generic dapoxetine priligy
ATƏT PA NIN BƏYƏNNAMƏSİNƏ ANAR MƏMMƏDLİNİ AZAD ETMƏK ÇAĞIRIŞI DAXİL EDİLİB
Select Category:
ARİF YUNUS KİV Ə MÜSAHİBƏ VERMƏSİNƏ VƏ İNTERNET YAZIŞMALARINA GÖRƏ 3 AY MÜDDƏTİNƏ HƏBS OLU
0:03:02
RƏSUL CƏFƏROV HƏBS EDİLDİ
0:03:15
LEYLA VƏ ARİF YUNUSA QARŞI AĞIR İTTİHAMLAR İRƏLİ SÜRÜLÜB
0:01:36
ARİF YUNUS:
0:05:12
İSA QƏMBƏR: BU NÖVBƏTİ CİNAYƏTDİR
0:04:33
VALİDEYNLƏR MÜBARİZƏNİ DAVAM ETDİRİRLƏR
0:03:41
NİDA FƏALLARININ İŞİ ÜZRƏ PROSESDƏ İNSİDENT
0:01:41
ZƏRƏRÇƏKƏN HAKİMLƏRƏ İNANMADIĞINI BİLDİRİR
0:03:30
HÜQUQ MÜDAFİƏÇİSİ 6 İL AZADLIQDAN MƏHRUM EDİLDİ
0:01:38
APELLYASİYA MƏHKƏMƏSİ QURBAN MƏMMƏDOVUN HÖKMÜNÜ QÜVVƏDƏ SAXLADI
0:01:26
ATƏT PA KOMİTƏSİNİN İCLASINDA AZƏRBAYCANDA SİYASİ MƏHBUSLAR MƏSƏLƏSİ QALDIRILIB
0:01:08
NİDA DAN ÜZ DÖNDƏRƏN BƏXTİYAR QULİYEV APELLYASİYA ŞİKAYƏTİN DƏ İMTİNA EDİB
0:02:05
LEYLA YUNUS REPRESSİYALARA MÜQAVİMƏT MƏRKƏZİ YARATDIĞINI ELAN EDİB
0:03:48
PROKURORLUQ LEYLA YUNUSU HƏBSLƏ HƏDƏLƏYİR
0:03:05
BƏŞİR SÜLEYMANOV VƏ ANAR MƏMMƏDLİ AZADLIQDAN MƏHRUM EDİLİB
0:05:50
AZƏRBAYCAN İNSAN HÜQUQLARI SAHƏSİNDƏ MÜSBƏT İMİCİNİ İTİRMƏKDƏ DAVAM EDİR
0:05:02
AVROPA MƏHKƏMƏSİ İLQAR MƏMMƏDOVUN BARƏSİNDƏ QƏRAR ÇIXARIB
0:02:21
DÖVLƏT İTTİHAMÇISI ANAR MƏMMƏDLİYƏ 9 İL CƏZA İSTƏDİ
0:06:16
İSMAYILLI İŞİ ÜZRƏ APELLYASİYA ŞİKAYƏTİNƏ BAXILIR
0:02:19
MƏHKƏMƏLƏR LEYLA YUNUSUN ŞİKAYƏTİNƏ BAXMAQDAN YAYINIR
0:01:23
See all 691 videos
Bu gün ATƏT Parlament Assambleyasının Azərbaycanın paytaxtında keçirilən 23-cü sessiyası Bakı bəyannaməsinin qəbul edilməsi ilə başa çatıb. ATƏT-in fəaliyyət istiqamətləri ilə bağlı ümumi məsələlərlə yanaşı, bəyannamədə Rusiyanın Ukraynaya qarşı hərəkətlərinə xüsusi diqqət yetirilib. ATƏT PA Rusiyanın Ukraynaya münasibətdə Helsinki prinsiplərini açıq-aşkar, kobud və düzəldilməsi mümkün olmayan şəkildə pozmasını, o cümlədən bu ölkənin suverenliyinin və ərazi bütövlüyünün pozulmasını və Ukrayna ərazisinin işğal edilməsini pisləyir. ATƏT PA həmçinin iştirakçı dövlətlərlə əməkdaşlığın genişləndirilməsi və hazırda mövcud olan sənədlərin mənasının və təfsilatının fərqli şəkildə təfsirinin qarşısının alınması məqsədilə assambleya çərçivəsində yeni arbitraj sistemi yaratmağa çağırır. Bu bənd bəyannaməyə Helsinki prinsiplərinin subyektiv və şəraitə uyğun təfsiri və separatçılığa bəraət verilməsi, onun xalqların öz müqəddəratını təyin etmək hüququ kimi təqdim edilməsi cəhdləri ilə əlaqədar daxil edilib. İnsan hüquqları ilə bağlı hissədə ATƏT PA “siyasi məhbus” anlayışının tərifini təsdiq edən ATƏT qətnaməsinə dəstək ifadə edib. Bəyannaməyə həmçinin Azərbaycan hakimiyyətinə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri Anar Məmmədlini həbsdən azad etmək, habelə onun və siyasiləşdirilmiş məhkəmələrin digər qurbanlarının hüquq müdafiə fəaliyyətini davam etdirməsi üçün şərait yaratmaq çağırışı yer alan bənd daxil edilib. Həmçinin, bəyannamədə ATƏT-in Bakı ofisinin layihə koordinatoru səviyyəsinə endirilmiş əvvəlki statusunu bərpa etmək çağırışı yer alır. İclasda Norveçli deputat Bekkelvold Məmmədlinin azad edilməsi haqqında məsələ qaldıraraq, onun seçkilərin monitorinqini həyata keçirdiyinə görə təqib edildiyini bəyan edib. Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova deputatları Məmmədlinin konkret cinayətlərə görə həbs edildiyinə və məsələni siyasiləşdirməyə ehtiyac olmadığına inandırmağa çalışıb. O, həmçinin ATƏT-in Bakı ofisinin əvvəlki statusunun qaytarılması haqqında təklifə qarşı çıxaraq, bu qərarın ATƏT Daimi Şurası ilə razılaşdırıldığını bəyan edib. Lakin böyük səs çoxluğu ilə Muradovanın təklifi rədd edilib. Ermənistan nümayəndə heyətinin rəhbəri Artaşes Geqamyan çıxışında ATƏT PA-ya erməni nümayəndələrinin təhlükəsizliyinə zəmanət verildiyinə görə təşəkkür edib. O, həmçinin şərait yaratdıqları üçün Bakılı həmkarlarına təşəkkür edib.
Share |
Added: 2014-07-03
Category: Qanunun aliliyi
Duration: 0:02:41
Tags:
Video Description: ATƏT PA NIN BƏYƏNNAMƏSİNƏ ANAR MƏMMƏDLİNİ AZAD ETMƏK ÇAĞIRIŞI DAXİL EDİLİB