generic dapoxetine priligy
İLHAM ƏLİYEV ATƏT PA-NIN SESSİYASININ AÇILIŞINDA ÇIXIŞ EDİB
Select Category:
MİLLİ ŞURA AZƏRBAYCANDA NARKOTRAFİKLƏ BAĞLI VƏZİYYƏTİ MÜZAKİRƏ EDİB
0:05:00
MONİTORİNQ QRUPU: İNSAN HAQLARININ POZULMASININ ƏSAS SƏBƏBİ MƏHKƏMƏ SİSTEMİNİN OLMAMASINDADIR
0:03:15
LEYLA YUNUS AVROPA OYUNLARINI BOYKOT STRATEGİYASI VƏ TAKTİKASI HAQQINDA
0:03:46
GƏNCLƏR RÜŞVƏTXOR VƏ AVTORİTARLARI AŞKAR EDİRLƏR
0:03:41
AZƏRBAYCANDA ANTİKORRUPSİYA MEXANİZMLƏRİ 50 % İŞLƏYİR
0:10:26
ƏSİR DÜŞMÜŞ HƏMYERLİLƏRİMİZLƏ BAĞLI TƏDBİR YARIMÇIQ QALDI
0:05:36
FİZİKİ QÜSURLULARIN ŞİKAYƏTİNƏ BAXILDI
0:11:40
ATƏT PA KOMİTƏSİ AZƏRBAYCANLI DEPUTATIN TƏQDİM ETDİYİ QƏTNAMƏNİ QƏBUL EDİB
0:01:51
AZƏRBAYCANIN
0:02:59
ATƏT PA KOMİTƏSİ ATƏT İN BAKI OFİSİNİN TAM FƏALİYYƏTİNİ BƏRPA ETMƏYƏ ÇAĞIRDI
0:04:54
ƏBÜLFƏZ ELÇİBƏYİN DOĞUM GÜNÜDÜR
0:03:52
NEQATİVLƏRƏ QARŞI ARDICIL MAARIFLƏNDİRMƏ İŞİ OLMALIDIR
0:02:00
AVROPA BİRLİYİNƏ AZƏRBAYCANLA ASSOSİATİV SAZİŞ İMZALAMAQDAN GERİ DURMAMAQ ÇAĞIRIŞI EDİLDİ
0:05:45
İCTİMAİ BİRLİK İKİNCİ SESSİYASINI DA BAŞA VURDU
0:02:28
HELSİNKİ KOMİSSİYASI: AZƏRBAYCAN DÜZGÜN İSTİQAMƏTDƏ İRƏLİLƏMİR
0:05:01
İSTİQLALÇI DEPUTATLAR TƏQAÜD MƏSƏLƏSİNİ AVROPA MƏHKƏMƏSİNƏ ÇIXARIRLAR
0:02:42
AZƏRBAYCANDA HEÇ KƏS ƏSASSIZ HƏBSDƏN SIĞORTALANMAYIB
0:02:21
BAKIDA YERÜSTÜ PİYADA KEÇİDİ UÇUB
0:01:53
VALİDEYNLƏR ÖVLADLARININ SƏHƏTTİNƏ GÖRƏ TİBB MƏNTƏQƏSİNİN HƏKİMİNİ GÜNAHLANDIRIB
0:04:25
REAL HƏRƏKATININ HƏBSDƏ OLAN SƏDRİ İLQAR MƏMMƏDOVA MÜKAFAT VERİLİB
0:01:47
See all 938 videos
İyunun 28-də ATƏT Parlament Assambleyasının Daimi komitəsinin iclasında ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin vitse-spikeri Bahar Muradova Cənubi Qafqazda münaqişələrin həllinə yardım məqsədilə ATƏT PA-nın region üzrə nümayəndəsi Joao Suareşin səlahiyyətlərinin genişləndirilməsi təklifi ilə çıxış edib. Bahar Muradovanın fikrincə, ATƏT PA Cənubi Qafqazda mövcud münaqişələrin nizamlanmasına yardım istiqamətində yetərincə çalışmır. O qeyd edib ki, ATƏT-in Minsk Qrupunun səylərinə baxmayaraq, Qarabağ münaqişəsinin nizamlanmasında hələlik nəticə yoxdur. Öz növbəsində ATƏT PA-nın sədri, Çernoqoriya parlamentinin spikeri Ranko Krivokapiç münaqişələrin nizamlanamsı sahəsində fəaliyyətin canlanmasına dair planlardan danışıb. Krivokapiç hesab edir ki, ATƏT PA-nın Cənubi Qafqaz üzrə nümayəndəsinin fəallaşması “çox faydalı olardı”. ATƏT PA-nın sessiyasının gündəliyinə Helsinki prinsiplərinin Rusiya Federasiyası tərəfindən pozulmasına dair qətnamə layihəsi və əlavə bənd təklif edilib. Sənədin əsas müəllifi ABŞ-dan olan Bencamin Kardindir. Layihədə qeyd oluur ki, ATƏT PA “Ukrayna ilə bağlı Helsinki prinsiplərinin Rusiya Federasiyası tərəfindən aşkar və kobud şəkildə pozulmasını, bu ölkənin suverenleyinin və ərazi bütövlüyünün xüsusilə görünməmiş dərəcədə pozulmasını pisləyir”. Assambleya hesab edir ki, “2014-cü il martın 16-da Krımda