Bakı sakini Arif Rüstəmov özünə və ailəsinə qaşı 5 il öncə törədilən cinayətin iştirakçılarının hələ də cəzalandırılmaması ilə bağlı iyulun 14-də Reportyorların Azadliq və Təhlükəsizlik İnstitunun Media Mərkəzində mətbuat konfransı keçirib.
5 il öncə baş verən hadisədə Rüstəmovlar ailəsinin üzvləri ağır bədən xəsarətləri alaraq xəstəxanalara düşsələr də hadisəni törədən Rüstəm Rüstəmov və atası Pərvaz Rüstəmov saxlanılmayıb. Yalnız ilyarım bundan öncə Bakı Apellyasiya Məhkəməsinin hakimi Mirpaşa Hüseynovun qərarı nəticəsində R.Rüstəmovun həbsə alındığı bildirilib. Bu qərarla P.Rüstəmov 4 il şərti, R.Rüstəmov isə 3 il azadlıqdan məhrumetmə cəzası alıb. Amma R.Rüstəmov həbs edilməyib. A.Rüstəmov R.Rüstəmovun barəsində ilyarım öncə qərar verilənə qədər iki ağır cinayət törətdiyini iddia edir. Belə ki, həbsinə qədərki 1 il ərzində R.Rüstəmov bir avtoqəzada 5 nəfərin, ikinci avtoqəzada isə 3 nəfərin ölümünə səbəb olub. Buna baxmayaraq bu şəxsi həbsə almırlar.
A.Rüstəmov ailə üzvlərinin döyülməsilə bağlı məsələnin hazırda Ali Məhkəmənin baxışında olduğunu xatırladıb. Qeyd edib ki, hakim Afiyəddin İbayevin bu məsələyə ədalətlə baxacağı şübhə altındadır. Çünki hakim A.Ibayevlə münasibəti olan A.Rüstəmov bildirib ki, hakim A.İbayev 15 il öncə onun torpağını qanunsuz olaraq bir başqasına satıb və ondan ədalətli qərar gözləmir.
A.Rüstəmov bu məsələnin Apellyasiya Məhkəməsi səviyyəsində də qaldırıldığını, amma hakimin iddianı təmin etmədiyini, geri qaytardığını nəzərə çatdırıb. Odur ki, A.Rüstəmov Ali Məhkəmənin işə baxacaq hakimlər kollegiyasına etiraz edib.
Son olaraq dövlət başçısı İlham Əlyevə müraciət edən A.Rüstəmov işə baxacaq hakimlər kollegiyasının tərkibinə dəyişiklik edilməsilə bağlı şikayət edib.
Video Description: ZƏRƏRÇƏKƏN HAKİMLƏRƏ İNANMADIĞINI BİLDİRİR