generic dapoxetine priligy
ÖMƏR MƏMMƏDOVA HÖKM OXUNDU, PROKUROR HƏSƏN HÜSEYNLİYƏ 7 İL HƏBS CƏZASI İSTƏYİB (30 İYUN - 4 İYUL)
Select Category:
HÜQUQ MÜDAFİƏÇİSİ 6 İL AZADLIQDAN MƏHRUM EDİLDİ, RAUF MİRQƏDİROV HƏBSDƏ QALDI 14 18 İYUL
0:08:49
MEHMAN HÜSEYNOV YENƏ DƏ OĞURLANDI, NİDA ÇILAR KASASSİYA ŞİKAYƏTİ VERƏCƏK (7- 11 İYUL)
0:04:40
PROKURORLUQ LEYLA YUNUSU HƏBSLƏ HƏDƏLƏYİR, ƏBDÜL ƏBİLOV 5 İL 6 AY MÜDDƏTİNƏ AZADLIQDAN MƏHRUM EDİLİB
0:08:22
AZƏRBAYCANIN `MAQNİTSKİ SİYAHISI` TƏRTİB EDİLİR, ALİ MƏHKƏMƏ HİLAL MƏMMƏDOVU AZAD ETMƏYİB 23-29 İYUN
0:11:04
NİCAT ƏLİYEVİN APELLYASİYA ŞİKAYƏTİ DAVAM EDİR, DÖVLƏT İTTİHAMÇISI FƏAL ÖMƏR MƏMMƏDOVA 6 İL HƏBS İST
0:06:11
BAKIDA YERÜSTÜ PİYADA KEÇİDİ UÇUB GƏNCƏ FƏALI HƏSƏN HÜSEYNLİNİN MƏHKƏMƏSİ BAŞLAYIR (02- 07) İYUN
0:05:39
HELSİNKİ KOMİSSİYASI: AZƏRBAYCAN DÜZGÜN İSTİQAMƏTDƏ İRƏLİLƏMƏMİR, H  MƏMMƏDOVUN ŞİKAYƏTİ QİSMƏT TƏMİ
0:06:51
PƏRVİZ HƏŞİMLİ 8 İL MÜDDƏTİNƏ AZADLIQDAN MƏHRUM EDİLİB,ANAR MƏMMƏDLİ  İFADƏ VERİB(12-17 MAY)
0:07:49
LEYLA YUNUSUN MƏNZİL VƏ OFİSİNDƏ AXTARIŞ APARILIB, AKSİYADA SAXLANILAN GƏNCLƏRƏ HƏBS CƏZASI VERİLİB
0:09:35
G.ƏHMƏDOVA ŞƏRTİ AZADLIĞA BURAXILIB, NİDAÇILARA UZUN MÜDDƏTLİ HƏBS CƏZALARI VERİLİB (5-10 MAY)
0:08:58
APELLYASİYA MƏHKƏMƏSİ JURNALİSTİ HƏBSDƏ SAXLADI. JURNALİST FİZİKİ TƏZYİQƏ MƏRUZ QALDI (21-26 APREL)
0:07:19
A.MƏMMƏDLİYƏ QARŞI CİNAYƏT İŞİ MƏHKƏMƏYƏ GÖNDƏRİLİB, P.HƏŞİMLİNİN MƏHKƏMƏSİNDƏ ŞAHİDLƏR İFADƏ VERİB
0:05:26
FACEBOOK FƏALININ CİNAYƏT İŞİ ÜZRƏ HAZIRLIQ İCLASI KEÇİRİLİB, DÖVLƏT İTTİHAMÇISI NİDA FƏALLARINA YÜK
0:07:23
GƏNCƏ FƏALI HƏSƏN HÜSEYNLİ SAXLANILIB, `NİDA` FƏALLARI MƏHKƏMƏDƏ İFADƏ VERİLİBLƏR 31 MART 05 APREL
0:06:52
MEGAFUNDA YANĞIN, ŞAHİN NOVRUZLU  MTN DƏ MƏNƏ FİZİKİ TƏZYİQ GÖSTƏRİLİB 24-29 MART
0:08:33
XƏDİCƏ İSMAYILOVA YENİDƏN PROKURORLUQDA DİNDİRİLİB APELLYASİYA MƏHKƏMƏSİ ANAR MƏMMƏDLİNİ HƏBSDƏ SAXL
0:13:29
METRO TİCARƏTÇİLƏRİ YENƏ ETİRAZ ETDİLƏR, İSMAYILLI HADISƏLƏRİ ÜZRƏ HÖKM OXUNUB
0:06:18
JURNALİST PƏRVİZ HƏŞİMLİNİN MƏHKƏMƏSİ BAŞLADI, ƏVƏZ ZEYNALLININ İDDİASI TƏMİN EDİLMƏSİ 24-28 FEVRAL
0:06:12
SOVETSKİ SAKİNLƏRİ VƏ TƏLƏBƏLƏR AKSİYA KEÇİRDİ AZƏRBAYCAN HÖKUMƏTİ CƏRİMƏLƏNDİ (insan hüquqları 15-22 fevral)
0:04:55
HÜQUQLAR RİSKLƏR DƏYİŞİKLİKLƏR (SEÇKİ İCMALI 8-14 FEVRAL )
0:03:32
See all 101 videos
