generic dapoxetine priligy
PROKURORLUQ LEYLA YUNUSU HƏBSLƏ HƏDƏLƏYİR, ƏBDÜL ƏBİLOV 5 İL 6 AY MÜDDƏTİNƏ AZADLIQDAN MƏHRUM EDİLİB
Select Category:
HÜQUQ MÜDAFİƏÇİSİ 6 İL AZADLIQDAN MƏHRUM EDİLDİ, RAUF MİRQƏDİROV HƏBSDƏ QALDI 14 18 İYUL
0:08:49
MEHMAN HÜSEYNOV YENƏ DƏ OĞURLANDI, NİDA ÇILAR KASASSİYA ŞİKAYƏTİ VERƏCƏK (7- 11 İYUL)
0:04:40
ÖMƏR MƏMMƏDOVA HÖKM OXUNDU, PROKUROR HƏSƏN HÜSEYNLİYƏ 7 İL HƏBS CƏZASI İSTƏYİB (30 İYUN - 4 İYUL)
0:04:50
AZƏRBAYCANIN `MAQNİTSKİ SİYAHISI` TƏRTİB EDİLİR, ALİ MƏHKƏMƏ HİLAL MƏMMƏDOVU AZAD ETMƏYİB 23-29 İYUN
0:11:04
NİCAT ƏLİYEVİN APELLYASİYA ŞİKAYƏTİ DAVAM EDİR, DÖVLƏT İTTİHAMÇISI FƏAL ÖMƏR MƏMMƏDOVA 6 İL HƏBS İST
0:06:11
BAKIDA YERÜSTÜ PİYADA KEÇİDİ UÇUB GƏNCƏ FƏALI HƏSƏN HÜSEYNLİNİN MƏHKƏMƏSİ BAŞLAYIR (02- 07) İYUN
0:05:39
HELSİNKİ KOMİSSİYASI: AZƏRBAYCAN DÜZGÜN İSTİQAMƏTDƏ İRƏLİLƏMƏMİR, H  MƏMMƏDOVUN ŞİKAYƏTİ QİSMƏT TƏMİ
0:06:51
PƏRVİZ HƏŞİMLİ 8 İL MÜDDƏTİNƏ AZADLIQDAN MƏHRUM EDİLİB,ANAR MƏMMƏDLİ  İFADƏ VERİB(12-17 MAY)
0:07:49
LEYLA YUNUSUN MƏNZİL VƏ OFİSİNDƏ AXTARIŞ APARILIB, AKSİYADA SAXLANILAN GƏNCLƏRƏ HƏBS CƏZASI VERİLİB
0:09:35
G.ƏHMƏDOVA ŞƏRTİ AZADLIĞA BURAXILIB, NİDAÇILARA UZUN MÜDDƏTLİ HƏBS CƏZALARI VERİLİB (5-10 MAY)
0:08:58
APELLYASİYA MƏHKƏMƏSİ JURNALİSTİ HƏBSDƏ SAXLADI. JURNALİST FİZİKİ TƏZYİQƏ MƏRUZ QALDI (21-26 APREL)
0:07:19
A.MƏMMƏDLİYƏ QARŞI CİNAYƏT İŞİ MƏHKƏMƏYƏ GÖNDƏRİLİB, P.HƏŞİMLİNİN MƏHKƏMƏSİNDƏ ŞAHİDLƏR İFADƏ VERİB
0:05:26
FACEBOOK FƏALININ CİNAYƏT İŞİ ÜZRƏ HAZIRLIQ İCLASI KEÇİRİLİB, DÖVLƏT İTTİHAMÇISI NİDA FƏALLARINA YÜK
0:07:23
GƏNCƏ FƏALI HƏSƏN HÜSEYNLİ SAXLANILIB, `NİDA` FƏALLARI MƏHKƏMƏDƏ İFADƏ VERİLİBLƏR 31 MART 05 APREL
0:06:52
MEGAFUNDA YANĞIN, ŞAHİN NOVRUZLU  MTN DƏ MƏNƏ FİZİKİ TƏZYİQ GÖSTƏRİLİB 24-29 MART
0:08:33
XƏDİCƏ İSMAYILOVA YENİDƏN PROKURORLUQDA DİNDİRİLİB APELLYASİYA MƏHKƏMƏSİ ANAR MƏMMƏDLİNİ HƏBSDƏ SAXL
0:13:29
METRO TİCARƏTÇİLƏRİ YENƏ ETİRAZ ETDİLƏR, İSMAYILLI HADISƏLƏRİ ÜZRƏ HÖKM OXUNUB
0:06:18
JURNALİST PƏRVİZ HƏŞİMLİNİN MƏHKƏMƏSİ BAŞLADI, ƏVƏZ ZEYNALLININ İDDİASI TƏMİN EDİLMƏSİ 24-28 FEVRAL
0:06:12
SOVETSKİ SAKİNLƏRİ VƏ TƏLƏBƏLƏR AKSİYA KEÇİRDİ AZƏRBAYCAN HÖKUMƏTİ CƏRİMƏLƏNDİ (insan hüquqları 15-22 fevral)
0:04:55
HÜQUQLAR RİSKLƏR DƏYİŞİKLİKLƏR (SEÇKİ İCMALI 8-14 FEVRAL )
0:03:32
See all 101 videos
Mayın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rauf Əliyevin sədrliyi ilə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli, təşkilatın icraçı direktoru Bəşir Süleymanlı və Könüllülərin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyinin rəhbəri Elnur Məmmədovun cinayət işi üzrə prosesdə hökm oxunub. Hökmə görə, Anar Məmmədli 5 il 6 ay, Bəşir Süleymanlı 3 il 6 ay azadlıqdan məhrum ediliblər. Elnur Məmmədov isə şərti olaraq 3 il 6 ay