generic dapoxetine priligy
ÖMƏR MƏMMƏDOVUN VƏKİLİ MƏHKƏMƏNİ MÜVƏKKİLİNƏ BƏRAƏT VERMƏYƏ ÇAĞIRIB
Select Category:
ALİ MƏHKƏMƏ XURAL  QƏZETİNİN MƏTBUAT ŞURASINA QARŞI İDDİASINI QÜVVƏDƏ SAXLAYIB
0:01:59
ƏBDÜL ƏBİLOVUN APELLYASİYA ŞİKAYƏTİNƏ BAXILMASI BAŞLAYIB
0:02:38
MƏRHUM ELMAR HÜSEYNOVUN 47 YAŞI TAMAM OLUR
0:10:24
PƏRVİZ HƏŞİMLİ APELLYASİYA MƏHKƏMƏSİNİN İLKİN QƏRARINDAN KASASSİYA VERMƏK NİYYƏTİNDƏDİR
0:02:57
MƏHKƏMƏ RAUF MİRQƏDİROVU HƏBSDƏ SAXLADI
0:01:43
NİDAÇILAR KASASSİYA ŞİKAYƏTİ VERƏCƏK
0:03:09
MEHMAN HÜSEYNOV YENƏ DƏ OĞURLANDI
0:02:50
PƏRVİZ HƏŞİMLİNİN APELLYASİYA ŞİKAYƏTİ ÜZRƏ MƏHKƏMƏ PROSESİ BAŞLAYIB
0:02:40
PROKUROR HƏSƏN HÜSEYNLİYƏ 7 İL HƏBS CƏZASI İSTƏYİB
0:01:16
ÖMƏR MƏMMƏDOVA HÖKM OXUNDU
0:01:08
MİLLİ MƏCLİSİN DEPUTATLARI VƏTƏNDAŞ CƏMİYYƏTİNİN FƏALLARININ TƏNQİDİNİ DİNLƏYİBLƏR
0:05:54
APELLYASİYA MƏHKƏMƏSİ NİCAT ƏLİYEVİN BARƏSİNDƏ HÖKMÜ QÜVVƏDƏ SAXLAYIB
0:03:02
ALİ MƏHKƏMƏ HİLAL MƏMMƏDOVU AZAD ETMƏYİB
0:01:43
GƏNCƏ FƏALI HƏSƏN HÜSEYNLİNİN MƏHKƏMƏSİNDƏ ŞAHİDLƏR DİNDİRİLİB
0:02:08
OBYEKTİV TV HƏQİQƏTİ SÖYLƏMƏK CƏSARƏTİ MÜKAFATINA LAYİQ GÖRÜLÜB
0:01:27
NİCAT ƏLİYEVİN APELLYASİYA ŞİKAYƏTİ DAVAM EDİR
0:02:49
DÖVLƏT İTTİHAMÇISI FACEBOOK FƏALI ÖMƏR MƏMMƏDOVA 6 İL HƏBS İSTƏDİ
0:02:30
RAUF MİRQƏDİROVUN  VƏKİLLƏRİ AVROPA MƏHKƏMƏSİNƏ MÜRACİƏT EDƏCƏKLƏR
0:02:15
VƏKİL  FƏAL HƏSƏN HÜSEYNLİNİN İŞİNDƏ
0:01:34
ALİ MƏHKƏMƏ HİLAL MƏMMƏDOVUN ŞİKAYƏTİNİ QİSMƏN TƏMİN EDİB
0:02:21
See all 1037 videos
İyulun 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyi ilə qanunsuz narkotik ticarətində ittiham olunan facebook fəalı Ömər Məmmədovun işi üzrə prosesdə müttəhimin vəkili Əlaif Həsənov son sözlə çıxış edib. Bir müddət əvvəl çıxış etmiş vəkil Xalid Bağırov kimi, Həsənov da fəalın cinayət təqibinin siyasi motivləri olduğunu, təqsirinin sübutu olmadığını bildirib və gəncə bəraət verilməsini xahiş edib. Xatırladaq ki, iyulun 18-də prokuror Məmmədovun 6 il azadlıqdan məhrum edilməsini təklif edib. Vəkil Həsənov bildirib ki, Məmmədov facebookda "AzTV-dən seçmələr" və "Heydər Əliyev adına" satirik səhifələrin administratorlarından biri olduğuna görə təqib edilir. Vəkil qeyd edib ki, işdə çox sayda prosessual pozuntular var. Belə ki, saxlanma protokolunda Məmmədovun hansı müddət üçün saxlanıldığı göstərilməyib. Saxlanıldıqdan sonra ona etibar etdiyi vəkil ilə əlaqə saxlamağa imkan verməyiblər. Sonra istintaq iddia edir ki, Məmmədov uzun müddət qanunsuz narkotik dövriyyəsi ilə məşğul olduğu haqqında əməliyyat məlumatı əsasında saxlanılıb. Məmmədov Kiprdə təhsil aldığı halda polis bunu necə müəyyən edə bilər? Narkotiklərin ekspertizasının aparılması haqqında qərar sənədin surəti verilmədən icra edilib və ona alternativ ekspertiza istəmək imkanı verilməyib. Narkoloji ekspertiza bir tərəfdən müəyyən edib ki, Məmmədov narkotik istifadəçisi deyil, digər tərəfdən isə onu uçota almağı tövsiyə edib. Sonda vəkil məhkəmədən Məmmədova bəraət verməyi xahiş edib. Hakim Eldar Mikayılov növbəti iclası 4 iyul saat 14.00-a təyin edib. Həmin iclasda Məmmədov yekun sözlə çıxış edəcək. Xatırladaq ki, Ömər Məmmədov "Axın" gənclər hərəkatının rəhbəri və "Vətəndaş həmrəyliyi" partiyasının üzvüdür. Həbsindən sonra o, NİDA hərəkatına qayıdıb. Məmmədov İnternetdə sosial şəbəkələrin fəal iştirakçısı idi. Xüsusən, o, facebook-da hakimiyyətin nöqsanlarını ələ salan karikaturaların, kollajların, şərhlərin yer aldığı "AzTV-dən seçmələr" səhifəsinin adminlərindən biri idi. 2014-cü ilin yanvarında narkotik ittihamı ilə həbs edilib.
Share |
Added: 2014-07-02
Category: İfadə azadlığı
Duration: 0:02:14
Tags:
Video Description: ÖMƏR MƏMMƏDOVUN VƏKİLİ MƏHKƏMƏNİ MÜVƏKKİLİNƏ BƏRAƏT VERMƏYƏ ÇAĞIRIB