generic dapoxetine priligy
MEHMAN HÜSEYNOV YENƏ DƏ OĞURLANDI, NİDA ÇILAR KASASSİYA ŞİKAYƏTİ VERƏCƏK (7- 11 İYUL)
Select Category:
HÜQUQ MÜDAFİƏÇİSİ 6 İL AZADLIQDAN MƏHRUM EDİLDİ, RAUF MİRQƏDİROV HƏBSDƏ QALDI 14 18 İYUL
0:08:49
ÖMƏR MƏMMƏDOVA HÖKM OXUNDU, PROKUROR HƏSƏN HÜSEYNLİYƏ 7 İL HƏBS CƏZASI İSTƏYİB (30 İYUN - 4 İYUL)
0:04:50
PROKURORLUQ LEYLA YUNUSU HƏBSLƏ HƏDƏLƏYİR, ƏBDÜL ƏBİLOV 5 İL 6 AY MÜDDƏTİNƏ AZADLIQDAN MƏHRUM EDİLİB
0:08:22
AZƏRBAYCANIN `MAQNİTSKİ SİYAHISI` TƏRTİB EDİLİR, ALİ MƏHKƏMƏ HİLAL MƏMMƏDOVU AZAD ETMƏYİB 23-29 İYUN
0:11:04
NİCAT ƏLİYEVİN APELLYASİYA ŞİKAYƏTİ DAVAM EDİR, DÖVLƏT İTTİHAMÇISI FƏAL ÖMƏR MƏMMƏDOVA 6 İL HƏBS İST
0:06:11
BAKIDA YERÜSTÜ PİYADA KEÇİDİ UÇUB GƏNCƏ FƏALI HƏSƏN HÜSEYNLİNİN MƏHKƏMƏSİ BAŞLAYIR (02- 07) İYUN
0:05:39
HELSİNKİ KOMİSSİYASI: AZƏRBAYCAN DÜZGÜN İSTİQAMƏTDƏ İRƏLİLƏMƏMİR, H  MƏMMƏDOVUN ŞİKAYƏTİ QİSMƏT TƏMİ
0:06:51
PƏRVİZ HƏŞİMLİ 8 İL MÜDDƏTİNƏ AZADLIQDAN MƏHRUM EDİLİB,ANAR MƏMMƏDLİ  İFADƏ VERİB(12-17 MAY)
0:07:49
LEYLA YUNUSUN MƏNZİL VƏ OFİSİNDƏ AXTARIŞ APARILIB, AKSİYADA SAXLANILAN GƏNCLƏRƏ HƏBS CƏZASI VERİLİB
0:09:35
G.ƏHMƏDOVA ŞƏRTİ AZADLIĞA BURAXILIB, NİDAÇILARA UZUN MÜDDƏTLİ HƏBS CƏZALARI VERİLİB (5-10 MAY)
0:08:58
APELLYASİYA MƏHKƏMƏSİ JURNALİSTİ HƏBSDƏ SAXLADI. JURNALİST FİZİKİ TƏZYİQƏ MƏRUZ QALDI (21-26 APREL)
0:07:19
A.MƏMMƏDLİYƏ QARŞI CİNAYƏT İŞİ MƏHKƏMƏYƏ GÖNDƏRİLİB, P.HƏŞİMLİNİN MƏHKƏMƏSİNDƏ ŞAHİDLƏR İFADƏ VERİB
0:05:26
FACEBOOK FƏALININ CİNAYƏT İŞİ ÜZRƏ HAZIRLIQ İCLASI KEÇİRİLİB, DÖVLƏT İTTİHAMÇISI NİDA FƏALLARINA YÜK
0:07:23
GƏNCƏ FƏALI HƏSƏN HÜSEYNLİ SAXLANILIB, `NİDA` FƏALLARI MƏHKƏMƏDƏ İFADƏ VERİLİBLƏR 31 MART 05 APREL
0:06:52
MEGAFUNDA YANĞIN, ŞAHİN NOVRUZLU  MTN DƏ MƏNƏ FİZİKİ TƏZYİQ GÖSTƏRİLİB 24-29 MART
0:08:33
XƏDİCƏ İSMAYILOVA YENİDƏN PROKURORLUQDA DİNDİRİLİB APELLYASİYA MƏHKƏMƏSİ ANAR MƏMMƏDLİNİ HƏBSDƏ SAXL
0:13:29
METRO TİCARƏTÇİLƏRİ YENƏ ETİRAZ ETDİLƏR, İSMAYILLI HADISƏLƏRİ ÜZRƏ HÖKM OXUNUB
0:06:18
JURNALİST PƏRVİZ HƏŞİMLİNİN MƏHKƏMƏSİ BAŞLADI, ƏVƏZ ZEYNALLININ İDDİASI TƏMİN EDİLMƏSİ 24-28 FEVRAL
0:06:12
SOVETSKİ SAKİNLƏRİ VƏ TƏLƏBƏLƏR AKSİYA KEÇİRDİ AZƏRBAYCAN HÖKUMƏTİ CƏRİMƏLƏNDİ (insan hüquqları 15-22 fevral)
0:04:55
HÜQUQLAR RİSKLƏR DƏYİŞİKLİKLƏR (SEÇKİ İCMALI 8-14 FEVRAL )
0:03:32
See all 101 videos
İyulun 7-də bir qrup fiziki məhdudiyyətli şəxs Prezident Administrasiyasının qarşısında aksiya keçirib. Etirazçıları prezidentin sosial məsələlər üzrə müşavirinin müavini Mehman Tağıyev qəbul edib. Onlar əsasən fiziki qüsurlu uşaqların müavinətlərinin artırılması, həmin uşaqlara qulluq edən valideynlərdən birinə müavinət ayrılmasının zəruri olmasını bildiriblər. İyulun 7-də səhər saatlarında Xaqani küçəsindən oğurlanmış bloger Mehman Hüseynov Nəsimi rayon 22-ci polis bölməsinə aparılaraq, dindirildikdən sonra buraxılıb. Sonra M.Hüseynovu Nəsimi Rayon Polis İdarəsinə aparıblar. Müstəntiq Babək Rüstəmov bildirib ki, hansısa