ATƏT PA demokratiya, insan hüquqları və humanitar məsələlər üzrə Ümumi Komitəsinin Bakıda 23-cü sessiyadakı müzakirələrin yekunları üzrə iyunun 30-da qəbul edilmiş qətnaməsinə Azərbaycanla bağlı 3 düzəliş edilib. Portuqaliyalı Komitə rəhbəri İzabel Santosun təklif etdiyi 39-cu düzəlişdə ATƏT PA ATƏT iştirakçısı olan bir çox dövlətlərdə hüquq müdafiəçilərinin saxlanması, həbsi, qorxudulması və ya başqa şəkildə susmağa məcbur edilməsi məqsədilə inzibati prosedurlardan və qanunvericilikdən sui-istifadələrlə bağlı narahatlığı ifadə edilir. Norveçli parlamentari Bekkevoldun təklif etdiyi 44-cü düzəlişdə siyasi motivli məhkəmə işi çərçivəsində həbs cəzasına məhkum edilmiş Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndəsi və hüquq müdafiəçisi Anar Məmmədlinin (Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri) vəziyyəti ilə bağlı dərin narahatlıq” ifadə olunur. Nəhayət, İsveçli Qabsburq Duqlasın təklif etdiyi 45-ci düzəlişdə Azərbaycan hökuməti ATƏT-ə Bakıda regional büro açmağa icazə verməyə çağırılır. Bu düzəlişlər Azərbaycan parlamentarilərinin kəskin etirazlarına səbəb olub, lakin bununla belə, səs çoxluğu ilə qəbul edilib. ATƏT PA-nın Demokratiya, insan hüquqları və humanitar məsələlər komitəsi iyulun 1- də Bakı sessiyasında ATƏT regionunda mədəni mülkiyyətin qorunmasına dair qətnamə qəbul edib. Sənədi azərbaycanlı deputat Azay Quliyev təqdim edib. Qətnamədə harada yerləşməyindən asılı olmayaraq, tarix və mədəniyyətlə bağlı abidə və yerlərin statusunun saxlanmasının vacibliyi qeyd olunur. Qətnamə layihəsinə 10 düzəliş təklif edilib. Bunun 8-ni erməni nümayəndə heyətinin rəhbəri Artaşes Geqamyan irəli sürüb. Geqamyanın düzəlişlərindən yalnız ikisi təqdir edilib. Bunlar elə düzəlişlər olub ki, qətnamə layihəsinin müəllifi A.Quliyev buna etiraz etməyib. İyulun 2-də ATƏT Parlament Assambleyasının Azərbaycanın paytaxtında keçirilən 23-cü sessiyası Bakı bəyannaməsinin qəbul edilməsi ilə başa çatıb. ATƏT-in fəaliyyət istiqamətləri ilə bağlı ümumi məsələlərlə yanaşı, bəyannamədə Rusiyanın Ukraynaya qarşı hərəkətlərinə xüsusi diqqət yetirilib. Bəyannaməyə həmçinin Azərbaycan hakimiyyətinə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri Anar Məmmədlini həbsdən azad etmək, habelə onun və siyasiləşdirilmiş məhkəmələrin digər qurbanlarının hüquq müdafiə fəaliyyətini davam etdirməsi üçün şərait yaratmaq çağırışı yer alan bənd daxil edilib. Həmçinin, bəyannamədə ATƏT-in Bakı ofisinin layihə koordinatoru səviyyəsinə endirilmiş əvvəlki statusunu