham irəli sürülmüşdü. 2013-cü il yanvarın 26-da baş redaktora qarşı CM-nin 167-2.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən müvafiq razılıq olmadan dini təyinatlı ədəbiyyatı, əşyaları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, satış və ya yayma məqsədi ilə idxal etmə, satma və ya yayma), 281.2-ci (bir qrup şəxs tərəfindən hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma) və 283.2.3-cü (mütəşəkkil dəstə tərəfindən milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) maddələri ilə yeni ittihamlar irəli sürülüb. 9 dekabr 2013-cü il Bakı Ağır Cinayətlər Məhkəməsi jurnalistin 10 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. Jurnalist bu hökmdən apellyasiya şikayəti verib. Azərbaycanın onlayn insan hüquqları televiziyası Obyektiv TV beynəlxalq mükafata layiq görülüb. Kanal Norveçin Fritt Ord və Almaniyanın ZEİT fondlarının təqdim etdiyi ""Həqiqəti Söyləmək Cəsarəti"" adlı mükafatının bu ilki laureatları arasında yer alıb. ""İnternet telekanalı Obyektiv TV Azərbaycan ictimaiyyətini insan hüquqlarının pozulması halları və vətəndaşların tənqidə layiq davranışları barədə məlumatlandırır. Ölkənin səkkiz dövlət nəzarətində olan telekanalının əksinə olaraq, Obyektiv TV prezident Əliyevin kultunu yaratmadan, alternativ və müstəqil xəbər yayımı həyata keçirir. Obyektiv TV-nin mükafata namizədliyi Norveç Helsinki Komitəsi və İnsan Hüquqları Evi Fondu tərəfindən irəli sürülüb"" deyə Fritt Ord fondunun press relizində qeyd olunur. Xatırladaq ki, ötən il Fritt Ord və ZEİT fondlarının mükafatına Azərbaycandan fotoreportyor Mehman Hüseynov və jurnalist Təhminə Tağızadə layiq görülmüşdülər."
Share |
Added: 2014-06-27
Category: Həftənin İcmalı
Duration: 0:06:11
Tags:
Video Description: NİCAT ƏLİYEVİN APELLYASİYA ŞİKAYƏTİ DAVAM EDİR, DÖVLƏT İTTİHAMÇISI FƏAL ÖMƏR MƏMMƏDOVA 6 İL HƏBS İST