azadlıqdan məhrum olunub. Məhkəmə Bəşir Süleymanlının da məhkəmə zalından həbs edilməsi barədə qərar verib. Onu da qeyd edək ki, məhkəmədə təqsirləndirilən şəxslərin vəkilləri çıxış ediblər. Məmmədlinin vəkili Elçin Sadıqov bildirib ki, cinayət işi özü qanunsuz açılıb və Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsi vergi cinayətləri ilə bağlı cinayət işi açmaq hüququna malik deyil. Elnur Məmmədovun vəkili Cavad Cavadlı, Anar Məmmədlinin digər vəkili İradə Cavadova və Bəşir Süleymanlının vəkili Əlibaba Rzayev bildiriblər ki, cinayət işinin açılması üçün əsas olmuş ƏDV ödənişindən yayınma ittihamı əsassızdır. Onlar xatırladıblar ki, Azərbaycan qanunvericiliyinə və ABŞ-la hökumətlərarası sazişə əsasən, qrantlar ƏDV-dən azaddır. Daha sonra bütün təqsirləndirilənlərin adından yekun sözlə təqsirləndirilən şəxslər özləri çıxış ediblər. Anar Məmmədli çıxışında deyib ki, cinayət işi vətəndaş fəallığına və seçkilərin monitorinqinin keçirilməsinə görə cəzalandırmaq məqsədilə açılıb. O, bildirib ki, 2001-ci ildən etibarən monitorinqlər həyata keçirən təşkilat, istintaqın təqdim etməyə çalışdığı kimi, cinayət qrupu ola bilməz. Süleymanlı və Məmmədov da ittihamları təkzib ediblər və məhkəməni bəraət hökmü çıxarmağa çağırıblar. Xatırladaq ki, Anar Məmmədli dekabrın 16-da həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 192.2.2 ( qanunsuz sahibkarlıq külli miqdarda gəlir əldə etməklə törədildikdə), 213.1 (Xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb. Martın 19-da ibtidai istintaq yekunlaşıb və Məmmədli, habelə ölkəni tərk etməmək iltizamı vermiş digər iki fəal – Bəşir Süleymanlı və Elnur Məmmədova qarşı 179-cu maddənin müxtəlif bəndləri (böyük ölçüdə əmlakı mənimsəmə) və313-cü (vəzifə saxtakarlığı) maddələrlə ittiham irəli sürülüb. Mayın 26-da “D-18” Hərəkatı Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitunun Media Mərkəzində “Cümhuriyyət ideallarına sədaqət” mükafatının təqdietmə mərasimi keçirib. İctimai birliyin sorğusunun nəticələrinə əsasən mükafat REAL Hərkatının həbsdə olan sədri İlqar Məmmədova verilib. Həbsdə olduğuna görə mükafat Hərəkatın icraçı direktoru Natiq Cəfərliyə təqdim olunub. Mayın 27-də “Azəriqaz” İstehsalat Birliyindəki iş yerlərindən ixtisara düşən bir qrup xanım əməkdaşı mətbuat konfransı keçirib. “Azəriqaz”ın Bakı rayonları üzrə qaz istismar sahələrinin ixtisara düşən xanımları qeyd ebiblər ki, bu “ixtisar” əməliyyatı təkcə Bakının rayonları ilə yekunlaşmayıb. Ölkə üzrə bütün qaz istismar sahələrini əhatə edib və respublika üzrə 900 qadın əməkdaş iş yerini itirb. İxtisara yalnız qadın əməkdaşlar salınır və ixtisar hələ də davam edir. Qadın əməkdaşlar baş verən ixtisarları özbaşınalıq, əmək