generic dapoxetine priligy
HELSİNKİ KOMİSSİYASI: AZƏRBAYCAN DÜZGÜN İSTİQAMƏTDƏ İRƏLİLƏMƏMİR, H MƏMMƏDOVUN ŞİKAYƏTİ QİSMƏT TƏMİ
Select Category:
HÜQUQ MÜDAFİƏÇİSİ 6 İL AZADLIQDAN MƏHRUM EDİLDİ, RAUF MİRQƏDİROV HƏBSDƏ QALDI 14 18 İYUL
0:08:49
MEHMAN HÜSEYNOV YENƏ DƏ OĞURLANDI, NİDA ÇILAR KASASSİYA ŞİKAYƏTİ VERƏCƏK (7- 11 İYUL)
0:04:40
ÖMƏR MƏMMƏDOVA HÖKM OXUNDU, PROKUROR HƏSƏN HÜSEYNLİYƏ 7 İL HƏBS CƏZASI İSTƏYİB (30 İYUN - 4 İYUL)
0:04:50
PROKURORLUQ LEYLA YUNUSU HƏBSLƏ HƏDƏLƏYİR, ƏBDÜL ƏBİLOV 5 İL 6 AY MÜDDƏTİNƏ AZADLIQDAN MƏHRUM EDİLİB
0:08:22
AZƏRBAYCANIN `MAQNİTSKİ SİYAHISI` TƏRTİB EDİLİR, ALİ MƏHKƏMƏ HİLAL MƏMMƏDOVU AZAD ETMƏYİB 23-29 İYUN
0:11:04
NİCAT ƏLİYEVİN APELLYASİYA ŞİKAYƏTİ DAVAM EDİR, DÖVLƏT İTTİHAMÇISI FƏAL ÖMƏR MƏMMƏDOVA 6 İL HƏBS İST
0:06:11
BAKIDA YERÜSTÜ PİYADA KEÇİDİ UÇUB GƏNCƏ FƏALI HƏSƏN HÜSEYNLİNİN MƏHKƏMƏSİ BAŞLAYIR (02- 07) İYUN
0:05:39
PƏRVİZ HƏŞİMLİ 8 İL MÜDDƏTİNƏ AZADLIQDAN MƏHRUM EDİLİB,ANAR MƏMMƏDLİ  İFADƏ VERİB(12-17 MAY)
0:07:49
LEYLA YUNUSUN MƏNZİL VƏ OFİSİNDƏ AXTARIŞ APARILIB, AKSİYADA SAXLANILAN GƏNCLƏRƏ HƏBS CƏZASI VERİLİB
0:09:35
G.ƏHMƏDOVA ŞƏRTİ AZADLIĞA BURAXILIB, NİDAÇILARA UZUN MÜDDƏTLİ HƏBS CƏZALARI VERİLİB (5-10 MAY)
0:08:58
APELLYASİYA MƏHKƏMƏSİ JURNALİSTİ HƏBSDƏ SAXLADI. JURNALİST FİZİKİ TƏZYİQƏ MƏRUZ QALDI (21-26 APREL)
0:07:19
A.MƏMMƏDLİYƏ QARŞI CİNAYƏT İŞİ MƏHKƏMƏYƏ GÖNDƏRİLİB, P.HƏŞİMLİNİN MƏHKƏMƏSİNDƏ ŞAHİDLƏR İFADƏ VERİB
0:05:26
FACEBOOK FƏALININ CİNAYƏT İŞİ ÜZRƏ HAZIRLIQ İCLASI KEÇİRİLİB, DÖVLƏT İTTİHAMÇISI NİDA FƏALLARINA YÜK
0:07:23
GƏNCƏ FƏALI HƏSƏN HÜSEYNLİ SAXLANILIB, `NİDA` FƏALLARI MƏHKƏMƏDƏ İFADƏ VERİLİBLƏR 31 MART 05 APREL
0:06:52
MEGAFUNDA YANĞIN, ŞAHİN NOVRUZLU  MTN DƏ MƏNƏ FİZİKİ TƏZYİQ GÖSTƏRİLİB 24-29 MART
0:08:33
XƏDİCƏ İSMAYILOVA YENİDƏN PROKURORLUQDA DİNDİRİLİB APELLYASİYA MƏHKƏMƏSİ ANAR MƏMMƏDLİNİ HƏBSDƏ SAXL
0:13:29
METRO TİCARƏTÇİLƏRİ YENƏ ETİRAZ ETDİLƏR, İSMAYILLI HADISƏLƏRİ ÜZRƏ HÖKM OXUNUB
0:06:18
JURNALİST PƏRVİZ HƏŞİMLİNİN MƏHKƏMƏSİ BAŞLADI, ƏVƏZ ZEYNALLININ İDDİASI TƏMİN EDİLMƏSİ 24-28 FEVRAL
0:06:12
SOVETSKİ SAKİNLƏRİ VƏ TƏLƏBƏLƏR AKSİYA KEÇİRDİ AZƏRBAYCAN HÖKUMƏTİ CƏRİMƏLƏNDİ (insan hüquqları 15-22 fevral)
0:04:55
HÜQUQLAR RİSKLƏR DƏYİŞİKLİKLƏR (SEÇKİ İCMALI 8-14 FEVRAL )
0:03:32
See all 101 videos
Hüquq müdafiəçisi, Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus qurumun ofisində ölkədəki mövcud hüquq müdafiə sisteminin yararsızlığı barədə mətbuat konfransı keçirib. Leyla Yunus hüquq müdafiə sisteminə təklif etdiyi yeni fəaliyyətin strategiyası olaraq hökumətə əyilməmək prinsipi bəyan edib. Bu sahədə real addımlar ata bilmək üçün Sülh və Demokratiya İnstitutunun rəhbəri qurum daxilində Repressiylara Müqavimət Mərkəzi (RMM) yaratdığını elan edib. O, keçmiş siyasi məhbusları, siyasi məhbusların ailə üzvlərini Mərkəzdə