keçirilən referendum legitim deyil və qanunsuz aktdır. Bunun nəticəsinin heç bir hüquqi qüvvəsi yoxdur”. Layihədə ATƏT ölkələri Krımın anneksiyanı tanımaqdan imtina etməyə çağırılır. ATƏT layihəsində Rusiya Federasiyasının nəzarətində olan qüvvələr tərəfindən Ukraynaya silahlı müdaxilə pislənilir. Sənəddə Rusiya Federasiyası “Ukraynaya müdaxiləyə son qoymağa, öz hərəkətlərini Ukrayna və bütün ATƏT ölkələri ilə Helsinki prinsiplərinə uyğun qurmağa çağırılır”. ATƏT PA-nın Daimi komitəsi Helsinki prinsiplərinin Rusiya Federasiyası tərəfindən kobud pozulmasına dair qətnamə layihəsini və əlavə bəndi 30 səs “lehinə”, 5 səs “əleyhinə” olmaqla ATƏT PA-nın Bakıda açılan 23-cü sessiyasının gündəliyinə daxil edib. Sənədi ABŞ-dan olan deputat Bencamin Kardin hazırlayıb. Bitərəf qalanların sayı hesablanmayıb. Müzakirələr zamanı Rusiya nümayəndə heyətinin rəhbəri Aleksey Puşkov məsələnin əleyhinə çıxıb. O bildirib ki, Rusiya Ukraynaya heç bir müdaxilə etməyib, müdailə ABŞ-ın xarici siyasəti üçün “xarakterikdir”. Puşkov ATƏT-i ikili standartlarda, vaxtilə Serbiyanın ərazi bütövlüyünə məhəl qoymamaqda ittiham edib. Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova Ukraynanın ərazi bütövlüyünü dəstəkləyərək qətnamə layihəsinin təklif edilən şəkildə qəbulunun əleyhinə olub. O, ATƏT ölkələrinin ərazi bütövlüyü məsələsinə seçici yanaşmanı düzgün adlandırmayıb. Belə ki, Azərbaycan 22 ildir ki, ATƏT PA-da öz ərazisinin pozulması məsələsini qaldırır, lakin müvafiq dəstək almır. Bahar Muradova məsələnin həllilə bağlı iki variant təklif edib: amerikalı deputat qətnamə layihəsini yenidən işləməlidir və ora Azərbaycan, Gürcüstan və Moldovadakı münaqişələrlə bağlı bəndlər əlavə etməlidir. Ya da layihə qətnaməsi ATƏT PA-nın 23-cü sessiyasının gündəliyindən çıxarılmalı, yenidən işlənib hazırlanmalı və növbəti sessiyaya təqdim edilməlidir. Lakin müzakirə iştirakçılarının böyük əksəriyyəti qətnamənin sessiyanın gündəliyinə daxil edilməsinə tərəfdar olub. Deputatların bir hissəsi digər münaqişələrlə bağlı düzəlişlər edilməsinin mümkünlüyünü qeyd ediblər. Yalnız erməni nümayəndə heyətinin rəhbəri Artaşes Geqamyan bunun əleyhinə olub. O həmçinin deyib ki, çıxışçılar ərazi bütövlüyü prinsipindən danışarkən millətin öz müqəddəratını təyinetmə prinsipini unudurlar. Geqamyan bildirib ki, qətnamənin qəbulu Ukraynanın şərqində dinc prosesə “ziyan vura bilər”. Sənədin təşəbbüsçüsülərindən biri – Kristofer Smit, razılaşıb ki, ATƏT bütün münaqişələrə böyük diqqət yetirməlidir. Lakin hazırda Ukraynada vəziyyət təxirəsalınmaz reaksiya və bütün dünyanın orada baş verənlərə diqqətini tələb edir. Xatırladaq ki, iyulun 1-də ATƏT PA-nın sessiyasında Ukrayna üzrə xüsusi dinləmələr təyin edilib. Prezident İlham Əliyev ATƏT PA-nın 23-cü sessiyasının açılış mərasimində çıxış edib. O bildirib ki, Azərbaycan demokratik ölkədir, toplaşma, söz, internet