generic dapoxetine priligy
AZƏRBAYCANIN `MAQNİTSKİ SİYAHISI` TƏRTİB EDİLİR, ALİ MƏHKƏMƏ HİLAL MƏMMƏDOVU AZAD ETMƏYİB 23-29 İYUN
Select Category:
HÜQUQ MÜDAFİƏÇİSİ 6 İL AZADLIQDAN MƏHRUM EDİLDİ, RAUF MİRQƏDİROV HƏBSDƏ QALDI 14 18 İYUL
0:08:49
MEHMAN HÜSEYNOV YENƏ DƏ OĞURLANDI, NİDA ÇILAR KASASSİYA ŞİKAYƏTİ VERƏCƏK (7- 11 İYUL)
0:04:40
ÖMƏR MƏMMƏDOVA HÖKM OXUNDU, PROKUROR HƏSƏN HÜSEYNLİYƏ 7 İL HƏBS CƏZASI İSTƏYİB (30 İYUN - 4 İYUL)
0:04:50
PROKURORLUQ LEYLA YUNUSU HƏBSLƏ HƏDƏLƏYİR, ƏBDÜL ƏBİLOV 5 İL 6 AY MÜDDƏTİNƏ AZADLIQDAN MƏHRUM EDİLİB
0:08:22
NİCAT ƏLİYEVİN APELLYASİYA ŞİKAYƏTİ DAVAM EDİR, DÖVLƏT İTTİHAMÇISI FƏAL ÖMƏR MƏMMƏDOVA 6 İL HƏBS İST
0:06:11
BAKIDA YERÜSTÜ PİYADA KEÇİDİ UÇUB GƏNCƏ FƏALI HƏSƏN HÜSEYNLİNİN MƏHKƏMƏSİ BAŞLAYIR (02- 07) İYUN
0:05:39
HELSİNKİ KOMİSSİYASI: AZƏRBAYCAN DÜZGÜN İSTİQAMƏTDƏ İRƏLİLƏMƏMİR, H  MƏMMƏDOVUN ŞİKAYƏTİ QİSMƏT TƏMİ
0:06:51
PƏRVİZ HƏŞİMLİ 8 İL MÜDDƏTİNƏ AZADLIQDAN MƏHRUM EDİLİB,ANAR MƏMMƏDLİ  İFADƏ VERİB(12-17 MAY)
0:07:49
LEYLA YUNUSUN MƏNZİL VƏ OFİSİNDƏ AXTARIŞ APARILIB, AKSİYADA SAXLANILAN GƏNCLƏRƏ HƏBS CƏZASI VERİLİB
0:09:35
G.ƏHMƏDOVA ŞƏRTİ AZADLIĞA BURAXILIB, NİDAÇILARA UZUN MÜDDƏTLİ HƏBS CƏZALARI VERİLİB (5-10 MAY)
0:08:58
APELLYASİYA MƏHKƏMƏSİ JURNALİSTİ HƏBSDƏ SAXLADI. JURNALİST FİZİKİ TƏZYİQƏ MƏRUZ QALDI (21-26 APREL)
0:07:19
A.MƏMMƏDLİYƏ QARŞI CİNAYƏT İŞİ MƏHKƏMƏYƏ GÖNDƏRİLİB, P.HƏŞİMLİNİN MƏHKƏMƏSİNDƏ ŞAHİDLƏR İFADƏ VERİB
0:05:26
FACEBOOK FƏALININ CİNAYƏT İŞİ ÜZRƏ HAZIRLIQ İCLASI KEÇİRİLİB, DÖVLƏT İTTİHAMÇISI NİDA FƏALLARINA YÜK
0:07:23
GƏNCƏ FƏALI HƏSƏN HÜSEYNLİ SAXLANILIB, `NİDA` FƏALLARI MƏHKƏMƏDƏ İFADƏ VERİLİBLƏR 31 MART 05 APREL
0:06:52
MEGAFUNDA YANĞIN, ŞAHİN NOVRUZLU  MTN DƏ MƏNƏ FİZİKİ TƏZYİQ GÖSTƏRİLİB 24-29 MART
0:08:33
XƏDİCƏ İSMAYILOVA YENİDƏN PROKURORLUQDA DİNDİRİLİB APELLYASİYA MƏHKƏMƏSİ ANAR MƏMMƏDLİNİ HƏBSDƏ SAXL
0:13:29
METRO TİCARƏTÇİLƏRİ YENƏ ETİRAZ ETDİLƏR, İSMAYILLI HADISƏLƏRİ ÜZRƏ HÖKM OXUNUB
0:06:18
JURNALİST PƏRVİZ HƏŞİMLİNİN MƏHKƏMƏSİ BAŞLADI, ƏVƏZ ZEYNALLININ İDDİASI TƏMİN EDİLMƏSİ 24-28 FEVRAL
0:06:12
SOVETSKİ SAKİNLƏRİ VƏ TƏLƏBƏLƏR AKSİYA KEÇİRDİ AZƏRBAYCAN HÖKUMƏTİ CƏRİMƏLƏNDİ (insan hüquqları 15-22 fevral)
0:04:55
HÜQUQLAR RİSKLƏR DƏYİŞİKLİKLƏR (SEÇKİ İCMALI 8-14 FEVRAL )
0:03:32
See all 101 videos
Bu həftə Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimləri Elçin Kazımov, Rəşid Hüseynov, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cavid Hüseynov, Novruz Kərimov, Rauf Əliyev, Azər Orucovun “Maqnitski siyahısı”na salınması üçün Amerika Konqresinə, Avropa Birliyinə və ATƏT Parlament Assambleyasına müraciət ediləcək. Bu barədə Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus iyunun 23-də keçirdiyi mətbuat konfransında bildirib. Bu hakimlər beynəlxalq hüquq müdafiə təşkilatları tərəfindən vicdan və siyasi məhbus kimi tanınan NİDA Vətəndaş Hərəkatının 8 fəalını, REAL Hərəkatının lideri İlqar Məmmədovu, Müsavat Partiyası başqanının müavinləri Tofiq Yaqublu və Yadigar Sadıqovu, jurnalistlər Pərviz