generic dapoxetine priligy
NİDA DAN ÜZ DÖNDƏRƏN BƏXTİYAR QULİYEV APELLYASİYA ŞİKAYƏTİN DƏ İMTİNA EDİB
Select Category:
ARİF YUNUS KİV Ə MÜSAHİBƏ VERMƏSİNƏ VƏ İNTERNET YAZIŞMALARINA GÖRƏ 3 AY MÜDDƏTİNƏ HƏBS OLU
0:03:02
RƏSUL CƏFƏROV HƏBS EDİLDİ
0:03:15
LEYLA VƏ ARİF YUNUSA QARŞI AĞIR İTTİHAMLAR İRƏLİ SÜRÜLÜB
0:01:36
ARİF YUNUS:
0:05:12
İSA QƏMBƏR: BU NÖVBƏTİ CİNAYƏTDİR
0:04:33
VALİDEYNLƏR MÜBARİZƏNİ DAVAM ETDİRİRLƏR
0:03:41
NİDA FƏALLARININ İŞİ ÜZRƏ PROSESDƏ İNSİDENT
0:01:41
ZƏRƏRÇƏKƏN HAKİMLƏRƏ İNANMADIĞINI BİLDİRİR
0:03:30
HÜQUQ MÜDAFİƏÇİSİ 6 İL AZADLIQDAN MƏHRUM EDİLDİ
0:01:38
APELLYASİYA MƏHKƏMƏSİ QURBAN MƏMMƏDOVUN HÖKMÜNÜ QÜVVƏDƏ SAXLADI
0:01:26
ATƏT PA NIN BƏYƏNNAMƏSİNƏ ANAR MƏMMƏDLİNİ AZAD ETMƏK ÇAĞIRIŞI DAXİL EDİLİB
0:02:41
ATƏT PA KOMİTƏSİNİN İCLASINDA AZƏRBAYCANDA SİYASİ MƏHBUSLAR MƏSƏLƏSİ QALDIRILIB
0:01:08
LEYLA YUNUS REPRESSİYALARA MÜQAVİMƏT MƏRKƏZİ YARATDIĞINI ELAN EDİB
0:03:48
PROKURORLUQ LEYLA YUNUSU HƏBSLƏ HƏDƏLƏYİR
0:03:05
BƏŞİR SÜLEYMANOV VƏ ANAR MƏMMƏDLİ AZADLIQDAN MƏHRUM EDİLİB
0:05:50
AZƏRBAYCAN İNSAN HÜQUQLARI SAHƏSİNDƏ MÜSBƏT İMİCİNİ İTİRMƏKDƏ DAVAM EDİR
0:05:02
AVROPA MƏHKƏMƏSİ İLQAR MƏMMƏDOVUN BARƏSİNDƏ QƏRAR ÇIXARIB
0:02:21
DÖVLƏT İTTİHAMÇISI ANAR MƏMMƏDLİYƏ 9 İL CƏZA İSTƏDİ
0:06:16
İSMAYILLI İŞİ ÜZRƏ APELLYASİYA ŞİKAYƏTİNƏ BAXILIR
0:02:19
MƏHKƏMƏLƏR LEYLA YUNUSUN ŞİKAYƏTİNƏ BAXMAQDAN YAYINIR
0:01:23
See all 691 videos
İyunun 27-də Bakı Apellyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyi ilə NİDA fəallarının işi üzrə hazırlıq iclası keçirilib. İclasın əvvəlində hakim elan edib ki, təqsirləndirilən Bəxtiyar Quliyev apellyasiya şikayətindən imtina edib. Lakin birinci instansiya məhkəməsində Quliyevi müdafiə edən vəkillər, həmçinin digər təqsirləndirilənlər onun şəxsən iştirak etməli və imtinasını təsdiq etməli olduğunu bildiriblər. Vəkillər həmçinin qismən məhkəmə istintaqının aparılması ilə apellyasiya şikayətinə yenidən baxılması və həbs qətimkan tədbirinin dəyişdirilməsi haqqında vəsatət qaldırıblar. Müşavirədən sonra məhkəmə bütün vəsatətləri rədd edib amma Quliyevin şikayətdən imtina haqqında bəyanatını təmin edib. Məhkəmə iyulun 11-nə təyin edilib. Qeyd edək ki, Bəxtiyar Quliyev bir müddət əvvəl NİDA-da çıxdığını bəyan edib və dövlət başçısına əməllərindən peşman olduğu barədə müraciət edib. Xatırladaq ki, 2013-cü ilin mart-aprel aylarında həbs edilən Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Rəşadət Axundov, Üzeyir Məmmədli, Rəşad Həsənov, Zaur Qurbanlı 2013-cü il martın 10-da Bakıda kütləvi aksiya zamanı "Molotov kokteyli"ndən istifadəyə hazırlıqda ittiham olunur. Gənclərin bir neçəsinə qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama ittihamı da verilib. "Azad Gənclik" Təşkilatının üzvü İlkin Rüstəmzadə isə 2013-cü il mayın 17-də həbs olunub. Əvvəl ona xuliqanlıq ittihamı irəli sürülüb, sonra işə kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştiraka cəhd etmə ittihamı da əlavə olunub. 2014-cü il mayın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Rəşadət Axundov, Zaur Qurbanlı, İlkin Rüstəmzadə 8 il, Rəşad Həsənov, Məmməd Əzizov 7 il 6 ay, Üzeyir Məmmədli, Bəxtiyar Quliyev 7 il, Şahin Novruzlu 6 il azadlıqdan məhrum ediliblər. Qeyd edək ki, Amnesty International bütün məhbusları “vicdan məhbusu” kimi tanıyıb.
Share |
Added: 2014-06-28
Category: Qanunun aliliyi
Duration: 0:02:05
Tags:
Video Description: NİDA DAN ÜZ DÖNDƏRƏN BƏXTİYAR QULİYEV APELLYASİYA ŞİKAYƏTİN DƏ İMTİNA EDİB