bərpa etmək çağırışı yer alır. Iyulun 2- də keçmiş iş adamı Elşad Məmmədov RATİ-də mülkiyyət hüququnun pozulmasına dair növbəti mətbuat konfransı keçirib. Belə ki, E.Məmmədov 2012-ci ildə Bakıda “Avesta” şirkətlər qrupunun prezidenti İbrahim İbrahimliyə (İbrahim Nehrəmli) məxsus hündür mərtəbəli binadan 2 mənzil alıb. Sonra şirkətin bəzi əməkdaşları E.Məmmədovdan xəbərsiz mənzillərdən birini satıblar. Daha sonra İ.İbrahimli isə məhkəmə vasitəsilə E.Məmmədovun ikinci mənzilini əlindən alınıb. E.Məmmədov məsələni məhkəmə səviyyəsinə qaldırıb. Amma məhkəmələr də İ.İbrahimlini haqlı sayıblar. E.Məmmədov hazırda məsələnin Avropa məhkəməsinə çıxarmağa hazırlaşdığını deyir və hüquqlarını vəkil İntiqam Əliyevin qoruduğunu bildirib. İyulun 4-də Gəncənin Nizami rayon məhkəməsində hakim Ayaz Mahmudovun sədrliyi ilə Gəncənin “İntellektual Vətəndaş Maarifləndirmə Mərkəzi”-nin rəhbəri Həsən Hüseynlinin işi üzrə dövlət ittihamçısı çıxış edib. Vəkil Elçin Sadiqov bildirib ki, prosesdə dövlət ittihamçısı məhkəmədən Həsən Hüseynliyə 7 il azadlıqdan məhrumetmə cəzası istəyib. Xatırladaq ki, Həsən Hüseynli 2014-cü il martın 31-də tutulmuşdu və Gəncənin Kəpəz Rayon Polis Şöbəsinin təcridxanasında saxlanılırdı. O, həmyerlisi Arzu Qəhrəmanova bıçaqla bədən xəsarəti yetirməkdə ittiham olunur. Gəncə Şəhər Baş Polis İdarəsi işi Cinayət Məcəlləsinin 221.3 (silah tətbiq etməklə xuliqanlıq ) maddəsi ilə cinayət işi açıb. Hüseynli barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilib. İyulun 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyi ilə qanunsuz narkotik ticarətində ittiham olunan facebook fəalı Ömər Məmmədova hökm oxunub. Məhkəmənin hökmü ilə Ömər Məmmədov 5 il müddətinə azadlıqdan məhrum edilib. Xatırladaq ki, Ömər Məmmədov “Axın” gənclər hərəkatının rəhbəri və “Vətəndaş həmrəyliyi” partiyasının üzvüdür. Həbsindən sonra o, NİDA hərəkatına qayıdıb. Məmmədov İnternetdə sosial şəbəkələrin fəal iştirakçısı idi. Xüsusən, o, facebook-da hakimiyyətin nöqsanlarını ələ salan karikaturaların, kollajların, şərhlərin yer aldığı “AzTV-dən seçmələr” səhifəsinin adminlərindən biri idi. 2014-cü ilin yanvarında narkotik ittihamı ilə həbs edilib.
Share |
Added: 2014-07-11
Category: Həftənin İcmalı
Duration: 0:04:50
Tags:
Video Description: ÖMƏR MƏMMƏDOVA HÖKM OXUNDU, PROKUROR HƏSƏN HÜSEYNLİYƏ 7 İL HƏBS CƏZASI İSTƏYİB (30 İYUN - 4 İYUL)