Həşimlini, Hilal Məmmədovu, vətəndaş cəmiyyətinin fəalları Anar Məmmədlini, Bəşir Süleymanlını uzun müddətə həbsə məhkum ediblər. Sənəd Leyla Yunusun təsis etdiyi “Repressiyalara Müqavimət” Hərəkatı tərəfindən hazırlanır və “Maqnitski Siyahısı”nın Azərbaycan analoqu” adlanır. İyunun 23-də ölkənin vətəndaş cəmiyyəti institutları təmsilçiləri Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun Media Mərkəzində “Azərbaycanın Avropa Birliyinə inteqrasiyasının zəruriliyi haqda Bəyannamə”nin təqdimat mərasimini keçiriblər. Tədbirdə Avropa Birliyi ilə Ukrayna, Moldova və Gürcüstan arasında əməkdaklığa dair iyunun 27-də assosiativ saziş imzalancağı, belə bir təklifin Azərbaycana da edildiyi xatırladılıb. Qeyd olunub ki, rəsmi Bakı ölkə qarşısında müxtəlif çətinlikləri bəhanə gətirərək bu sazişi imzalamaqdan boyun qaçırır. Tədbir iştirakçıları hesab edirlər ki, Azərbaycan Avrasiya İqtisadi İttifaqına üzv olduğu təqdirdə ölkəyə müsbət heç nə verməyəcək. Avropa Azərbaycanın ərazi bütövlüyünü, ölkədə demokratik prinsipləri dəstəklədiyi üçün strateji əməkdaşlıq sazişilə yanaşı rəsmi Bakı ilə assosiativ saziş də imzalanmalıdır. İyunun 23-də və 24-də Gəncənin Nizami rayon məhkəməsində hakim Ayaz Mahmudovun sədrliyi ilə “Kamil Vətəndaş” Maarifləndirmə Mərkəzinin rəhbəri , Gəncə fəalı Həsən Hüseynlinin işi üzrə proses başlayıb. Vəkil Əlaif Həsənovun verdiyi məlumata görə, iclasda ittiham tərəfin iki şahidi ifadə verərək, Hüseynlinin zərərçəkmişə bıçaq zərbəsi endirdiyini iddia edib. Proses zamanı müdafiə tərəfi hadisənin baş verdiyi yerdə videomüşahidə kameralarının görüntülərinin istənilməsi və Gəncənin Nizami və Kəpəz rayon məhkəmələrində baxılmış bir sıra başqa işlər üzrə hökmlərin istənilməsi barədə vəsatətlər qaldırıb. Hakim vəsatətləri təmin etməyib. Xatırladaq ki, Həsən Hüseynli 2014-cü il martın 31-də tutulmuşdu və Gəncənin Kəpəz Rayon Polis Şöbəsinin təcridxanasında saxlanılırdı. O, həmyerlisi Arzu Qəhrəmanovanı bıçaqla bədən xəsarəti yetirməkdə ittiham olunur. Gəncə Şəhər Baş Polis İdarəsi işi Cinayət Məcəlləsinin 221.3 (silah tətbiq etməklə xuliqanlıq ) maddəsi ilə cinayət işi açıb. Hüseynli barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilib. İyunun 25-də Ali Məhkəmədə hakim İnqilab Nəsirovun sədrliyi ilə “Tolışi sədo” qəzetinin redaktoru Hilal Məmmədovun kassasiya şikayətinə baxılıb. Məhkəmə Hilal Məmmədovun kassasiya şikayətini təmin etməyərək Apellyasiya Məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Xatırladaq ki, Hilal Məmmədov Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama), 274-cü (dövlətə xəyanət) və 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham edilb. Hilal Məmmədov 2013-cü ilin sentyabrında Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 5 il müddətinə azadlıqdan məhrum edilib. İyunun 27-də Bakı Apellyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun sədrliyi ilə “Azadxeber.net” saytının baş redaktoru həbsdə olan Nicat Əliyevin və digərlərinin