azadlığına əməl olunur. Ölkə əhalisinin 70%-nin İnternetdən istifadə imkanları var. Bununla yanaşı o, siyasi islahatların, ölkənin modernləşdirilməsinin davam etdiyini və bundan ötrü Azərbaycanın ATƏT ilə əməkdaşlığa hazır olduğunu deyib. İlham Əliyevin fikrincə, siyasi vəziyyətin stabil olması gələcəyin planlaşdırılmasına və ölkənin modernləşdirilməsi ilə bağlı qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə imkan verir. Xarici siyasətə toxunan İlham Əliyev qlobal əsasda beynəlxalq hüquq normalarının təsdiqlənməsinə imkan verən mexanizmin hazırlanmasına tərəfdar olduğunu bildirib. O deyib ki, müasir dünyada beynəlxalq hüquq normalarının reallaşmasında seçici yanaşmalar mövcuddur. BMT TŞ-nin bəzi qətnamələri bir neçə saatın içində yerinə yetirilir, bəziləri isə Azərbaycanla bağlı olduğu kimi, 20 ildən artıqdır yerinə yetirilmir. Azərbaycan bu cür vəziyyətdən əziyyət çəkir. Çünki 20 ildən çoxdur ki, ölkənin beynəlxalq aləm tərəfindən qəbul olunmuş əraziləri erməni işğalı altındadır. Ermənistan BMT TŞ-nin qətnamələrinə, ATƏT-in Lissabon sammitinin, AŞPA, Avropa Parlamentinin qərarlarına məhəl qoymur, ona məxsus olmayan əraziləri azad etmək istəmir. İlham Əliyev ATƏT-in Minsk Qrupu həmsədr ölkələri – ABŞ, Fransa və Rusiya prezidentlərinin status-kvo-nun saxlanmasının məqbul olmaması barədə çoxsaylı bəyanatlarını göstərib. Öz müqəddəratını təyinetmə prinsipinə gəlincə, bu, ərazi bütövlüyünə xələl gətirməməlidir. Azərbaycanla Ermənistan arasında inam mexanizmlərinin yaradılmasına gəlincə, bu, erməni qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılması ilə başlamalıdır. O həmçinin diqqəti ölkənin iqtisadi nailiyyətlərinə, qlobal enerji təhlükəsizliyinə verdiyi töhfəyə yönəldib. ATƏT PA-nın rəhbəri, Çernoqoriya parlamentinin spikeri Ranko Krivokapiç və ATƏT-in hazırki sədri, İsveçrə prezidenti Didye Burkhalter diqqəti Ukraynada vəziyyətə yönəldiblər. Azərbaycan parlamentinin spikeri Oqtay Əsədov deyib ki, Azərbaycan hər zaman Helsinki prinsiplərinin reallaşmasının tərəfdarı olub. O, ATƏT PA-nı bu prinsipləri pozduğuna və Azərbaycan ərazilərini işğal etdiyinə görə Ermənistanı pisləməyə çağırıb. ATƏT-in hazırki sədri, İsveçrə prezidenti Didye Burkhalter Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması üzrə danışıqların canlandırılmasına çağırıb. Burkhalter ümid edərək bildirib ki, Qarabağ nizamlanması üzrə “konstruktiv danışıqlar prosesi” bərpa ediləcək. Bu səbəbdən o danışıqlar prosesinə “yüksək səviyyəli” vasitəçilərin, həmçinin dinc prosesə vətəndaş cəmiyyəti nümayəndələrinn cəlb edilməsinə tərəfdar olduğunu bildirib. Burkhalter Azərbaycan və Ermənistan prezidentlərinin yeni görüşünün keçirilməsini də dəstəkləyib.
Share |
Added: 2014-06-28
Category: Şəffaflıq
Duration: 0:06:02
Tags:
Video Description: İLHAM ƏLİYEV ATƏT PA-NIN SESSİYASININ AÇILIŞINDA ÇIXIŞ EDİB