məcəlləsini saymamaq, ayrı-seçkilik kimi dəyərləndiriblər. Onlar bu məsələ ilə bağlı Prezident Administrasiyasına, Ombudsmana müraciət etsələr də hər hansı cavab almadıqlarını deyiblər. Mayın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə Facebook fəalı Əbdül Əbilovun cinayət işi üzrə məhkəmə prosesində hökm oxunub. Məhkəmə Əbdül Əbilovu 5 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Xatırladaq ki, Facebook fəalı Əbdül Əbilov noyabrın 25-də həbs olunub. O, CM-nin 234.4.3 maddəsi ilə (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma - külli miqdarda törədilməklə, 5 ildən 12 ilədək həbs nəzərdə tutulur) ittiham edilir. Əbilov Facebook-da “Yaltaqlara dur deyək” səhifəsi yaradıb və o, saxlanıldıqdan sonra səhifə bağlanıb. Mayın 27-də iş adamı Elşad Məmmədov Prezident Administrasiyasında qəbulda olub. Elşad Məmmədov üzləşdiyimiz bütün problemləri qəbul şöbəsində danışdığını deyib. O bildirib ki, onu Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovun qəbuluna yazıblar. Qeyd edək ki, Elşad Məmmədov İbrahim İbrahimovun sahibi olduğu “Avesta” Konserninə məxsus “Həsən-6” MTK tikinti şirkətinə 355 min manat ödəyərək, iki mənzil alıb. Xatırladaq ki, Elşad Məmmədov Qazax rayonunda kirayə qaldığı mənzildə ağzını tikərək, etiraz aksiyası etmişdi. Mayın 28-də “D18” Hərəkatının təşkilatçılığı ilə Respublika Günü münasibətilə Fəvvarələr meydanında bayram aksiyası keçirilib. Aksiyada sakinlərə gül və üzərində “Respublika Gününüz mübarək olsun” yazısı olan şirniyyatlar paylanılıb. Bayram aksiyası polis müdaxiləsi olmadan başa çatıb. Müxalif partiya nümayəndələri 28 May Respublika Gününü Məmməd Əmin Rəsulzadənin anadan olduğu Bakının Novxanı kəndindəki abidəsini ziyarət edərək qeyd edib. Milli Şuraya daxil olan qurumların təntənəli mitinqi başlayıb. Milli Şuranın sədri Cəmil Həsənli Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə nəzər salıb. O, Azərbaycan xalqının demokratiya və azadlıqlar uğrunda mübarizəsinin davam etdiyini bildirib. Mayın 28-də “Respublikaçı Alternativ” vətəndaş partiyasının yaradılması üzrə təşəbbüs qrupunun təsis konfransı keçirilib.Tədbir Respublika Gününə həsr olunub. Hərəkatın İdarə Heyətinin üzvü, hüquqşünas Erkin Qədirli partiyanın proqram layihəsini təqdim edib. Proqram layihəsində hüquqi hakimiyyət bölgüləri, silahlı qüvvələrin təşkili, insanların həyat və təhsil səviyyəsini yüksəltmək yolları, iqtisadi siyasətlə bağlı prinsipləri öz əksini tapıb. Qeyd edək ki, REAL hərəkatının yaradılması 2008-ci ildə elan edilib. Hərəkat praktiki fəaliyyətə 2009-cu ildən başlayıb. Xatırladaq ki, REAL hərəkatının lideri İlqar Məmmədov 2013-cü il İsmayıllı hadisələri ilə əlaqədar 7 il azadlıqdan məhrum