İyulun 4-də Gəncənin Nizami rayon məhkəməsində hakim Ayaz Mahmudovun sədrliyi ilə Gəncənin “İntellektual Vətəndaş Maarifləndirmə Mərkəzi”-nin rəhbəri Həsən Hüseynlinin işi üzrə dövlət ittihamçısı çıxış edib.
Vəkil Elçin Sadiqov bildirib ki, bugünkü prosesdə dövlət ittihamçısı məhkəmədən Həsən Hüseynliyə 7 il azadlıqdan məhrumetmə cəzası istəyib.
Qeyd edək ki, məhkəmə iyulun 11-də müdafiə tərəfinin çıxışları ilə davam edəcək.
Xatırladaq ki, Həsən Hüseynli 2014-cü il martın 31-də tutulmuşdu və Gəncənin Kəpəz Rayon Polis Şöbəsinin təcridxanasında saxlanılırdı. O, həmyerlisi Arzu Qəhrəmanova bıçaqla bədən xəsarəti yetirməkdə ittiham olunur. Gəncə Şəhər Baş Polis İdarəsi işi Cinayət Məcəlləsinin 221.3 (silah tətbiq etməklə xuliqanlıq ) maddəsi ilə cinayət işi açıb. Hüseynli barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilib.
Video Description: PROKUROR HƏSƏN HÜSEYNLİYƏ 7 İL HƏBS CƏZASI İSTƏYİB