generic dapoxetine priligy
ATƏT PA KOMİTƏSİ ATƏT İN BAKI OFİSİNİN TAM FƏALİYYƏTİNİ BƏRPA ETMƏYƏ ÇAĞIRDI
Select Category:
MİLLİ ŞURA AZƏRBAYCANDA NARKOTRAFİKLƏ BAĞLI VƏZİYYƏTİ MÜZAKİRƏ EDİB
0:05:00
MONİTORİNQ QRUPU: İNSAN HAQLARININ POZULMASININ ƏSAS SƏBƏBİ MƏHKƏMƏ SİSTEMİNİN OLMAMASINDADIR
0:03:15
LEYLA YUNUS AVROPA OYUNLARINI BOYKOT STRATEGİYASI VƏ TAKTİKASI HAQQINDA
0:03:46
GƏNCLƏR RÜŞVƏTXOR VƏ AVTORİTARLARI AŞKAR EDİRLƏR
0:03:41
AZƏRBAYCANDA ANTİKORRUPSİYA MEXANİZMLƏRİ 50 % İŞLƏYİR
0:10:26
ƏSİR DÜŞMÜŞ HƏMYERLİLƏRİMİZLƏ BAĞLI TƏDBİR YARIMÇIQ QALDI
0:05:36
FİZİKİ QÜSURLULARIN ŞİKAYƏTİNƏ BAXILDI
0:11:40
ATƏT PA KOMİTƏSİ AZƏRBAYCANLI DEPUTATIN TƏQDİM ETDİYİ QƏTNAMƏNİ QƏBUL EDİB
0:01:51
AZƏRBAYCANIN
0:02:59
İLHAM ƏLİYEV ATƏT PA-NIN SESSİYASININ AÇILIŞINDA ÇIXIŞ EDİB
0:06:02
ƏBÜLFƏZ ELÇİBƏYİN DOĞUM GÜNÜDÜR
0:03:52
NEQATİVLƏRƏ QARŞI ARDICIL MAARIFLƏNDİRMƏ İŞİ OLMALIDIR
0:02:00
AVROPA BİRLİYİNƏ AZƏRBAYCANLA ASSOSİATİV SAZİŞ İMZALAMAQDAN GERİ DURMAMAQ ÇAĞIRIŞI EDİLDİ
0:05:45
İCTİMAİ BİRLİK İKİNCİ SESSİYASINI DA BAŞA VURDU
0:02:28
HELSİNKİ KOMİSSİYASI: AZƏRBAYCAN DÜZGÜN İSTİQAMƏTDƏ İRƏLİLƏMİR
0:05:01
İSTİQLALÇI DEPUTATLAR TƏQAÜD MƏSƏLƏSİNİ AVROPA MƏHKƏMƏSİNƏ ÇIXARIRLAR
0:02:42
AZƏRBAYCANDA HEÇ KƏS ƏSASSIZ HƏBSDƏN SIĞORTALANMAYIB
0:02:21
BAKIDA YERÜSTÜ PİYADA KEÇİDİ UÇUB
0:01:53
VALİDEYNLƏR ÖVLADLARININ SƏHƏTTİNƏ GÖRƏ TİBB MƏNTƏQƏSİNİN HƏKİMİNİ GÜNAHLANDIRIB
0:04:25
REAL HƏRƏKATININ HƏBSDƏ OLAN SƏDRİ İLQAR MƏMMƏDOVA MÜKAFAT VERİLİB
0:01:47
See all 938 videos
ATƏT PA demokratiya, insan hüquqları və humanitar məsələlər üzrə Ümumi Komitəsinin Bakıda 23-cü sessiyadakı müzakirələrin yekunları üzrə iyunun 30-da qəbul edilmiş qətnaməsinə Azərbaycanla bağlı 3 düzəliş edilib. Belə ki, Portuqaliyalı Komitə rəhbəri İzabel Santosun təklif etdiyi 39-cu düzəlişə əsasən, qətnamədə qeyd edilir ki, ATƏT PA ATƏT iştirakçısı olan bir çox dövlətlərdə, o cümlədən Azərbaycan, Belarus, Qazaxıstan və RF-də hüquq müdafiəçilərinin saxlanması, həbsi, qorxudulması və ya başqa şəkildə susmağa məcbur edilməsi məqsədilə inzibati prosedurlardan və qanunvericilikdən sui-istifadələrlə bağlı narahatlığını ifadə edir. Norveçli parlamentari Bekkevoldun təklif etdiyi 44-cü düzəlişdə "bu yaxınlarda açıq-aşkar siyasi motivli məhkəmə işi çərçivəsində həbs cəzasına məhkum edilmiş Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndəsi və hüquq müdafiəçisi Anar Məmmədlinin (Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri) vəziyyəti ilə bağlı dərin narahatlıq" ifadə olunur. ATƏT PA Azərbaycan hakimiyyətini Məmmədli barəsində ədaləti bərqərar etməyin yollarını axtararaq, ona və siyasi məhkəmə işlərinin qurbanı olmuş digər vətəndaşlara insan hüquqlarının və qanunun aliliyinin müdafiəsi fəaliyyəti ilə məşğul olmaqda davam etmək hüququ verməyə çağırır. Nəhayət, İsveçli Qabsburq Duqlasın təklif etdiyi 45-ci düzəlişdə Azərbaycan hökuməti israrla ölkədə seçkiləri müşahidə edən missiyanın dilə gətirdiyi narahatlıqların məntiqi nəticəsi kimi ATƏT-ə Bakıda regional büro açmağa icazə verməyə çağırılır. Bu qərar həmçinin ölkəyə qanunun aliliyini demokratikləşmə siyasətinin ayrılmaz komponentinə çevirməyə, bununla da Aİ ilə yaxınlaşmağa imkan verməyə, yəni digər "Şərq Tərəfdaşlığı" ölkələrinin böyük ustalıqla və qəyiyyətlə getdiyi yoldan irəliləməyə kömək etmək istəyir. Bu düzəlişlər Azərbaycan parlamentarilərinin kəskin etirazlarına səbəb olub, lakin bununla belə, səs çoxluğu ilə qəbul edilib. Xatırladaq ki, 1 may 2014-cü ildə Azərbaycan hökumətinin israrı ilə ATƏT-in Bakı ofisinin statusu layihə korrdinatoru səviyyəsinə qədər azaldı. Ofis monitorinq fəaliyyətinin həyata keçirilməsi və hesabatların tərtib edilməsi funksiyasını itirib.
Share |
Added: 2014-06-30
Category: Şəffaflıq
Duration: 0:04:54
Tags:
Video Description: ATƏT PA KOMİTƏSİ ATƏT İN BAKI OFİSİNİN TAM FƏALİYYƏTİNİ BƏRPA ETMƏYƏ ÇAĞIRDI