iştiraka dəvət edib. Leyla Yunus Mərkəzin yaradılması səbəblərinə də aydınlıq gətirib. Ölkədə hüquq-mühafizə orqanlarının və məhkəmələrin müstəqil olmadıqlarını, istintaqların isə saxtalaşdırıldığını nəzərə çatdırıb. İyunun 9-da Nəsimi Rayon Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə dövlətə xəyanət ittihamı ilə həbs olunmuş jurnalist Rauf Mirqədirovun notariusun Türkiyə vəkillərinə etibarnamə vermək üçün onun yanına buraxılmaması barədə şikayətinə baxılıb. Vəkil Elmar Süleymanov bildirib ki, məhkəmə şikayəti təmin etməyib. Müdafiə tərəfi jurnalistin məhkəməyə gətirilməsi barədə vəsatət qaldırıb. Məhkəmə vəsatəti təmin etməyib. Xatırladaq ki, “Zerkalo” qəzetinin müxbiri olan Rauf Mirqədirov aprelin 19-da 2010-cu ildən bəri yaşadığı Türkiyə paytaxtı Ankaradan deportasiya edilib. Həmin gün təyyarə ilə Bakıya göndərilən jurnalisti MTN əməkdaşları tutub. Jurnalist Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham edilir və Nəsimi Rayon Məhkəməsi Rauf Mirqədirov barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib. İyunun 10-da bir qrup İstiqlalçı deputat ayrı-seçkiliyə məruz qalmaları ilə bağlı Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitunun Media Mərkəzində mətbuat konfransı keçirib. İstiqlalçı deputat Hacıbaba Əzimov son vaxtlar Azərbaycanın müstəqilliyinə təhlükə yarandığını deyib və bu təhlükənin mənbəyi kimi hakimiyyətdəki Rusiyaya xidmət edən məmurları göstərib. Onun fikrincə, bu insanlar ölkə istiqlalına, dövlətçilik və müstəiqillik tərəfdarı olan şəxslərə qarşıdırlar. Hacıbaba Əzimov Azərbaycan istisna olmaqla qalan bütün ölkələrdə istiqlal gününün bayram və qeyri-iş günü olduğunu bildirib. O, Dövlət Müstəqilliyi Gününün qeyri-iş günü sırasından çıxarılmasına görə deputat Hadı Rəcəblini ittiham edib. Daha sonra Hacıbaba Əzimov istiqlalçı deputatlara təqaüdlərin verilməməsində Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyevi günahk hesab edib. ABŞ-ın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Komissiyası Azərbaycan hökumətini avtoritarizmə doğru yönəlməkdənsə insan hüquqları və demokratiya sahəsində öz öhdəliklərini yerinə yetirməyə çağırıb.Bu çağırışlar iyunun 11-də Konqresdə keçirilən xüsusi dinləmələrdə səslənib. “Biz Azərbaycanı regionda mühüm dost və tərəfdaş hesab edirik, bu o deməkdir ki, onun taleyinə biganə deyilik”, - deyə Komissiyanın rəhbəri senator Bencamin Kardin bildirib. KİV və toplaşma azadlığı problemi ilə yanaşı son iki ildə böyük sayda fəalın həbsi, siyasi motivli təqiblərə məruz qalması, hökmlərin oxunması qeydə alınıb. “Ölkənin ATƏT və AŞ çərçivəsində öhdəliklərinə uyğun şəkildə yaşamaq əvəzinə avtoritarizmi gücləndirməsi bizi narahat edir. Biz bu tendensiyanı dəyişmək üçün Azərbaycanla işləmək istəyirik” deyə o, qeyd edib. Helsinki