edilib. Mayın 22-də Avropa İnsan Hüquqları Məhkəməsi onun qanunsuz həbsi ilə bağlı şikayətini təmin edib, onun Avropa konvensiyasında təsbit olunmuş hüquqlarının pozulmasını tanıyıb. Mayın 29-da araşdırmaçı jurnalist Aynur İmranova Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində şahid qismində ifadə verib. Ondan istintaq sirrini yaymamaq barədə iltizam alıblar. Aynur İmranova bildirib ki, ondan “İnternational Media Support” təşkilatından aldığı qonorar, vergi verib-vermədiyi barədə soruşublar. Qeyd edək ki, bank İmranovanın Danimarka Krallığının “İnternational Media Support” təşkilatından hesabına köçürülmüş 1683 avro məbləğində pulu verməyib. İstintaq bunu həmin məbləğin sözügedən cinayət işinin predmeti ola biləcəyi ilə əsaslandırıb. Bu səbəbdən İmranovanın bank hesablarına həbs qoyulub. Mayın 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyi ilə qanunsuz narkotik ticarətində ittiham olunan facebook fəalı Ömər Məmmədovun işi üzrə məhkəmə prosesi davam edib. Prosesdə vəkillər bir neçə sənədin işə əlavə edilməsi, Ömər Məmmədovun atası Elyar Məmmədovun məhkəməyə çağırılması və onları dindirən Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının şahid qismində məhkəməyə dəvət edilməsi haqqında vəsatətlər qaldırıblar. Hakim yalnız sənədlərin işə əlavə edilməsi haqqında vəsatəti təmin edib. Daha sonra şahid qismində Daxili İşlər Nazirliyinin Narkotiklərə qarşı Mübarizə İdarəsinin baş əməliyyatçısı İlkin Ələkbərov dindirilib. Onun iddiasına görə, Ö.Məmmədov özü üzərində narkotik maddə olduğunu etiraf edib və ona heç bir təzyiq göstərilmədən polis idarəsinə gediblər. Lakin müttəhim iddia edir ki, məhz Ələkbərov onun cibinə narkotik atıb. Xatırladaq ki, “Axın” gənclər hərəkatının rəhbəri və “Vətəndaş həmrəyliyi” partiyasının üzvü Ömər Məmmədov internetdə sosial şəbəkələrin fəal üzvü, facebook-da hakimiyyətin nöqsanlarını ələ salan karikaturaların, kollajların, şərhlərin yer aldığı “AzTV-dən seçmələr” səhifəsinin adminlərindən biri idi. 2014-cü il yanvarında narkotik ittihamı ilə həbs edilib. Mayın 30-da hüquq müdafiəçisi Leyla Yusun yaşadığı binanın qarşısında çox sayda polis, mülki geyimli şəxs və prokurorluğun istintaq qrupunun işçiləri cəmləşib. Leyla Yunus jurnalistlərin qarşısına çıxaraq bildirib ki, onun və həyat yoldaşının pasportları və evin sənədləri qayarılana qədər prokurorluğa ifadə verməyə getməyəcək. Xatırladaq ki, Leyla Yunus və həyat yoldaşı Arif Yunus aprelin 28-də Bakıdan Dohaya gedərkən aeroportda saxlanılıb.
Share |
Added: 2014-07-07
Category: Həftənin İcmalı
Duration: 0:08:22
Tags:
Video Description: PROKURORLUQ LEYLA YUNUSU HƏBSLƏ HƏDƏLƏYİR, ƏBDÜL ƏBİLOV 5 İL 6 AY MÜDDƏTİNƏ AZADLIQDAN MƏHRUM EDİLİB