generic dapoxetine priligy
AZƏRBAYCANIN "MAQNİTSKİ SİYAHISI" TƏRTİB EDİLİR
Select Category:
Bu həftə Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimləri Elçin Kazımov, Rəşid Hüseynov, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cavid Hüseynov, Novruz Kərimov, Rauf Əliyev, Azər Orucovun ""Maqnitski siyahısı""na salınması üçün Amerika Konqresinə, Avropa Birliyinə və ATƏT Parlament Assambleyasına müraciət ediləcək. Bu barədə Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus iyunun 23-də keçirdiyi mətbuat konfransında bildirib. Bu hakimlər beynəlxalq hüquq müdafiə təşkilatları tərəfindən vicdan və siyasi məhbus kimi tanınan NİDA Vətəndaş Hərəkatının 8 fəalını, REAL Hərəkatının lideri İlqar Məmmədovu, Müsavat Partiyası başqanının müavinləri Tofiq Yaqublu və Yadigar Sadıqovu, jurnalistlər Pərviz Həşimlini, Hilal Məmmədovu, vətəndaş cəmiyyətinin fəalları Anar Məmmədlini, Bəşir Süleymanlını uzun müddətə həbsə məhkum ediblər. Sənəd Leyla Yunusun təsis etdiyi ""Repressiyalara Müqavimət"" Hərəkatı tərəfindən hazırlanır və ""Maqnitski Siyahısı""nın Azərbaycan analoqu"" adlanır. Hərəkat hakimlərin siyahısını təqdim etdikdən sonra, iyulun sonunadək prokurorluq, polis və təhlükəsizlik orqanlarının əməkdaşlarının, avqustun sonunadək isə siyasi həbsləri sifariş edənlərin ""Maqnitski siyahısı""nı tərtib edərək ABŞ Konqresinə, Avropa Birliyinə, ATƏT Parlament Assambleyasına və digər beynəlxalq təşkilatlara təqdim edəcək. ""Siyahıya qanundan, ədalətdən, vicdandan və Allahdan kənarda olanları əhatə edəcək. Hər bir şəxs barədə ayrıca monitorinq aparılır və qanunvericiliyi pozması barədə konkret faktlar saytda yerləşdiriləcək. Artıq adları siyahıya salınmış 6 hakimin qanunvericiliyi pozması barədə monitorinqin nəticələri saytda yerləşdirilib"", deyə Leyla Yunus qeyd edib. L.Yunus artıq ""Maqnitski Siyahısı"" ilə bağlı Avropa Komissiyasının prezidenti Joze Manuel Barosso, Amerika Konqresmenləri, Senatorları və beynəlxalq təşkilatlarda müzakirələr apardığını bildirib. ""Azərbaycanda ""Maqnitski Siyahısı"" barədə fikir ilk olaraq iyunun 11-də ABŞ Konqresinin Helsinki Komissiyasında Azərbaycanla bağlı keçirilən dinləmələrdə səslənib. Bu həftənin sonunda Bakıda Amerika Senatorları və Helsinki Komissiyasının görüşündə bu məsələni bir daha onların diqqətinə çatdıracağam, siyahını onlara təqdim edəcəyəm"", deyə hüquq müdafiəçisi qeyd edib."
Share |
Added: 2014-06-30
Category: Şəffaflıq
Duration: 0:02:59
Tags:
Video Description: AZƏRBAYCANIN "MAQNİTSKİ SİYAHISI" TƏRTİB EDİLİR