apellyasiya şikayətinə baxılması başa çatıb. Nicat Əliyevin vəkili Yalçın İmanov bildirib ki, məhkəmə hökmü qüvvədə saxlayıb. Müdafiə tərəfi məhkəmənin qərarını ədalətsiz hesab edir və kassasiyan şikayəti vermək niyyətindədir. Xatırladaq ki, 2012-ci may ayının 20- də Avroviziya mahnı müsabiqəsi ərəfəsində saxlanılan Nicat Əliyevə qarşı Cinayət Məcəlləsinin (CM) 234.1-cin (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və yasaxlama) maddəsi ilə ittiham irəli sürülmüşdü. 2013-cü il yanvarın 26-da baş redaktora qarşı CM-nin 167-2.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs vəya mütəşəkkil dəstə tərəfindən müvafiq razılıq olmadan dini təyinatlı ədəbiyyatı, əşyaları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, satış və ya yayma məqsədi ilə idxal etmə, satma və ya yayma), 281.2-ci (bir qrup şəxs tərəfindən hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasınavə ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlaretmə, habelə bu cür məzmunlu materialları yayma) və 283.2.3-cü (mütəşəkkil dəstə tərəfindən milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyinsalınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasınavə ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi ninformasiya vasitələrindən istifadə olunmaqla törədildikdə)maddələri ilə yeni ittihamlar irəli sürülüb. İyunun 27-də Bakı Apellyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyi ilə NİDA fəallarının işi üzrə hazırlıq iclası keçirilib. İclasın əvvəlində hakim elan edib ki, təqsirləndirilən Bəxtiyar Quliyev apellyasiya şikayətindən imtina edib. Vəkillər həmçinin qismən məhkəmə istintaqının aparılması ilə apellyasiya şikayətinə yenidən baxılması və həbs qətimkan tədbirinin dəyişdirilməsi haqqında vəsatət qaldırıblar. Məhkəmə bütün vəsatətləri rədd edib amma Quliyevin şikayətdən imtina haqqında bəyanatını təmin edib. Qeyd edək ki, Bəxtiyar Quliyev bir müddət əvvəl NİDA-da çıxdığını bəyan edib və dövlət başçısına əməllərindən peşman olduğu barədə müraciət edib. Xatırladaq ki, 2013-cü ilin mart-aprel aylarında həbs edilən Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Rəşadət Axundov, Üzeyir Məmmədli, Rəşad Həsənov, Zaur Qurbanlı 2013-cü il martın 10-da Bakıda kütləvi aksiya zamanı "Molotov kokteyli"ndən istifadəyə hazırlıqda ittiham olunur. Gənclərin bir neçəsinə qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama ittihamı da verilib. "Azad Gənclik" Təşkilatının üzvü İlkin Rüstəmzadə isə 2013-cü il mayın 17-də həbs olunub. Əvvəl ona xuliqanlıq ittihamı irəli sürülüb, sonra işə kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştiraka cəhd etmə ittihamı da əlavə olunub. 