generic dapoxetine priligy
BAKIDA YERÜSTÜ PİYADA KEÇİDİ UÇUB GƏNCƏ FƏALI HƏSƏN HÜSEYNLİNİN MƏHKƏMƏSİ BAŞLAYIR (02- 07) İYUN
Select Category:
HÜQUQ MÜDAFİƏÇİSİ 6 İL AZADLIQDAN MƏHRUM EDİLDİ, RAUF MİRQƏDİROV HƏBSDƏ QALDI 14 18 İYUL
0:08:49
MEHMAN HÜSEYNOV YENƏ DƏ OĞURLANDI, NİDA ÇILAR KASASSİYA ŞİKAYƏTİ VERƏCƏK (7- 11 İYUL)
0:04:40
ÖMƏR MƏMMƏDOVA HÖKM OXUNDU, PROKUROR HƏSƏN HÜSEYNLİYƏ 7 İL HƏBS CƏZASI İSTƏYİB (30 İYUN - 4 İYUL)
0:04:50
PROKURORLUQ LEYLA YUNUSU HƏBSLƏ HƏDƏLƏYİR, ƏBDÜL ƏBİLOV 5 İL 6 AY MÜDDƏTİNƏ AZADLIQDAN MƏHRUM EDİLİB
0:08:22
AZƏRBAYCANIN `MAQNİTSKİ SİYAHISI` TƏRTİB EDİLİR, ALİ MƏHKƏMƏ HİLAL MƏMMƏDOVU AZAD ETMƏYİB 23-29 İYUN
0:11:04
NİCAT ƏLİYEVİN APELLYASİYA ŞİKAYƏTİ DAVAM EDİR, DÖVLƏT İTTİHAMÇISI FƏAL ÖMƏR MƏMMƏDOVA 6 İL HƏBS İST
0:06:11
HELSİNKİ KOMİSSİYASI: AZƏRBAYCAN DÜZGÜN İSTİQAMƏTDƏ İRƏLİLƏMƏMİR, H  MƏMMƏDOVUN ŞİKAYƏTİ QİSMƏT TƏMİ
0:06:51
PƏRVİZ HƏŞİMLİ 8 İL MÜDDƏTİNƏ AZADLIQDAN MƏHRUM EDİLİB,ANAR MƏMMƏDLİ  İFADƏ VERİB(12-17 MAY)
0:07:49
LEYLA YUNUSUN MƏNZİL VƏ OFİSİNDƏ AXTARIŞ APARILIB, AKSİYADA SAXLANILAN GƏNCLƏRƏ HƏBS CƏZASI VERİLİB
0:09:35
G.ƏHMƏDOVA ŞƏRTİ AZADLIĞA BURAXILIB, NİDAÇILARA UZUN MÜDDƏTLİ HƏBS CƏZALARI VERİLİB (5-10 MAY)
0:08:58
APELLYASİYA MƏHKƏMƏSİ JURNALİSTİ HƏBSDƏ SAXLADI. JURNALİST FİZİKİ TƏZYİQƏ MƏRUZ QALDI (21-26 APREL)
0:07:19
A.MƏMMƏDLİYƏ QARŞI CİNAYƏT İŞİ MƏHKƏMƏYƏ GÖNDƏRİLİB, P.HƏŞİMLİNİN MƏHKƏMƏSİNDƏ ŞAHİDLƏR İFADƏ VERİB
0:05:26
FACEBOOK FƏALININ CİNAYƏT İŞİ ÜZRƏ HAZIRLIQ İCLASI KEÇİRİLİB, DÖVLƏT İTTİHAMÇISI NİDA FƏALLARINA YÜK
0:07:23
GƏNCƏ FƏALI HƏSƏN HÜSEYNLİ SAXLANILIB, `NİDA` FƏALLARI MƏHKƏMƏDƏ İFADƏ VERİLİBLƏR 31 MART 05 APREL
0:06:52
MEGAFUNDA YANĞIN, ŞAHİN NOVRUZLU  MTN DƏ MƏNƏ FİZİKİ TƏZYİQ GÖSTƏRİLİB 24-29 MART
0:08:33
XƏDİCƏ İSMAYILOVA YENİDƏN PROKURORLUQDA DİNDİRİLİB APELLYASİYA MƏHKƏMƏSİ ANAR MƏMMƏDLİNİ HƏBSDƏ SAXL
0:13:29
METRO TİCARƏTÇİLƏRİ YENƏ ETİRAZ ETDİLƏR, İSMAYILLI HADISƏLƏRİ ÜZRƏ HÖKM OXUNUB
0:06:18
JURNALİST PƏRVİZ HƏŞİMLİNİN MƏHKƏMƏSİ BAŞLADI, ƏVƏZ ZEYNALLININ İDDİASI TƏMİN EDİLMƏSİ 24-28 FEVRAL
0:06:12
SOVETSKİ SAKİNLƏRİ VƏ TƏLƏBƏLƏR AKSİYA KEÇİRDİ AZƏRBAYCAN HÖKUMƏTİ CƏRİMƏLƏNDİ (insan hüquqları 15-22 fevral)
0:04:55
HÜQUQLAR RİSKLƏR DƏYİŞİKLİKLƏR (SEÇKİ İCMALI 8-14 FEVRAL )
0:03:32
See all 101 videos
İyunun 2-də Bakıda yerüstü piyada keçidi uçub. Hadisə Bakı-Salyan şosesində qeydə alınıb. Xatırladaq ki, hadisədən bir gün əvvəl piyada keçidi haqqında sosial şəbəkələrdə yayımlanan görüntülərdən məlum olurdu ki, piyada keçidinin bir tərəfi hələlik sahibləri məlum olmayan villalara birləşdirilmiş, digər tərəfi isə Şıx dəniz çimərliyinə istiqamətlənmişdi. Maraqlı sual yaranır. Görəsən, yerüstü piyada keçidi dövlət büdcəsi hesabına tikilib, yoxsa sahibi bilinməyən villaların sahibləri öz məqsədləri üçün bu layihəni həyata keçiriblər? Qeyd edək ki, məlumat sosial şəbəkələrdə rezonanas doğurandan dərhal sonra iyunun 2-də təsadüfən yükqaldırıcı kranın zərblə dəyməsi nəticəsində həmin keçid uçub. Nəticədə keçid yük avtomobilinin üzərinə düşüb. Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yük avtomobilində sıxılmış vəziyyətdə qalan sürücünü çıxarıblar. Səbayel Rayon Polis İdarəsindən verilən məlumata görə, piyada keçidinin uçması nəticəsində 6 nəfər xəsarət alıb. İyunun 3-də Əsgər Nurlan Əliyevin valideynləri oğullarının səhhəti ilə bağlı Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitunun Media Mərkəzində mətbuat konfransı keçiriblər. Əsgərin atası Polad Əliyev oğlunu Astara rayon hərbi komissarlığından tam sağlam hərbi xidmətə yola saldığını deyib. Nurlan Əliyev əvvəlcə Gəncədə, fevralın sonlarından isə Gədəbəydəki hərbi hissələrin birində xidmətə davam edib. Apreldə övladına baş çəkməyə gedən Polad Əliyev oğlunun sarılıq xəstəliyinə tutulduğunu, öskürdüyünü, qızdırmalı olduğunu görüb. Buna baxmayaraq ata övladına hər hansı tibbi yardım göstərilmədyini iddia edib. Polad Əliyev oğlunun vəziyyətinin ağırlaşmasına görə Qafar adlı həkimi təqsirli bilib. Polad Əliyev hərbi hissə rəhbərliyinin razılığı ilə övladının Gəncə hospitalında yoxlanmasına nail olur. Burada Nurlan Əliyevin hepatit-B xəstəliyinə tutulduğu üzə çıxır. Sonra mülaicə üçün Bakıya mərkəzi hospitala göndərilib. Hazırda hospitlaın infeksiya bölməsində müalicə alır. Sevda Əliyeva övladının səhətinin indiki hala düşməsinə səbəb kimi hərbi hissədəki baxımzsılığı, nəzarətsilziyi, bəzi hərbi qulluqlçuların kobud davranışlarını göstərib. İyunun 4-də “Siyasi Məhbuslarsız Azərbaycan” Alyansı Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitunun Media Mərkəzində “Azərbaycanda siyasi məhbus problemi: mövcud durum və reallıqlar” mövzusunda konfrans keçirib. Tədbirdə son vaxtlar ictimai fəallıq göstərən şəxslərin kütləvi şəkildə həbsə alınmdığı, təqib və təzyiqlərə məruz qaldığı qeyd edilib. NİDA-çıların, blogerlərin, R.Mirqədirovun, QHT rəhbəri Emil Məmmədovun həbsi, hüquq müdafiəçisi Lelya Yunus və həyat yoldaşı Arif Yunusun, QHT rəhbəri Mətanət Əzizovanın təqiblərə məruz qalması pislənilib. İyunun 5-də Gəncə Şəhər Nizami Rayon Məhkəməsində “Kamil Vətəndaş” Maarifləndirmə Mərkəzinin rəhbəri , Gəncə fəalı Həsən Hüseynlinin cinayət işi üzrə hazırlıq iclası keçirilib. Həsən Hüseynli obyektiv tv-yə bildirib ki, məhkəmə iyunun 13-nə təyin edilib. Xatırladaq ki, Həsən Hüseynli 2014-cü il martın 31-də tutulmuşdu. O, həmyerlisi