mağaza sahibindən M.Hüseynovla bağlı şikayət daxil olub. Belə ki, guya, aprelin 11-də Mehman həmin mağazanın yaxınlığındakı barlar barədə reportaj hazırlamaq məqsədilə dükanda olub. Jurnalist bunu böhtan adlandırıb. O bildirib ki, o, Səbayel rayonundan kənarda çəkiliş aparmayıb və araşdırmaçı jurnalist deyil. İyulun 7-də Bakı Apellyasiya Məhkəməsində hakim Vaqif Mursaqulovun sədrliyi ilə silah qaçaqmalçılığı ittihamı ilə 8 il müddətinə həbs edilmiş "Bizim yol"qəzetinin jurnalisti və hüquq müdafiəçisi Pərviz Həşimlinin apellyasiya şikayəti üzrə ilkin baxış iclası keçirlib. Müdafiə tərəfi birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və onun barəsində bəraət hökmünün çıxarılması, həmçinin, həbs qətimkan tədbirinin dəyişdirilməsi və əlavə şahidlərin dindirilməsi barədə vəsatətlər verib. Məhkəmə heç bir vəsatəti təmin etməyib. Xatırladaq ki, Pərviz Həşimli sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. MTN-nin İstintaq Baş İdarəsi ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahın və döyüş sursatının qaçaqmalçılığı) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama, daşıma) maddələri ilə cinayət işinə başlayıb. Daha sonra ona Cinayət Məcəlləsinin 228.2.2-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama-təkrar törədildikdə) maddəsi üzrə də ittiham irəli sürülüb. İyulun 9-da Bakı Apellyasiya Məhkəməsində həbsdə olan sabiq vəkil Qurban Məmmədovun barəsində çıxarılan hökmdən verdiyi şikayətə baxılıb. Məmmədovun vəkili Fəxrəddin Mehdiyev bildirib ki, məhkəmədə verdikləri vəsatətlərin heç biri təmin edilməyib və məhkəmə Nəsimi Rayon Məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Xatırladaq ki, Qurban Məmmədova qarşı ötən ilin sentyabrında baş vermiş avtoqəza ilə bağlı Cinayət Məcəlləsinin 263.1-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi açılıb, bu il iyunun 4-də barəsində həbs-qətimkan tədbiri seçilib. Sonradan Cinayət Məcəlləsinin 299.1-ci (zərərçəkmiş şəxsi yalan ifadə verməsi məqsədi ilə pulla ələ alma) maddəsi ilə yeni ittiham elan edilib. Qurban Məmmədov həbsinin Milli Şurada aktiv fəaliyyəti, kəskin çıxışları ilə əlaqədar siyasi sifariş olduğunu bildirib. 2013-cü il dekabrın 6-da Nəsimi Rayon Məhkəməsi Məmmədovun 3 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. İyulun 11-də Bakı Apellyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyi ilə NİDA fəallarının işi üzrə məhkəmə iclası keçirilib. Vəkil Fariz Namazlı bildirib ki, prosesdə Şahin Novruzlu özü iştirak edib. "O, apellyasiya şikayətindən və vəkilindən imtina etməyəcək", deyə vəkil bildirib. Vəkil həmçinin onu da qeyd edib ki, apellyasiya məhkəməsinin ilkin baxış iclasından kassasiya şikayəti verəcəklər.
Share |
Added: 2014-07-15
Category: Həftənin İcmalı
Duration: 0:04:40
Tags:
Video Description: MEHMAN HÜSEYNOV YENƏ DƏ OĞURLANDI, NİDA ÇILAR KASASSİYA ŞİKAYƏTİ VERƏCƏK (7- 11 İYUL)