generic dapoxetine priligy
MİLLİ MƏCLİSİN DEPUTATLARI VƏTƏNDAŞ CƏMİYYƏTİNİN FƏALLARININ TƏNQİDİNİ DİNLƏYİBLƏR
Select Category:
ALİ MƏHKƏMƏ XURAL  QƏZETİNİN MƏTBUAT ŞURASINA QARŞI İDDİASINI QÜVVƏDƏ SAXLAYIB
0:01:59
ƏBDÜL ƏBİLOVUN APELLYASİYA ŞİKAYƏTİNƏ BAXILMASI BAŞLAYIB
0:02:38
MƏRHUM ELMAR HÜSEYNOVUN 47 YAŞI TAMAM OLUR
0:10:24
PƏRVİZ HƏŞİMLİ APELLYASİYA MƏHKƏMƏSİNİN İLKİN QƏRARINDAN KASASSİYA VERMƏK NİYYƏTİNDƏDİR
0:02:57
MƏHKƏMƏ RAUF MİRQƏDİROVU HƏBSDƏ SAXLADI
0:01:43
NİDAÇILAR KASASSİYA ŞİKAYƏTİ VERƏCƏK
0:03:09
MEHMAN HÜSEYNOV YENƏ DƏ OĞURLANDI
0:02:50
PƏRVİZ HƏŞİMLİNİN APELLYASİYA ŞİKAYƏTİ ÜZRƏ MƏHKƏMƏ PROSESİ BAŞLAYIB
0:02:40
PROKUROR HƏSƏN HÜSEYNLİYƏ 7 İL HƏBS CƏZASI İSTƏYİB
0:01:16
ÖMƏR MƏMMƏDOVA HÖKM OXUNDU
0:01:08
ÖMƏR MƏMMƏDOVUN VƏKİLİ MƏHKƏMƏNİ MÜVƏKKİLİNƏ BƏRAƏT VERMƏYƏ ÇAĞIRIB
0:02:14
APELLYASİYA MƏHKƏMƏSİ NİCAT ƏLİYEVİN BARƏSİNDƏ HÖKMÜ QÜVVƏDƏ SAXLAYIB
0:03:02
ALİ MƏHKƏMƏ HİLAL MƏMMƏDOVU AZAD ETMƏYİB
0:01:43
GƏNCƏ FƏALI HƏSƏN HÜSEYNLİNİN MƏHKƏMƏSİNDƏ ŞAHİDLƏR DİNDİRİLİB
0:02:08
OBYEKTİV TV HƏQİQƏTİ SÖYLƏMƏK CƏSARƏTİ MÜKAFATINA LAYİQ GÖRÜLÜB
0:01:27
NİCAT ƏLİYEVİN APELLYASİYA ŞİKAYƏTİ DAVAM EDİR
0:02:49
DÖVLƏT İTTİHAMÇISI FACEBOOK FƏALI ÖMƏR MƏMMƏDOVA 6 İL HƏBS İSTƏDİ
0:02:30
RAUF MİRQƏDİROVUN  VƏKİLLƏRİ AVROPA MƏHKƏMƏSİNƏ MÜRACİƏT EDƏCƏKLƏR
0:02:15
VƏKİL  FƏAL HƏSƏN HÜSEYNLİNİN İŞİNDƏ
0:01:34
ALİ MƏHKƏMƏ HİLAL MƏMMƏDOVUN ŞİKAYƏTİNİ QİSMƏN TƏMİN EDİB
0:02:21
See all 1037 videos
İyunun 29-da Bakıda keçirilən ATƏT PA-nın sessiyası çərçivəsində Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair xüsusi dinləmələr keçirilib. Dinləmələrin moderatoru ATƏT PA-nın Demokratiya, insan hüquqları və humanitar məsələlər komitəsinin sədri, portuqaliyalı deputat İzabel Santos olub. O qeyd edib ki, bu görüş assambleya üçün mühüm əhəmiyyət kəsb edir. "Çünki ATƏT-in bütün fəaliyyət istiqamətlərində vətəndaş cəmiyyətinin iştirakı vacibdir və bu məqsədlə parlament assambleyası qeyri-hökumət təşkilatlarının rəylərini dinləyir", - deyə Santos bildirib. Görüşdə üç məruzə dinlənilib. İnternational Media Support təşkilatının proqram meneceri Gülnarə Axundova vətəndaş cəmiyyətinin problemlərindən danışıb. O, "nəhayət, parlamentin vətəndaş cəmiyyətinin rolunun vacibliyini başa düşməsindən, bu tədbiri ləğv etməməsindən, hətta tərcüməçi təqdim etməsindən" məmnun olduğunu bildirib. O xatırladıb ki, bir ay öncə həmin Fairmont otelinin rəhbərliyi ATƏT deputatları üçün analoji tədbirin keçirilməsi ilə bağlı QHT fəallarının təklifindən imtina etmişdi. Gülnarə Axundova Azərbaycanda vətəndaş cəmiyyətinin gələcək mövcudluğu ilə bağlı narahatlığını bildirib. "Mənim tərəfdaşlarımın əksəriyyəti fəaliyyət göstərə bilmir. Hökumət onlara ayrılan qrantı qeydiyyata almaqdan imtina edir. Bir sıra yerli və xarici QHT-lərə, o cümlədən İMS-ə qarşı cinayət işi qaldırılıb. Araşdırmaçı jurnalist Aynur İmranova bizim təşkilatın ona ayırdığı kiçik qrantı ala bilməyib. Çünki hüquq-mühafizə orqanları onun şəxsi