Komissiyasında keçirilən dinləmələrin əhəmiyyəti ondan ibarətdir ki, Konqresin nümayəndə heyəti ATƏT Parlament Assanbleyasının sessiyasına və rəhbərliklə ikitərəfli görüşlərə daha yaxşı hazırlaşsın. Ötən il Azərbaycana səfərindən imtina edilmiş Dövlət katibinin köməkçisinin müavini Tomas Melia iki ölkə arasında dialoqda demokratiya məsələsinin vacibliyini qeyd edib. Tomas Melia əlavə edib ki, sabitliyə zəmanətin ən yaxşı yolu demokratik proseslərin və institutların möhkəmləndirilməsi, qanunun aliliyinə və əsas azadlıqlara hörmətlə yanaşılmasıdır. Melianın sözlərinə görə, Azərbaycanda vətəndaş azadlıqları ilə bağlı vəziyyət son beş ildə pisləşib və pisləşməkdə davam edir. NED təşkilatının Rusiya və Avrasiya üzrə proqram direktoru Miriam Lanskoy bildirib ki, Azərbaycan iyunun sonlarında ATƏT Parlament Assanbleyasının sessiyasını keçirməyə hazırlaşır. Beynəlxalq forumlarda iştirakına baxmayaraq, son on ildə Azərbaycanda azadlığın səviyyəsi xeyli aşağı enib. Ölkə yarıazad durumdan konsolidasiya edilmiş avtoritarizm yolunu tutub. İyunun 12-də Ali Məhkəmənin inzibati-iqtisadi işlər üzrə kollegiyasında sədr Kəmaləddin Bədəlovun rəhbərliyi ilə “Talışi sədo” qəzetinin baş redaktoru Hilal Məmmədovun Daxili İşlər Nazirliyi və Baş Prokurorluq tərəfindən təqsirsizlik prezumpsiyasının pozulması ilə bağlı kassasiya şikayətinə baxılıb. Ali Məhkəmə şikayəti qismən təmin edib və işi təkrar baxılmsı üçün Bakı Apellyasiya Məhkəməsinə göndərib. Xatırladaq ki, Hilal Məmmədov Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama), 274-cü (dövlətə xəyanət) və 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham edilb. Hilal Məmmədov Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 5 il müddətinə azadlıqdan məhrum edilib. İyunun 13-də Gəncənin Nizami rayon məhkəməsində hakim Ayaz Mahmudovun sədrliyi ilə “Kamil Vətəndaş” Maarifləndirmə Mərkəzinin rəhbəri, Gəncə fəalı Həsən Hüseynlinin işi üzrə məhkəmə baxışı başlayıb. Həsən Hüseynlinin vəkili Elçin Sadıqov bildirib ki, məhkəmədə “zərərçəkən"" Arzu Qəhrəmanov və polis əməkdaşı Nazim Hacıyev ifadə verib. Arzu Qəhrəmanov ifadəsində Həsən Hüseynlinin onu vurduğunu təsdiqləyib. O bildirib ki, Həsən Hüseynli onu xarici təşkilatların sifarişi ilə vurub. Xatırladaq ki, Həsən Hüseynli 2014-cü il martın 31-də tutulmuşdu və Gəncənin Kəpəz Rayon Polis Şöbəsinin təcridxanasında saxlanılırdı. O, həmyerlisi Arzu Qəhrəmanova bıçaqla bədən xəsarəti yetirməkdə ittiham olunur. Gəncə Şəhər Baş Polis İdarəsi işi Cinayət Məcəlləsinin 221.3 (silah tətbiq etməklə xuliqanlıq ) maddəsi ilə cinayət işi açıb."
Share |
Added: 2014-06-19
Category: Həftənin İcmalı
Duration: 0:06:51
Tags:
Video Description: HELSİNKİ KOMİSSİYASI: AZƏRBAYCAN DÜZGÜN İSTİQAMƏTDƏ İRƏLİLƏMƏMİR, H MƏMMƏDOVUN ŞİKAYƏTİ QİSMƏT TƏMİ