Arzu Qəhrəmanova bıçaqla bədən xəsarəti yetirməkdə ittiham olunur. Gəncə Şəhər Baş Polis İdarəsi işi Cinayət Məcəlləsinin 221.3 (silah tətbiq etməklə xuliqanlıq ) maddəsi ilə cinayət işi açıb. Hüseynli barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilib. İyunun 5-i və 6-da Bakı Apellyasiya Məhkəməsi dövlətə xəyanət ittihamı ilə həbs olunmuş jurnalist Rauf Mirqədirovun Səbail Rayon Məhkəməsinin qərarlarından verilən apellyasiya şikayətlərini təmin etməyib. Qeyd edək ki, Baş Prokurorluğun müstəntiqi İbrahim Ləmbəranski Rauf Mirqədirovun Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlandığı müddətdə doğmaları ilə görüşməsinə, telefonla danışmasına və qəzetlərlə tanış olmasına qadağa qoyub. Bununla bağlı müdafiə tərəfi Səbayel Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən təcridxana rəhbərliyi tərəfindən Rauf Mirqədirovun hüquqlarının pozulmasının tanınmasını istəyib. Lakin Səbayel məhkəməsi şikayəti təmin etməyib. Müdafiə tərəfi hakim Rauf Əhmədovun hərəkətindən Apellyasiya Məhkəməsinə şikayət edib. Lakin hakim Qədim Babayev şikayəti təmin etməyib. Vəkil Elmar Süleymanov bildirib ki, iyunun 6-də davam edən prosesdə müstəntiqin qərarının saxta olması ilə bağlı xətşünaslıq ekspertizasının keçirilməsi barədə vəsatət qaldırıb. Lakin hakim vəsatəti təmin etməyib. Xatırladaq ki, “Zerkalo” qəzetinin müxbiri olan Rauf Mirqədirov aprelin 19-da 2010-cu ildən bəri yaşadığı Türkiyə paytaxtı Ankaradan deportasiya edilib. Həmin gün təyyarə ilə Bakıya göndərilən jurnalisti MTN əməkdaşları tutub. Jurnalist Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham edilir və Nəsimi Rayon Məhkəməsi Rauf Mirqədirov barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib. İyunun 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyi ilə qanunsuz narkotik ticarətində ittiham olunan facebook fəalı Ömər Məmmədovun işi üzrə məhkəmə prosesi davam edib. Prosesdə vəkil Xalid Bağırov Ömər Məmmədovun həbsdən əvvəl valideynləri ilə yazışmasının surətinin məhkəmə işinə əlavə olunması barədə vəsatə verib. Hakim vəsatəti təmin etməyib. Xatırladaq ki, “Axın” gənclər hərəkatının rəhbəri və “Vətəndaş həmrəyliyi” partiyasının üzvü Ömər Məmmədov internetdə sosial şəbəkələrin fəal üzvü, facebook-da hakimiyyətin nöqsanlarını ələ salan karikaturaların, kollajların, şərhlərin yer aldığı “AzTV-dən seçmələr” səhifəsinin adminlərindən biri idi. 2014-cü il yanvarında narkotik ittihamı ilə həbs edilib."
Share |
Added: 2014-06-26
Category: Həftənin İcmalı
Duration: 0:05:39
Tags:
Video Description: BAKIDA YERÜSTÜ PİYADA KEÇİDİ UÇUB GƏNCƏ FƏALI HƏSƏN HÜSEYNLİNİN MƏHKƏMƏSİ BAŞLAYIR (02- 07) İYUN