generic dapoxetine priligy
JOURNALIST NIJAT ALIYEV`S APPEAL BEING CONSIDERED
Select Category:
On June 19, Baku Court of Appeal continued appeal proceeding in the case of Nijat Aliyev, editor-in-chief of Azadxeber.net website and other believers. The process was presided over by Judge Mirzali Abbasov. Nijat Aliyev's lawyer Yalchin Imanov noted that lawyers of the defendants made a defensive plea. They asked for acquittal of their clients, reasoning that their clients' acts lacked criminal elements. The trial will continue on June 25. Note that the defense's cassation appeal filed earlier, against the preliminary hearing by the Appeal Court was not granted by the Supreme Court. Background: Nijat Aliyev was arrested on 20 May 2012, just a few days before Eurovision Song Contest Finals, on charges of drug possession. In January of this year Aliyev faced three new criminal charges: illegal distribution of religious literature; appealing for seizure of power by force; and incitement to national, racial or religious hostility and hatred, as well as discrimination against citizens. Aliyev was sentenced to ten years in prison on December 9, 2013. Many international and local human rights groups believe that Nijat Aliyev was arrested for criticizing issues related to the Eurovision Song Contest, including the government's high expenditures for the event and LGBT issues in connection with the contest, and questioned the need for the contest to be held in Azerbaijan. İyunun 19-da Bakı apellyasiya məhkəməsində Mirzəli Abbasovun sədrliyi ilə ""Azadxeber.net"" saytının həbsdə olan baş redaktoru Nicat Əliyevin və digərlərinin apellyasiya şikayətinə baxılması prosesi davam edib. Nicat Əliyevin vəkili Yalçın İmanovun bildirib ki, prosesdə müttəhimlərin vəkilləri müdafiə çıxışı ediblər. Onun sözlərinə görə, vəkillər çıxışlarında müdafiə etdikləri şəxslərin əməllərində cinayət tərkibi olmadığını əsas gətiriblər və məhkəmədən bəraət hökmünün çıxarılmasını istəyiblər. Müttəhimlərə gəldikdə isə onlar apellyasiya şikayəti üzrə dəlillərə qiymət vermək istəməyiblər. Məhkəmə prosesi iyunun 25-də davam edəcək. Qeyd edək ki, Apellyasiya məhkəməsinin ilkin baxış qərarından Ali Məhkəməyə şikayət olunmuşdu. Ali Məhkəmə şikayəti təmin etməyib və şikayətə məhkəmə istintaqı keçirilmədən baxılır. Xatırladaq ki, 2012-ci il may ayının 20-də Avroviziya mahnı müsabiqəsi ərəfəsində saxlanılan Nicat Əliyevə qarşı Cinayət Məcəlləsinin (CM) 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə ittiham irəli sürülmüşdü. 2013-cü il yanvarın 26-da baş redaktora qarşı CM-nin 167-2.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən müvafiq razılıq olmadan dini təyinatlı ədəbiyyatı, əşyaları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, satış və ya yayma məqsədi ilə idxal etmə, satma və ya yayma), 281.2-ci (bir qrup şəxs tərəfindən hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma) və 283.2.3-cü (mütəşəkkil dəstə tərəfindən milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) maddələri ilə yeni ittihamlar irəli sürülüb. 9 dekabr 2013-cü il Bakı Ağır Cinayətlər Məhkəməsi jurnalistin 10 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. Jurnalist bu hökmdən apellyasiya şikayəti verib."
Share |
Added: 2014-06-20
Category: İfadə azadlığı
Duration: 0:02:49
Video Description: JOURNALIST NIJAT ALIYEV`S APPEAL BEING CONSIDERED