2014-cü il mayın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Rəşadət Axundov, Zaur Qurbanlı, İlkin Rüstəmzadə 8 il, Rəşad Həsənov, Məmməd Əzizov 7 il 6 ay, Üzeyir Məmmədli, Bəxtiyar Quliyev 7 il, Şahin Novruzlu 6 il azadlıqdan məhrum ediliblər. İyunun 28-də ATƏT Parlament Assambleyasının Daimi komitəsinin iclasında ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin vitse-spikeri Bahar Muradova Cənubi Qafqazda münaqişələrin həllinə yardım məqsədilə ATƏT PA-nın region üzrə nümayəndəsi Joao Suareşin səlahiyyətlərinin genişləndirilməsi təklifi ilə çıxış edib. Öz növbəsində ATƏT PA-nın sədri, Çernoqoriya parlamentinin spikeri Ranko Krivokapiç münaqişələrin nizamlanması sahəsində fəaliyyətin canlanmasına dair planlardan danışıb. ATƏT PA-nın sessiyasının gündəliyinə Helsinki prinsiplərinin Rusiya Federasiyası tərəfindən pozulmasına dair qətnamə layihəsi və əlavə bənd təklif edilib. Sənədin əsas müəllifi ABŞ-dan olan Bencamin Kardindir. ATƏT PA –nın Daimi Komitəsi təklif edilən qətnamə layihəsini və əlavə bəndi səs çoxluğu ilə Bakıda açılan 23-cü sessiyasının gündəliyinə daxil edib. Prezident İlham Əliyev ATƏT PA-nın 23-cü sessiyasının açılış mərasimində çıxış edib. O bildirib ki, Azərbaycan demokratik ölkədir, toplaşma, söz və internet azadlığına əməl olunur. Bununla yanaşı o, siyasi islahatların, ölkənin modernləşdirilməsinin davam etdiyini və bundan ötrü Azərbaycanın ATƏT ilə əməkdaşlığa hazır olduğunu deyib. İyunun 29-da ATƏT PA-nın demokratiya, insan hüquqları və humanitar məsələlər komitəsinin davam edən iclasında müzakirələr zamanı isveçli deputat Mari Norden ATƏT məkanında siyasi məhbuslar probleminə toxunub. O, ölkə hakimiyyətini bu problemi həll etməyə çağırıb. Norden Azərbaycanda siyasi məhbuslar sırasında əsasən REAL hərəkatının lideri İlqar Məmmədovun, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin adlarını çəkib. İyunun 29-da Bakıda keçirilən ATƏT PA-nın sessiyası çərçivəsində Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair xüsusi dinləmələr keçirilib. Dinləmələrin moderatoru ATƏT PA-nın Demokratiya, insan hüquqları və humanitar məsələlər komitəsinin sədri, portuqaliyalı deputat İzabel Santos olub. Görüşdə üç məruzə dinlənilib. İnternational Media Support təşkilatının proqram meneceri Gülnarə Axundova vətəndaş cəmiyyətinin problemlərindən danışıb. RATİ-nin direktoru Emin Hüseynov isə diqqəti ifadə azadlığı ilə bağlı problemlərə yönəldib. Hüquqi Müdafiə və Maarifləndirmə Cəmiyyətinin rəhbəri Rəsul Cəfərov siyasi məhbuslar problemindən danışıb. Həmçinin dinləmələri Milli Məclisin vitse-spikeri Bahar Muradova, parlamentin İnsan hüquqları komitəsinin rəhbəri Rəbiyət Aslanova, deputat Azay Quliyev izləyiblər. Bahar Muradova bildirib ki, ATƏT PA-da vətəndaş cəmiyyəti ilə müzakirələrin aparılmasının təşəbbüsçüsü məhz Azərbaycan nümayəndə heyətidir. QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Əmək Hüquqları Liqasının rəhbəri Sahib Məmmədov bildirib ki, hazırda QHT-lərə Dövlət Dəstəyi Şurasında qrantların qeydiyyatı probleminin həlli üzrə hökumətlə birgə işçi qrupu yaradılıb.
Share |
Added: 2014-07-04
Category: Həftənin İcmalı
Duration: 0:11:04
Tags:
Video Description: AZƏRBAYCANIN `MAQNİTSKİ SİYAHISI` TƏRTİB EDİLİR, ALİ MƏHKƏMƏ HİLAL MƏMMƏDOVU AZAD ETMƏYİB 23-29 İYUN