bank hesabına həbs qoyublar", - deyə Gülnarə Axundova bildirib. O, həmçinin üç QHT liderinin həbsdə saxlandığını bildirib. Gülnarə Avundova İMS-in Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna ayırdığı qrantın Ədliyyə Nazirliyi tərəfindən imtina edilməsini də bildirib. RATİ-nin direktoru Emin Hüseynov isə diqqəti ifadə azadlığı ilə bağlı problemlərə yönəldib. O, ifadə azadlığının reallaşmasına görə 10 jurnalistin həbsdə saxlandığını deyib. E.Hüseynov xatırladıb ki, son 10 ildə Azərbaycanda iki jurnalist öldürülüb -- Elmar Hüseynov və Rafiq Tağı. Bu qətllərin üstü açılmayıb. Sonra o, ölkənin bütün telekanallarının hakimiyyətin nəzarətində olduğunu bildirib. Digər tərəfdən, müstəqil medianın yaşaması üçün reklam bazarı olmalıdır ki, bu da iqtisadiyyatdakı inhisar səbəbindən məhdudlaşdırılıb. Çap mətbuatı aşağı tirajla nəşr edilir ki, bu da yalnız Bakı və Sumqayıtı əhatə edir. Cəmi iki müxalifət qəzeti qalır. Digər müxalifər qəzeti olan "Zerkalo" maliyyə problemləri səbəbindən bir ay əvvəl nəşrini dayandırıb. On-line ifadə azadlığına gəlincə, Emin Hüseynov qeyd edib ki, texniki baxımdan İnternetə giriş bloklanmır. Lakin hökuməti tənqid edənlərə qarşı təzyiqlər var. Hazırda 6 bloger və sosial media fəalı həbsdədir və bu, özünüsenzuraya xidmət edir. Hüquqi Müdafiə və Maarifləndirmə Cəmiyyətinin rəhbri Rəsul Cəfərov diqqəti siyasi məhbuslar probleminə yönəldib. Onun sözlərinə görə, təkcə jurnalistlər, blogerlər və hüquq müdafiəçiləri deyil, gənc fəallar, müxalifət partiyalarının fəalları, dindarlar da cinayət təqiblərinə məruz qalırlar. O deyib ki, ölkənin 11 QHT-si vahid siyahı tərtib ediblər və bura 81 siyasi məhbusun, o cümlədən Amnesty İnternational tərəfindən "vicdan məhbusu" kimi tanınan 19 nəfərin adı daxildir. Qeyd edək ki, zalda hökumətyönlü QHT-lərin böyük sayda nümayəndələri iştirak ediblər. Həmçinin dinləmələri Milli Məclisin vitse-spikeri Bahar Muradova, parlamentin İnsan hüquqları komitəsinin rəhbəri Rəbiyət Aslanova, deputat Azay Quliyev izləyiblər. Lakin əvvəlki illərin praktikasından fərqli olaraq hökuməıti tənqid edənlərə qarşı aqressiya nümayiş etdirilməyib, sadəcə deyilənlər təkzib edilib. Deputat Azay Quliyev deyib ki, obyektiv informasiyanın formalaşması üçün Azərbaycan hökumət nümayəndələrinin dəvəti də vacibdir. "Hökumətin tənqidi dinləməsi üçün o, obyektiv olmalıdır", - deyə Azay Quliyev vurğulayıb. O qeyd edib ki, rəhbərlik etdiyi QHT-lərə Dövlət Dəstəyi Şurası hər zaman dialoqa açıqdır və vətəndaş cəmiyyəti institutlarını narahat edən problemlərin həllinə yardım göstərir. Bahar Muradova müzakirələrin sona yaxınlaşması barədə moderatorun xəbərdarlığı ilə əlaqədar diskussiyanın uzadılmasını xahiş edib ki, vətəndaş cəmiyyətinin digər nümayəndələrini də dinləmək mümkün olsun.
Share |
Added: 2014-07-01
Category: İfadə azadlığı
Duration: 0:05:54
Tags:
Video Description: MİLLİ MƏCLİSİN DEPUTATLARI VƏTƏNDAŞ CƏMİYYƏTİNİN FƏALLARININ TƏNQİDİNİ DİNLƏYİBLƏR