generic dapoxetine priligy
KEÇMİŞ İŞ ADAMININ MÜLKİYYƏT HÜQUQU UĞRUNDA MÜBARİZƏSİ DAVAM EDİR
Select Category:
Iyulun 2- də keçmiş iş adamı Elşad Məmmədov RATİ-də mülkiyyət hüququnun pozulmasına dair növbəti mətbuat konfransı keçirib. Belə ki, E.Məmmədov 2012-ci ildə Bakıda Zabitlər bağının içində tikilən və “Avesta” şirkətlər qrupunun prezidenti İbrahim İbrahimliyə (İbrahim Nehrəmli) məxsus hündür mərtəbəli binadan 2 mənzil alıb. E.Məmmədov bu mənzillərə 400 min manata yaxın maliyyə vəsaiti ödəyib. Sonra şirkətin bəzi əməkdaşları E.Məmmədovdan xəbərsiz mənzillərdən birini satıblar. Mülkiyyət hüququnu bərpa etmək üçün E.Məmmədovun apardığı mübarizə İ.İbrahimlinin xoşuna getməyib, məhkəmə vasitəsilə ikinci mənzili də əlindən alıb. Bundan sonra E.Məmmədov məsələni məhkəmə səviyyəsinə qaldırıb. Amma məhkəmələr də İ.İbrahimlini haqlı sayıblar. E.Məmmədov mübarizəni dayandırmayıb. Baş prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə müraciət ünvanlayıb. Müraciət araşdırılıb və sənədlər Ali Məhkəmənin plenumuna göndərilib. Iki ay öncə Ali Məhkəmənin plenumu məsələyə baxıb. Plenumun qərarı E.Məmmədovu razı salmayıb. E.Məmmədova müraciətə əvvəlki baxışda baxılmadığı üçün yenə də baxılmamış saxlanması haqda qərar göndərilib. E.Məmmədova görə, İ.İbrahimli Ali Məhkəmə sədrinə belə təsir göstərərək qərarı dəyişdirib. “Hacı İbrahim, bununla mübarizə bitmir, mən sona qədər səninlə varam və haqqımı alacağam”deyə E.Məmmədov iş adamına mətbuat vasitəsilə məsaj ünvanlayıb. Bakıda İ.İbrahimlinin adamları tərəfindən təzyiqlərə məruz qaldığını deyən E.Məmmədov Qazaxa köçdüyünü deyib. Lakin burada da təzyiqlərə məruz qaldığını deyib. E.Məmmədov hazırda məsələnin Avropa məhkəməsinə çıxarmağa hazırlaşdığını deyir və hüquqlarını vəkil İntiqam Əliyevin qoruduğunu bildirib.
Share |
Added: 2014-07-03
Category: Mülkiyyət hüququ
Duration: 0:03:26
Tags:
Video Description: KEÇMİŞ İŞ ADAMININ MÜLKİYYƏT HÜQUQU UĞRUNDA MÜBARİZƏSİ DAVAM EDİR