Azərbaycanın onlayn insan hüquqları televiziyası Obyektiv TV beynəlxalq mükafata layiq görülüb. Kanal Norveçin Fritt Ord və Almaniyanın ZEİT fondlarının təqdim etdiyi ""Həqiqəti Söyləmək Cəsarəti"" adlı mükafatının bu ilki laureatları arasında yer alıb.
""İnternet telekanalı Obyektiv TV Azərbaycan ictimaiyyətini insan hüquqlarının pozulması halları və vətəndaşların tənqidə layiq davranışları barədə məlumatlandırır. Ölkənin səkkiz dövlət nəzarətində olan telekanalının əksinə olaraq, Obyektiv TV prezident Əliyevin kultunu yaratmadan, alternativ və müstəqil xəbər yayımı həyata keçirir. Kanal geniş korrupsiya probleminə diqqət yetirir. Obyektiv TV-nin mükafata namizədliyi Norveç Helsinki Komitəsi və İnsan Hüquqları Evi Fondu tərəfindən irəli sürülüb"" deyə Fritt Ord fondunun press relizində qeyd olunur.
Xatırladaq ki, ötən il Fritt Ord və ZEİT fondlarının mükafatına Azərbaycandan fotoreportyor Mehman Hüseynov və jurnalist Təhminə Tağızadə layiq görülmüşdülər."
Video Description: OBYEKTİV TV HƏQİQƏTİ SÖYLƏMƏK CƏSARƏTİ MÜKAFATINA LAYİQ GÖRÜLÜB